
Çəmini tapmışam mən yaşamağın,
İbadət edirəm üz tutub göyə.
Gəzib-dolaşıram hər axşamçağı,
Gərəksiz təlaşım uyusun deyə.
Yarğanda pıtraqlar şırıldar haçan,
Əyilər al-sarı üvəz salxımı.
Onda fani, həm də gözəl həyatdan
Şən şeirlər ilə coşar ilhamım.
Dönərəm. Ovcumu pişik yalayar,
Şirin miyoldayar, riqqətə gələr.
Parlaq işığını ətrafa yayar,
Ağackəsən sexin üstdəki fənər.
.
Sarsıdır ancaq bu sükutu hərdən,
Dama uçub qonan leyləyin səsi.
Mənə elə gəlir eşitmərəm də,
Gəlib birdən əgər qapımı döysən.
Ruscadan tərcümə
03-04. 08. 2019, Samara
Я научилась просто, мудро жить,
Смотреть на небо и молиться Богу,
И долго перед вечером бродить,
Чтоб утомить ненужную тревогу. Читать далее