ŞARL BODLER. LƏNƏTLİ ŞAİRİN DƏFNİ

   ŞARL BODLER

      LƏNƏTLİ ŞAİRİN DƏFNİ

     (Sépulture)

                          Si par une nuit lourde et sombre
                         Un bon chrétien, par charité…

 

Gecənin tünd, qatı zülmət vaxtı,
Gələrək rəhmə bir nəcib mömin

Basdırar köhnə çınqılın altda,

Torpaq örtər sizin əziz bədəni.

 

Elə ki göydə bakir ulduzlar,

Yumar yuxuyla dolu gözlərini.

Toxuyar onda hörümçəklər tor,

Nəsli artıb-törəyər gürzələrin.

 

Siz qəzalı başınız üstdə, bilin,

Eşidərsiz ki, hər günündə ilin,

Yaslı qıylarla canavarlar ular.

 

Cadugərlər yığılar ac-yorğun,

Qocalar həm gələr əyyaş, pozğun,

Oturar məşvərətə quldurlar.

 

Fransıcadan tərcümə

05.10.2016

Samara