Архив | Октябрь 2022

QURAN ŞEİRLƏRİ: HAKİMLƏRƏ RÜŞVƏT HAQQINDA. 2; 188

СУРА 2 АЯТ 188

Malınızı yeməyin,
Boş yerə aranızda.

Onu rüşvət verməyin

Məhkəmələrə ya da,

Ki, özgə malına da

Yiyələnib, yeyəsiz,

Bu, günah olan halda.

Bunu bilirsiinz siz.

03. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ORUCLUQ HAQQINDA 2; 183-184

сура 2 аят 183

İman gətirənlər! Sizə orucluq,
Vacib buyurulub, necə ki, sizdən,

Əvvəl gələnlərə qanun olub bu.

Bəlkə də xof olar ürəyinizdə.

+

Bu, ayın müəyyən günlərindədir.

Kimsə sizdən əgər azarlı olsa,
Ya da yol üstəsə, o vaxt qədəri,
Sonra oruc tuta gərək o insan.

+

Belə bir üzrlü səbəb olmadan
Oruc tutmayansa buna əvəz tək

Kasıb insanları yedirdə gərək.

Hansi bir xeyir iş görsə kim haçan,
Xeyrini görəcək özü o insan.

02. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: VALİDEYNƏ HÖRMƏT. 46; 15

сура 46 аят 15

İnsana buyurduq valideyninə

Gözəl münasibət gərək bəsləsin.

Bətnində əzabla daşıyır ana,
Sonra doğmağı da əzablı, çətin.

Süddən ayırınca otuz ay çəkir.
Yetkin qırx yaşına çatır elə ki,

Deyir: “Sövq et, Tanrı, mənim qəlbimi
Valideynimə də, mənə də sonra,
Sənin yetirdiyin nemətə görə,
Minnətdarlıq duyum axıra kimi.

Xeyir işlər görüm sənə xoş olan,
Lütfünü əskiltmə sən də nəslimə,

Sənə üz tuturam, həqir müsliməm”.

01.10. 2022, Samara