Архив | 05.04.2024

ATATÜRK VƏ ATAKÜRK: TÜRK SEÇKİLƏRİNİN AZƏRBAYCANA MÜSBƏT TƏSİRİ OLA BİLƏRMİ? YOX!

Türkiyədəki son seçkilərin nəticələri Azərbaycana təsir edə bilərmi?

Yox!

Yəni ölkənin demokratikləşdirliməsi nəzərdə tutulursa, Yox!

Türkiyədə demokratik qüvvələrin qələbəsinin Azərbaycana mənfi təsirini isə istisna etmk olmaz. Yəni Erdoğanın məğlubiyyətini görən İlham Əliyev qapı-bacanı daha da bərkidəcək, bütün dəlmə-deşiyi suvayacaq ki, içəri demokratik hava belə keçməsin.

İlham Əliyevin demokratiya yolunu tutması onun öz həyati proyektyindən əl çəkməsinə bərabər olardı. Bu proyekt hakimiyyəti nəyin bahasna-olursa olsun saxlamaq və oğluna verməkdir.

Türkiyədəki seçkilərdən sonra Əliyevin xalqa azadlıq verəcəyini düşünənlər Sabirin şeirindəki iranlını xatırladırlar:

Ah, bu məşrutəni şah neçin verməyir,
Gah verir filməsəl, gah neçin verməyir…

Azərbaycanda Türkiyəni sevənlər çoxdur. Ancaq, məsələn, Madridin Real komandasını sevənlər də az deyil. Deyək ki, sabah Real növbəti dəfə Çempionlar Liqasının qalibi oldu. Bunun Azərbaycan futboluna təsiri ola bilərmi? Yox, ola bilməz. Çünki Azərbaycanda futbol yoxdur. Yəni Azərbaycandakı futbol Avropadakı, Cənubi Amerikaakı, Afrikadakı futboldan deyil. Azərbaycandkı  futbol dövlətin ideoloji proyektidir, komandaların necə yarandığını, necə maliyyələşdirildiyini heç kim bilmir, oyunlar boş stadionlarda keçirilir, futbol müstəqil inkişaf edən  industriya deyil, futbol xalq oyunu da deyil, çünki Azərbaycan rayonlarının əksəriyyətində futbol oynamağa yer və şərairt yoxdur. Azərbaycanda dövlətdən asılı olmayan özəl biznes də yoxdur ki, müstəqil futbol proyektlərini həyata keçirsin. Yəni Azərbaycanda futbol da Əliyevin zoğal dəyənəyi ilə idarə olunur, ona görə əsl futbol deyil.

Təkcə dilimizin, özü də onun məişəti əhatə edən layının türk dili ilə yaxınlığına görə “biz də türkük” deyənlər avam ya cahildirlər. Baxın Türkiyənin tarixinə. Sonra baxın… Burda “baxın Azərbaycan tarixinə” demək yerinə düşmür, çünki Türkiyənin tarixi ilə müqayisədə bizim tariximiz yoxdur. Bizim dövlətimiz  1918-ci ildə, özü də təsadüfən, yəni Rusiyada çarın devrilməsi, burjua inqilabı nəticəsində yaranıb. 1918-ci ilə qədər azərbaycanlılarda milli şüur, dövlətçilik anlayışı olmayıb. Bizim ulu babalarımız şiə bayraqları altında osmanlılara qarşı vuruşublar. Əsrlərlə. Şimali Azərbaycan Rusiyanın tərkibinə keçəndən sonra bizim babalarımız Rusiya ordusunun tərkibində yenə türklərlə vuruşublar: Krımda, Balkanlarda..

Mən köhnə adamam, atam isə 19-cu əsrdən gəlmişdi, o da, onun yaşıdları da heç vaxt özlərinə “türk” demirdilər, onlar özlərini “müsürman” kimi tanıyrdılar…

İndi qayıdaq yuxarıdakı təklifə. Yəni baxaq Türkiyənin tarixinə. Türklər əsrlər ərzində böyük dövlət quruculuğu proyekti həyata keçiriblər, on milyonlarla insan bu proyektə qatılıb, yəni böyük türk tarixinin subyekti olub.

Kamla Atattürk – xoşbəxt təsadüf deyil. Kamal Atatürkün reformaları Pakistan və ya Əfqanıstan kimi ölkədə baş tuta bilməzdi. Türkiyə Atatürk reformalarına hazır olub, çünki Türkiyə “Avropanın xəstə adamı” adlandırılsa da, Asiya olduğu qədər, bəlkə daha çox Avropa olub. Türklərin Avropada öz imperiyalarına qatdığı əraziləri və bu ərazilərdə yaşayan Avropa mentalitetli əhalinin sayını və intellektual, mədəni potensialınnı nəzərə alsaq, aydın olar ki, əsrlərlə işğal olunmuşun işğalçıya təsiri daha çox olub. Burda Normandiyanın ingilslər tərəfindən işğalını xatırlamaq olar. İşğalçı ibngilisin dili fransızcaya yox, işğal olunmuş fransızların dili ingilis dilinə çox böyük təsir edir və hətta onun təbiətini dəyişdirir. Fransızların zarafatı təsadüfi yaranmayıb: İngilis dili yoxdur, pis tələffüz edilən fransız dili var…

               BİR NEÇƏ SİTAT

1847-ci ildə Semyuel Morze Sultan Əbdülməciddən teleqrafa patent aldı. 9 avqust 1847-ci ildə türklər birinci İstambul-Ədirnə-Şumen teleqraf xəttinin tikintisinə başladılar..

