SERGEY YESENİN
İT HAQQINDA NƏĞMƏ
Утром, в ржаном закутке,
Где златятся рогожи в ряд…
Qızılı həsirlərin
Sıralandığı damda.
İt səhər yeddi kürən,
Küçüklə balaladı.
Axşamacan yaladı
Diliylə çəkdi sığal.
İsti qarnının altda,
Əriyib gedirdi qar.
Axşamsa toyuq-cücə,
Pərdiyə qonan çağı,
Küçükləri acıqlı,
Kişi kisəyə yığdı.
Dalıycan ana itsə,
Qaçırdı var gücüylə…
Soyuq suyunsa səthi,
Xeyli titrədi hələ…
Yalayaraq tərini,
Nəhləyib dönəndəsə,
Küçüklərdən birinə,
Ayı bənzətdi nəsə.
Baxıb göy ucalığa,
Yana-yana uladı.
Aysa yuvarlanaraq,
İtdi təpə dalında.
Kefli bir kəmağıllı,
Çırpdı daşları itə.
Ulduz kimi dağıldı
Gözləri qarın üstə.
1915
ruscadan tərcümə
23 yanvar 2017, Samara