Архив | 06.08.2017

RUSİYADAKI QAÇQINLAR VƏ KÖÇKÜNLƏR NAİL ALLAHVERDİYEVƏ IKI TƏZƏ GELANDWAGEN ALIBLAR

Rusiyada məskunlaşmış azərabyanlı qaçqınlar və köçkünlər müraciət yayıblar. Müraciətdə deyilir:

“Biz, Rusiyada yaşayan azərbaycanlı qaçqınlar və köçkünlər, Azərbaycan prezidenti möhtərəm İlham Əliyevin daxili və xarici siyasətini qtiyyətlə dəstəkləyirik. Biz möhtərəm və möhtəəm prezidentin kadr siyasətini və tətin etdiyi kadrları da dəstəkləyirik. Ona görə də baş nazirin müavini və qaçqınkomun sədri Əli Həsənovun nəvəsinin avtomobilinin qəzaya düşməsi bizim ürəyimizi çox ağrıtdı. O uşağın maşınına gələn qəza kaş bizim başımıza gələydi! Biz burda çox narahatıq ki, bu qəzaya görə Nail bala darıxar, Nail balanın darıxdığını görüb Əli müəllim də darıxar, əli-qolu düşər yanına, qaçqınkomun işi ləngiyər, möhtəşəm prezidentimizin qaçqın və köçkün siyasətinin həyata keçməsinə əngəl törənər. Ona görə də biz bu qərara gəldik ki, atışıb Nail bala üçün iki ədəd təptəzə gelandewagen alaq. Biri ağ, biri qara. Ağını alıb göndərmişik Bakıya, indi qarasını axtarırrıq. Onu da bu gün-sabah alıb göndərərik.

Allah Əli müəllimin canını sağ eləsin. Allah ona bizi kimi qaçqınlardan və köçkünlərdən çox versin!

Allah möhtəşəm prezidentimizin canını sağ eləsin! Allah onun xarici, daxili, xüsusən kadr siyasətinə kölgə salanları cəhənnəmə ya da Kürdəxanı türməsinə vasil eləsin!

Amin!”

gelan 1gelan 2