MARİNA TSVETAYEVA. “SKRİPKAÇI OLUB HANSI BABAMSA…”

ЦВЕТАЕВА

 

Skripkaçı olub hansı babamsa,
Süvari və oğru olub həmçinin.

Mənim də ruhumda sərsərilik var,
Külək qoxusudur ətri saçımın.

 

 

Omu, qarabəniz, arabalardan,
Ərik oğurlayan mənim əlimlə?

Qızğın taleyimə müqəssir olan,

Saçı buruq-buruq, burnu əyilən?

 

 

Xışla yer sürənə baxıb, dişində
İtburnu çöpünü oynadardı o.

Yoldaşlığı yoxdu, çapıqdı hərçənd,
Sevgili kimi də ad çıxardı o.

 

Çubuğun, muncuğun, ayın aşiqi,
Azarı – qonşuda hər cavan arvad…

Və mənə nədənsə elə gəlir ki,

Bir az qorxaq olub sarıgöz əcdad.

 

 

Ruhunu quruşa satıb beləcə,

Gecə məzarlıqdan uzaq qaçardı.

Çəkmənin quncunda, həmişə, məncə,

Əcdadımın iti bıçağı vardı.

 

 

Çox olub, əminəm, qəfilcə tindən

Tullanıb çevik bir pişik sayağı.

Nədənsə bu gəldi ağlıma birdən:
O heç vaxt skripka çalan olmayıb!

 

 

 

Vecinə olmayıb dünyada heç nə,
Keçən ilin qarı yayda elə bil!

Skripkaçıydısa əcdadım necə,

Mən də şair oldum indi elə bir.
23 iyun 1915

Ruscadan tərcümə

02-03. 09. 2029, Samara

 

 

Какой-нибудь предок мой был — скрипач,

Наездник и вор при этом.

Не потому ли мой нрав бродяч

И волосы пахнут ветром? Читать далее

Реклама