Aleksandr PUŞKİN
Если жизнь тебя обманет…
Aldadarsa səni həyat,
Acıqlanma, batma qəmə.
Yas üz versə, inildəmə,
Xoş günün də gəlib çatar.
Gələcəklə qəlb döyünər,
İndidəsə can üzülür.
Hər şey keçir, hər şey ani,
Nə keçirsə — əziz olur.
1825
ruscadan tərcümə
25.01.16 Samara