MARİNA TSVETAYEVA. “KİMİ DAŞDAN YARANIB, KİMİ GİLDƏN YARANIB…”

ЦВЕТАЕВА.jpeg

Kimi daşdan yaranıb, kimi gildən yaranıb,
Mənsə gümüşlənir, parıldayıram!

Mənə iş – xəyanətdir, adımsa – Marinadır,
Dəniz köpüyüyəm, həyatım fəna

 

 

Gildən yaranan da var, ətdən yaranan da var.

Onların qisməti məzar, başdaşı,

Dəniz suyunda xaça çəkilmişəm, vurublar

Məni, qanad açıb haçan uçmuşam.

 

 

Keçər hər bir ürəkdən, hər toru yarıb keçər,
Təbiətimdəki özbaşınalıq.

Görmürsənmi saçımda bu buruqlaraı məgər?

Necə hamı kimi mən olum axı?

 

 

Qranit dizinizə çırpılıb dağılaraq,

Hər təzə dalğayla dirilirəm mən!

Qoy yaşasın bu köpük – şən havalı və şaqraq –

Dənizin səthindən göyə yüksələn!

 

Ruscadan tərcümə

08. 08. 2019, Samara

 

 

Кто создан из камня, кто создан из глины,—

А я серебрюсь и сверкаю!

Мне дело — измена, мне имя — Марина,

Я — бренная пена морская. Читать далее

Реклама