KAMEO
Hərdən düşünürəm həyat deyəsən,
Uzun bir serial çəkilişidir.
Mənim də bu sabun operasdında,
Rolum var. Xırdaca. Ancaq iş gedir.
Mənimlə əvvəldən çəkilənlərin,
Bəlkə qalmayıb heç yarısı indi.
İnsaf, aman bilmir çəkənin əli,
Aparır, gətirir, saf-çürükdədir.
Hansı yaddaşlara köçür çəkilən?
Görəsən hardasa var baxanları?
Tanrım, “Motor!” deyən bəlkə də sənsən,
Görün kameo tək bir anlıq barı!
31. 08. 2019
Samara
QEYD: “KAMEO” – Rejissorun öz filmində ya teatr tamaşasında bir anlıq epizodda görünməyi