Архив | Сентябрь 2019

FYODOR TYÜTÇEV. “BİZİ ÖYRƏTSƏ DƏ HƏYAT NƏ QƏDƏR…”

TYÜTÇEV

Bizi öyrətsə də həyat nə qədər,

Ürək möcüzəyə inanır yenə.

Qüvvə var  — əbədi tükənməyəndir,

Bir də gözəllik var – solub getməyən.

 

 

 

Elə çiçəklər var, yerdə bitməyən,
Onlar solan deyil yerdəkilər tək,

Günorta yanğısı od da çilyə,

Şeh quruyan deyil ləçəklərində.

 

 

Bu inam heç zaman aldadan deyil,

Yalnız onu yeyib dolanan kəsi.

Çiçəklənənlərin solmaz hər biri,
Hamısı ötüşməz, nə baş veribsə!

 

 

Əziz nemətini bu inamınsa,
Yalnız o insanlar dada bilərlər,

Ciddi fitnələrə kim dayanıbsa,
Sevgi ağrısına dözübsə əgər.

 

 

Əziz nemətini bu inamınsa,
Yalnız o insanlar dada bilərlər,

Ciddi fitnələrə kim dayanıbsa,
Sevgi ağrısına dözübsə əgər.

 

 

 

Kim özü həyatda min əzab çəkib,
Sağaldıb özgənin yaralarını.

Can əsirgəməyib dost yolunda kim,

Axıra qədər də mətin dayanıb.

 

Ruscadan tərcümə

09-13.09. 2019, Samara

 

 

 

Чему бы жизнь нас ни учила,
Но сердце верит в чудеса:
Есть нескудеющая сила,
Есть и нетленная краса. Читать далее

UZAQ-YAXIN YUXULAR

Yadımda beş-altı yaşımdan bəri,

Olanlar qalıbdır, o da lap azı.

Elə zəngin deyil xatrələrim,
Çoxu da qüssəli, ya da ki, acı…

 

 

Ailə böyükdü, otaqsa iki
Çox vaxt təpilirdik elə birinə.

Bəzən şam süfrəsi yığılan kimi,

Yataq salınardı evin yerinə.

 

 

 

Əvvəl sərirdilər neçə döşəyi,
Sonra balışları, mütəkkələri.

Balışım, döşəyim yadımda deyil,

Yorğan əvəzinə — kürkü lələmin…

 

 

 

Yuxuya getməyim deyil yadımda,
Yuxu görürdümmü – deyə bilmərəm.

Xoruldayırdımı kimsə yanımda? –

Yuxuda danışan? Bəlkə…  elə mən…

 

 

 

Gecə qarışırdı nəfəs nəfəsə,
Hava tükənirdi, qalan nəfəsdi.

Yatanlar cansızdı, xırda otaqsa,
Böyük ailənin məqbərəsiydi…

 

 

 

Böyüklər durardı hamıdan qabaq,
Bizi ayıldardı səsi Kişinin.
Verdiyi çörəyi xatıraladaraq,
Lələm yollanardı ağır işinə…

 

 

 

Otaq havasız və yarıqaranlıq,

Hamı əsəbidir, deyinir indi.

Elə bil cənnətdən qovulanlarıq,

Hamıya həyatdan yuxu şirindi…

 

 

 

Bəlkə elə həmin otaq boydadır,

Sonuncu ailə mənzili indi.

Daş mütəkkələrə baş qoyub yatır,

Ata, ana, qardaş çiyin-çiyindir…

 

 

 

Çağırıb oyatmaz heç kim heç kimi,
Tələsməz heç kim də namaza, işə.
Başına qaxılmaz yediyin tikə,
Daha nə gülüş var, nə də göz yaşı.

 

 

 

Hamı vurnuxardı xırda otaqda,
Min illik yol vardı elə bil öndə,

Bilmədik biz haçan mənzilə çatdıq,

Yuxuymuş çağıran, tələsdirən də.

 

 

 

Bir qərib ölkədə sovrular külüm,
Ruhumsa qayıdar yurduma hökmən,

Qısılıb ataya, qardaşa bir gün,
Anamın ruhuyla isinərəm mən…

 

11-12. 09. 2019
Samara

F. TYÜTÇEVİN «İNANMA ŞAİRƏ…» ŞEİRİNİN İKİ TƏRCÜMƏSİ

TYÜTÇEV       

                                           F.İ. TYÜTÇEV

 

İNANMA ŞAİRƏ. İNANMA!

