AZƏRBAYCAN XALQI ÇOXDAN GÖZƏL DƏRMANLAR İSTEHSAL EDİR

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib ki, Azərbaycanda dərman istehsal edəm müəssisələr tikiləcək.

Demək lazımdır ki, Azərbaycanda belə müəssisələr olmasa da, xalqımız əsrlərdən bəri ev şəraitində gözəl dərmanlar istehsal edir. Özü də vu dərmanlar həm uşağa, həm böyüyə düşür. Bu dərmanlar olmasaydı, Azərbaycan xalqı qırılıb yer üzndən silinərdi.

Bəzi Azərbaycan dərmanlarının adları:

ZƏHRMAR!

ÇOR!

ÖL!

CANIN DA ÇIXSIN!

BU DA AZDIR!

ELƏ BU AZARLA GEDƏSƏN!

ÜRƏYİNƏ OX!

SƏNİ ELƏ BU QIZDIRMA APARSIN!

Dərmanlar çoxdur. Onların adlarını yığıb kitab buraxmaq, sonra da xarici dillərə tərcümə eləmək lazımdır.