Архив | 28.08.2019

MARİNA TSVETAYEVA. NƏNƏMƏ

cvetaeva

Ciddi ifadəli uzunsov oval,
Geniş ətəkləri qara paltarın.

Təkəbbürlə dolu incə dodaqlar –

Gənc nənə! kim öpdü görən onları?

 

Bir zaman sarayın salonlarında,

Şopen valslarını çalan əlləri…

Soyuq ifadəli yanaqlarında,

Yay kimi burulub düşən telləri.

 

 

Birbaşa zillənən baxış tələbkar,
Baxış hər an hazır müdafiəyə.

Məgər gənc qadınlar beləcə baxar?

Gənc nənə — kimsiniz, deyin, nəhayət!

 

 

Nə qədər imkanlar apardınız Siz,
İmkansızlıqlar da – görün nə qədər! —

Polyak qız, iyirmi yaşında bir qız,

Yerin gözüdoymaz dərinliyinə!

 

 

 

Sakit, məsumdu gün, küləksə sərin.

Ulduzlar səmada sönüb, qaralıb.

Ürəyim bu qəddar qiyamı yəqin,
Nənə, deyirəm ki,  sizdən irs alıb!

 

9 sentyabr 1914

Ruscadan tərcümə

24-25. 08. 2019, Samara

 

Марина Цветаева

 

Бабушке

 

Продолговатый и твердый овал,

Черного платья раструбы…

Юная бабушка! Кто целовал

Ваши надменные губы? Читать далее