1861-ci ildə Osman imperiyasında xristianlar üçün 571 ibtidai, 94 orta məktəb var idi ki, onlarda 14 min uşaq oxuyurdu… xristianların təhsilinin daha yüksək səviyyədə olması onlaraiqtisadiyyatda böyük rol oynamağa imkan verirdi. 1911-ci ildə İstambuldakı 511 topdansatış çirkətindən 528-i ətnik yunanlara məxsus idi….

 1826-cı ildə sultan Mahmud II yanıçar korpusunu  ləğv edib müasir osmanlı ordusunu yaratdı. Osman imperiyasınn ordusu xarici instruktorlar cəlb edən öz zabitlərini Qərbi Avropaya oxumağa göndərən lk ordu isi. Məhz bu zabitlər vətənə qayıdandan sonra Osmanlı imperiyasında gənctürklər hərəkatı təşəkkül tapdı….

 Fransız dili xüsusi yer tuturdu. 19-cu əsrin əvvəlində İmperiyanın 3 milyondan çox vətəndaşı fransız dilini bilirdi. 20-ci əsrin vəllərində fransız dilində onlarla qəzet çıxırdı, bütün dürokratlar bu dili bilirdilər…

1734-cü ildə Türkiyədə artilleriya məktəbi yaradılmışdır ki, burda Fransadan olan instruktorlar dərs deyirdilər…

Vikipediyadan götürülmüş bu sitatların sonuncusunda dərin simvolizm yoxdurmu? Azərbaycanın kişili-arvadlı lakeyliyi boynuna götürmüş “jurnalustləri”nin zoğal dəyənəyin himi ilə bu gün Fransanı, onun prezidentini lağa qoymaqlarını görəndə gülməyin gəlmir, ancaq xəcalət çəkirsən…

Kamal Atatürk sözün bütün mənalarında avropalıdır – həm doğulduğu məkana, həm təhsilinə, həm mentalitetinə görə. O, Türkiyəyə atadan çox oğul və əsgər idi. O, Türkiyəni ailə sərvəti saymırdı ki, öz övladlarına ötürsün. O, həyatını Türkiyəni və türk insanını qaldırmağa həsr edirdi.

İham Əliyev Azərbaycan insanının başından basır, onun şəxsi ləyaqət hüququnu tanımır. İlham Əliyev özünü məhəllə, məhəl Tanrısı hesab edərək təbəələrindən danışıqsız itaət istəyir.

Mustafa Kamal Atatürk...

İlham Atakürk… Nə seçki, na parlament… Vəzifə ata kürküdür…

Türk əsgəri əsrlərdir ki, Türkiyənin şərəfi uğrunda vuruşur.

Bizim əsgərin başına yeridiblər ki, o, Ali  Baş komandan və onun milyarder xanımı üçün canını verməlidir, şərəf ona aid şey deyil, onun borcu can və qan verməkdir…

Qanını axıtmış Azırbaycan əsgəri yaxasına beş-altı dəmir medalı taxıb Bakıda məmur qapılarını döyür, dərman pulu, uşaq pulu istəyir…

Çox təəssüf ki, Azərbaycanın Şimali Koreyaya çevrilmə perspektivi gündəın-günə daha da gerçək olur. Türkiytədəki seçkilərin, demolratların böyük uğurunun bizə heç dəxli yoxdur. Bizim sadəlövh insanlar türk seiallarını az-maz başa düşdüklərinə görə özlərini türk sayırlar. Yox, siz türk deyilsiniz. Siz hələ də qismən şiə, qismən rus-bolşevik bayrağı altındasınız. Taleyinizi öz əlinizə almağa, öz tarixinizi, demokratik tarixinizi yaratmağa isə əzminiz yoxdur.

Bir vaxt Türkiyəyə “Avropanın xəstə adamı” deyirdilər. Xəstəlik bu gün var, sabah yoxdur. Əsas məsələ Türkiyənin “Avropa adamı” kimi tanınmasıdır. Azərbaycan isə bu statusdan da işıq ili məsafəsindədir. Azərbaycan “Asiya adamıdır”. “Xəstə” sözünü buraxıram, çünki Asiyada, “yapon” istisna olmaqla, xəstə olmayan yoxdur…

X.X.

05. 04. 2024, Samara