Архив | Август 2024

ROBERT BERNS. TİBBİ DANBAR

Robert Burns

Gəzərsənmi mənimlə, sevimli Tibbi Danbar,
Gəzərsənmi mənimlə, sevimli Tibbi Danbar?

Karetada gəzdirim, yoxsa mindirim ata?

Sevimli Tibbi Danbar, əl-ələ gəzək ya da?

Vecimə deyil dədən, torpaqları, pulu da,
Nəslin necə əsilli, nəcabətli ola da.

Sənə də eynidirsə nəyim yoxdur, nəyim var,

Gəl əynindəki donda, sevimli Tibbi Danbar.

1789

ingiliscədən tərcümə

08.08. 2024, Samara

++++++++++++++++++++++

ROBERT BURNS

Tibbie Dunbar

 

O wilt thou go wi’ me, sweet Tibbie Dunbar?

O wilt thou go wi’ me, sweet Tibbie Dunbar?

Wilt thou ride on a horse, or be drawn in a car,

Or walk by my side, O sweet Tibbie Dunbar?

I care na thy daddie, his lands and his money,

I care na thy kin, sae high and sae lordly:

But say thou wilt hae me for better for waur,

And come in thy coatie, sweet Tibbie Dunbar.

ROBERT BERNS. MERİ MORRİSON

Meri, pəncərəyə yaxın gəl bir an,
Arzunun çağlayan çağıdır indi.

Baxıb gülümsəsən şüşə dalından,

Qüssə xəzinəsi yağmalanardı.

Şəfəqdən şəfəqə çalışan qulam,

Bütün məşəqqətə dözərdim asan,

Belə bir qiymətli mükafat alsam,
Ah, sevimli, gözəl Meri Morrison.

 +

Sədası altında titrəyən simin,

Dünən geniş zalda rəqs edirdilər.

Uçub axtarırdı xəyalım səni,

Daha nə eşidir, görürdüm nə də:

Bir qız sevimliydi, biri gözəldi,

Bütün bu şəhərdə biri əvəzsiz.

Ahla hamısına onların dedim:

Yox, Meri Morrison deyilsiniz siz!

 +

Meri, səndən ötrü şadam ölməyə,

Niyə incidirsən sən məni nahaq?

Söylə, ürəyimi qırırsan niyə?

Sənə məhəbbətdir günahım ancaq!

Eşqimə eşq ilə cavab verməsən,
Sən mənə mərhəmət göstər azından.
Təmizəm fikrimdə, niyyətimdə mən,

Meri Morrisondur fikrim hər zaman.

1780

ingiliscədən tərcümə

07. 08. 2024, Samara

+++++++++++++

ROBERT BURNS

MARY MORRİSON

O Mary, at thy window be!
It is the wish’d, the trysted hour.
Those smiles and glances let me see,
That make the miser’s treasure poor.
How blythely wad I bide the stoure,
A weary slave frae sun to sun,
Could I the rich reward secure —
The lovely Mary Morison!
Читать далее

AH, O VAXT OLSAYDI İNDİKİ AĞLIM…

09. 10. 23     

                          Yusif Süleymanlıya

Ah, o vaxt olsaydı indiki ağlım,

Başımdan aşırdı sərvətim indi.

Yan-yörəm qiymətsiz xəzinə idi,
Nə istəyə bildim, nə zorla aldım.

 +

Lələmi, lələmi danışdırmadım!

Nələr danışardı, bir Allah bilər…

Doğum tarixi – on doqquzuncu əsr,

Üstəlik yaxşı da yaddaşı vardı.

 +

Gərək qılığına onun girəydim,
Əl atmaq olardı şantaja hətta,

Keçmişi içində dəfn edən ata,
Bəlkə də çox şeyi açıb deyərdi.

 +

Nənəmdə, nənəmdə nələr olarmış!
Sandığı kasıbdı, yaddaşı zəngin.