 

İnanma şairə, inanma, gözəl,

Onu özününkü sayma da nahaq.

Şairin eşqindən özünü gözlə,

Odlu gəzəbindən qorxma sən ancaq.

 

 

Onun ürəyini ovlamaq sənin,

Bu körpə könlünün işi deyil ha.

Yaxıcı odları gizləmək çətin,

Bu zərif məsumluq pərdəsi altda.

 

 

Şair qüdrətində təbiıət dinir,

Çatmaz ixtiyarı özünə təkcə.

Bəzən istəmədən ipək telləri,

Yaxar şöhrətinin oduna necə!

 

 

Onu əbəs yerə düşüncəsiz xalq,

Söyüb yamanlayar, gah da ucaldar…

Ürəyi ilan tək demə sancacaq,

Onu aram-aram arı tək sorar.

 

 

Sənin şərəfinə eyləməz o qəsd,

Bil ki, şairin də təmiz əli var.

Pozar həyatını bilmədən fəqət,

Buludlar dalına ya da aparar.

                                                1830-cu illər

ruscadan tərcümə

1983-84-cü illər, Moskva (təxminən)

 

F. TYÜTÇEV

İNANMA ŞAİRƏ…

 

İnanma şairə, inanma, gözəl,
Onu özününkü sayma da heç vaxt.

Alovlu qəzəbdən daha çox səni

Şair məhəbbəti gərək qorxuda.

 

 

Sənin ki ürəyin körpəlik halda,

Necə anlayasan onun qəlbini?
İncə bir məsumluq duvağı altda,
Varmı atəşini gizlədə bilən?

 

 

 

Şairdə təbiət qüdrəti vardır,
O təkcə özüylə bacara bilmir.

Cavan çiyinlərdə buruq saçları,
Qarsıdır özünün tacıyla şair.

Əbəs tərifləyir, ya da qınayır

Şairi, dərindən düşünməyən xalq.

O bir ilan kimi çalmaz ürəyi,

Ancaq arı kimi onu soracaq.

 

 

 

Pozulmaz şairin təmiz əliylə,
Əziz və müqəddəs tutduğun nə var.

Fəqət təsadüfən məhv edə bilər,
Ulduzlar dalına ya da aparar.

 

Ruscadan tərcümə

07-08. 09. 2019, Samara

 

Федор Тютчев. Не верь, не верь поэту, дева

 

 

 

Не верь, не верь поэту, дева;
Его своим ты не зови —
И пуще пламенного гнева
Страшись поэтовой любви! Читать далее

FYODOR TYÜTÇEV. “SİZLƏ QARŞILAŞDIM, BÜTÜN OLANLAR…”

TYÜTÇEV.jpg

FYODOR TYÜTÇEV

            (1803-1873)

“SİZLƏ QARŞILAŞDIM, BÜTÜN OLANLAR…”

                    K.B. – yə

Sizlə qarşılaşdım – bütün olanlar,

Soyumuş ürəkdə yenə ayıldı.

Yenə yada düşdü qızıl zamanlar,

Məlhəm tək ürəyə isti yayıldı…

 

 

Görürsən payızın sonunda bəzən,
Elə saat olur, gün olur elə,

Havadan duyulur yaz ətri birdən,

Nəyisə içində gətirir dilə, —

 

 

Könül dolğunluğu həmin illərin

Sardı nəfəsiylə, bürüdü məni.

Çoxdan unutduğum  şövq, həzz ilə,

Yenə seyr edirəm əziz çöhrəni.

 

 

Ötüb ayrılıqdan elə bil  əsr
Görüşdə bir yuxu şirinliyi var.

Yenə eşidilir həminki səslər,
Susmamış içimdə bir an da onlar…

 

 

Danışan xatirə deyidi yalnız,
Həyatın özüydü yenidən dinən, —
Həmin məlahəti yaşadırsinız,

Mənim ürəyimdə həmin eşq yenə!..

 

Ruscadan tərcümə

06-07. 09. 2019, Samara

 

 

Федор Тютчев — К.Б.

 

 

Я встретил вас — и все былое
В отжившем сердце ожило;
Я вспомнил время золотое —
И сердцу стало так тепло… Читать далее

MARİNA TSVETAYEVA. “YAĞIŞ PƏNCƏRƏMİ DÖYÜR BAYAQDAN…”

ЦВЕТАЕВА

Yağış pəncərəmi döyür bayaqdan,

Dəzgahın başında fəhlə girincdir.

