ANNA AXMATOVA. “ÇƏMİNİ TAPMIŞAM MƏN YAŞAMAĞIN…”

Anna_Ahmatova

Çəmini tapmışam mən yaşamağın,
İbadət edirəm üz tutub göyə.

Gəzib-dolaşıram hər axşamçağı,
Gərəksiz təlaşım uyusun deyə.

 

Yarğanda pıtraqlar şırıldar haçan,

Əyilər al-sarı üvəz salxımı.

Onda fani, həm də gözəl həyatdan

Şən şeirlər ilə coşar ilhamım.

 

 

 

Dönərəm. Ovcumu pişik yalayar,
Şirin miyoldayar, riqqətə gələr.

Parlaq işığını ətrafa yayar,
Ağackəsən sexin üstdəki fənər.
.

 

Sarsıdır ancaq bu sükutu  hərdən,
Dama uçub qonan leyləyin səsi.

Mənə elə gəlir eşitmərəm də,

Gəlib birdən əgər qapımı döysən.

 

Ruscadan tərcümə

03-04. 08. 2019, Samara

 

 

 

Я научилась просто, мудро жить,
Смотреть на небо и молиться Богу,
И долго перед вечером бродить,
Чтоб утомить ненужную тревогу. Читать далее

Реклама