İyirminci əsrin əvvəli yəqin,
Bəzəksiz, yalansız orda qalarmış.

 +

Sinədəftər idi anam doğrudan,
Məharətli idi söhbətində də.

Yazaydım kaş bircə söz ötürmədən,

Dəftərə, yaddaşa gərək o zaman.

 +

Qonşular dünyanın özü tək qədim,

Tükəzban xala da, Bəyim xala da.
Oyuncaq tapança çəkərək hətta,

Bir kitablıq söhbət ala bilərdim.

 +

Zəli tək yapışıb dayım Sabirə,

Tarixi soraydım mən ondan gərək.

Şimallar, türmələr mən də onun tək
Görərdim, gedərdim bəlkə Sibirə.

 +

Virtuoz cibgirlər cib kəsən sayaq,

Bir şey hər yaddaşdan gərək çəkəydim,
Həm zəngin olardım mən, həm də qədim,
Varımı hər kəslə bölərdim ancaq.

 +

Ah, o vaxt olaydı indiki ağlım…

Nə bilim hər insan xəzinədardır,
Hər adi sinədə xəzinə vardır…

Sərvət itirmişəm, tükənmir ağrım…

09-10. 08. 2024, Samara

ROBERT BERNS. MƏNİM ŞAXTAÇI OĞLANIM

“Harda yaşayırsan, mənim gözəlim

Sənin adın nədir, olarmı desən?”

Qız deyir ki, “mənim adım Jin xanım,

Şaxtaçı oğlana rəfiqəyəm mən.”

 +

“Bax o təpələrə, bax o düzənə,

Gör necə onlara günəş səpir zər,

Qarşında nə görsən, verərəm sənə,

Şaxtaçı oğlanı sən atsan əgər.

 +

Paltar geyinərsən gözəl və zəngin,

Onda gözəlliyin birə beş artar,

Olmaz ehtiyacın heç nədən sənin,

Şaxtaçı oğlanı sən atsan əgər.”

 +

“Çox da təpələrin, düzənlərin var,
Çox da ki, bəzəyir günəş onları.

Bütün sərvətinə çevirərəm dal,
Gedib qucaqlaram şaxtaçı yarı.

 +

Gündüz beşcə penni mən qazanıram,

Gözəl keçirirəm gecəni ancaq.

Mənə şaxtaçımdır ən əziz adam,
Xoşbəxtəm, o məni ağuşa alcaq.

 +

Sevgi ver, sevgi al — əsl sövdədir

Evimiz nə qədər olsa da kiçik.

Çörək qazanmağa bütün dünya var,

Şaxtaçımın canı sağ olsun təki”.

1792

ingiliscədən tərcümə

06-07. 08. 2024, Samara

+++++++++++++++

ROBERT BERNS

The Collier Laddie

O whare live ye my bonnie lass,

  And tell me how they ca’ ye?

My name, she says, is Mistress Jean,

  And I follow my Collier laddie. Читать далее

ROBERT BERNS. KAPİTANIN XANIMI

Robert Burns

Qalx, özünü hər səhər

Düzəlt, qaydaya sal sən!

Qalx və hamıya göstər,
Kapitan xanımısan!

 +

Təbillər döyülərkən,
Və gurlayanda toplar,

Halını da pozma sən,
Vuruşası ərin var.

 +

Məğlub düşmən haçan ki,
Ağız açar sülh üçün,

Xəlvətə çəkilərik,

Dadarıq eşq sevinci.

1789

ingiliscədən tərcümə

  1. 08. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

The Captain’s Lady


O, mount and go,
Mount and make you ready!
O, mount and go,
And be the Captain’s Lady!
Читать далее

ROBERT BERNS. PEŞMANLIQ

Robert Burns

Bizə əzab çəkdirən xəstəliklər az deyil,
Onlar ürəyi sıxır, ağlı sarsıdır onlar,

Fəqət heç bir azarla müqayisəyə gəlmir,

Günahın ya da səhvin bizi saldığı azar.