Sən bir ağazadə, atan da knyaz,
Mənsə adi küçə müğənnisiydim.

 

 

Bədəməl taledən mən oxuyurdum.
Qızıla tutulmuş məhəccər üstdən,

Verdiyin nə qəpik, nə də rubldu —
Hədiyyə alırdım təbəssümündən.

 

 

 

Ancaq qoca knyaz işi bilən tək,

Oğlundan ordeni-medalı aldı.

Nökərə-lakeyə  əmr eləyən tək,

Qızcığaz küçəyə dərhal atıldı.

 

 

İçib sərxoş oldum o gecə mən də,

Nə qəm! O bəxtəvər dünyada məndim
Şanlı knyaz qızı, mən – ağazadə,

Sən adi bir küçə müğənnisiydin!

 

1919

Ruscadan tərcümə

04-06. 09. 2019

Samara

 

 

В мое окошко дождь стучится.
Скрипит рабочий над станком.
Была я уличной певицей,
А ты был княжеским сынком.

 

 

 

 

Я пела про судьбу-злодейку,
И с раззолоченных перил
Ты мне не рупь и не копейку, —
Ты мне улыбку подарил.

 

 

 

Но старый князь узнал затею:
Сорвал он с сына ордена
И повелел слуге-лакею
Прогнать девчонку со двора.

 

И напилась же я в ту ночку!
Зато в блаженном мире — том —
Была я — княжескою дочкой,
А ты был уличным певцом!

Год написания: 1919

MARİNA TSVETAYEVA. “SKRİPKAÇI OLUB HANSI BABAMSA…”

ЦВЕТАЕВА

 

Skripkaçı olub hansı babamsa,
Süvari və oğru olub həmçinin.

Mənim də ruhumda sərsərilik var,
Külək qoxusudur ətri saçımın.

 

 

Omu, qarabəniz, arabalardan,
Ərik oğurlayan mənim əlimlə?

Qızğın taleyimə müqəssir olan,

Saçı buruq-buruq, burnu əyilən?

 

 

Xışla yer sürənə baxıb, dişində
İtburnu çöpünü oynadardı o.

Yoldaşlığı yoxdu, çapıqdı hərçənd,
Sevgili kimi də ad çıxardı o.

 

Çubuğun, muncuğun, ayın aşiqi,
Azarı – qonşuda hər cavan arvad…

Və mənə nədənsə elə gəlir ki,

Bir az qorxaq olub sarıgöz əcdad.

 

 

Ruhunu quruşa satıb beləcə,

Gecə məzarlıqdan uzaq qaçardı.

Çəkmənin quncunda, həmişə, məncə,

Əcdadımın iti bıçağı vardı.

 

 

Çox olub, əminəm, qəfilcə tindən

Tullanıb çevik bir pişik sayağı.

Nədənsə bu gəldi ağlıma birdən:
O heç vaxt skripka çalan olmayıb!

 

 

 

Vecinə olmayıb dünyada heç nə,
Keçən ilin qarı yayda elə bil!

Skripkaçıydısa əcdadım necə,

Mən də şair oldum indi elə bir.
23 iyun 1915

Ruscadan tərcümə

02-03. 09. 2029, Samara

 

 

Какой-нибудь предок мой был — скрипач,

Наездник и вор при этом.

Не потому ли мой нрав бродяч

И волосы пахнут ветром? Читать далее

«HƏRDƏN DÜŞÜNÜRƏM…»

KAMEO

 

Hərdən düşünürəm həyat deyəsən,
Uzun bir serial çəkilişidir.

Mənim də bu sabun operasdında,
Rolum var. Xırdaca. Ancaq iş gedir.

 

 

Mənimlə əvvəldən çəkilənlərin,
Bəlkə qalmayıb heç yarısı indi.

İnsaf, aman bilmir çəkənin əli,

Aparır, gətirir, saf-çürükdədir.

 

 

Hansı yaddaşlara köçür çəkilən?
Görəsən hardasa var baxanları?

Tanrım, “Motor!” deyən bəlkə də sənsən,
Görün kameo tək bir anlıq barı!

31. 08. 2019

Samara

QEYD: “KAMEO” – Rejissorun öz filmində ya teatr tamaşasında bir anlıq epizodda görünməyi