Архив | 16.11.2017

ALEKSANDR PUŞKİN. QURANA BƏNZƏTMƏLƏR. VIII

ПУШКИН

ALEKSANDR PUŞKİN

                 QURANA BƏNZƏTMƏLƏR

                             VIII

                   Торгуя совестью перед бледной нищетою…

 

Vicdanla alver edib qabağında kasıbın,
Pay verəndə əllərin simiclikdən əsməsin.

Tam əliaçılığı Tanrı bəyənər ancaq.

Qiyamət yetişəndə, barlı zəmilər kimi,

Ey uğurlu əkinçi,

Zəhmətinin əvəzi yüz qat artıq çatacaq!

 

Ancaq həyatda zəhmət çəkib qazandığından,

Qıymayıb, dilənçiyə xəsis pay uzadanda,

Simic ovcun yumulub əgər kilidlənərsə,

Verdiklərin daş üstdə bir ovuc toza bənzər
Leysan yağış düşdümü, bil ki, yuyulub gedər.

İtər-batar sədəğən,Tanrı rədd eləyərsə.

 

1824

Ruscadan tərcümə

16.11.2017

Samara