Hansı ayrı azara tutularıqsa əgər,

Ağlımız deyə bilər: “Mən törətmədim bunu”.

Fəqət  fəlakət artır, o zaman ki, bu neştər
Sancır aman bilmədən: “Qına, axmaq, özünü!”

Daha pis peşmanlığın kəskin ağrılarıdır,
Gəmirir içərini günah hissi durmadan.

O günah ki, bəlkə də, neçə qurbanı vardır —

Gənc, məzum, bizi bir vaxt ürəkdən sevən insan;

Əfsus, heç nə dağıtmır sevginin özü qədər!

Ah, od saçan cəhənnəm! Sənin özündə hətta,
Yox belə işgəncələr!

Sərt, soyuqsa da insan, haçansa o duyanda

Midhiş ağırlığını törətdiyi əməlin

Qəlbində zoqqultunu necə yatırda bilər?

Nizamı qayıdarmı ürəyin həm də beynin,

Günahdan həmişəlik çəkinmək qərarıyla?

Həsəd doğura bilər, varsa belə bəxtəvər!

Alicənab olarmış insan qəlbi nə qədər!

1783

ingiliscədən tərcümə

05. 06. 2024, Samara

QEYD: şeirin orijijnalı qafiyəsizdir.

++++++++++++

ROBERT BURNS

Remorse

Of all the numerous ills that hurt our peace,
That press the soul, or wring the mind with anguish,
Beyond comparison the worst are those
By our own folly, or our guilt brought on:
In ev’ry other circumstance, the mind
Читать далее

ROBERT BERNS. LORD QREQORİ

Robert Burns

1.

Nə qatı zülmətdir bu gecə yarı,

Necə də dəhşətli boran gurlayır!

Qalanı axtarır yazıq sərsəri,
Ah, lord Qreqori, qapını aç bir.

2.

Atamın evindən qovulmuşam mən,

Düşdüyüm bu bəla sənə görədir.

Bir mərhəmət göstər heç olmasa sən,

Qəlbində məhəbbət yoxsa da indi.

3.

Tuğay yadındamı, lord Qreqori,

Sevimli İrvinin sahilindəki?

Mən orda adladım qadağaları,

Məsum sevgimin də sən oldun ilki.

4.

And içdin, verdin sən vəd də nə qədər.

Mənim olacaqsan, dedin, əbədi,

Sənə inanmaya bilərdim məgər? –

Axı sevgim kimi qəlbim təmizdi.

5.

Qəddardır ürəyin, lord Qreqori,

Sinən yaranıbdır çaxmaqdaşından.

Şimşəksən, yaxırsan göyü və yeri,

Ölüb dincələrəm məni də yaxsan.

6.

Sən ey ildırımlar mənbəyi səma,

Sənə üz çevirib könüllü qurban,

Saxta məhəbbətə inandım, amma,
Rəhm elə, onun da keç günahından.

ingiliscədən tərcümə

04. 08. 2024, Samara

+++++++++++++++++

ROBERT BURNS

LORD GREGORY

1.

O, mirk, mirk in this midnight hour,
And loud the tempest’s roar!
A waefu’ wanderer seeks thy tower —
Lord Gregory, ope thy door.
Читать далее

NİYƏ MƏNİM EVİM YANDI, İLAHİ?

Niyə mənim evim yandı, ilahi?

Yandı kitablarım, yandı hər şeyim.

Hökmü əlindədir hər şeyin axı,

Məni niyə seçdin? Daha nə deyim…

 +

Ev də ev deyildi, yarımev idi,

Elə pis deyildi şərait ancaq.

Qoşa pəncərəmdə gül də var idi,
Baxıb dincəlirdim yazıb yorulcaq.

 +

İlahi, yanmalı ev məgər azdı? —
Nəzərdə tuturam mən boş evləri!

Deyək ki, onlarrın lap yüzü yandı,

Olmaz yiyələrin bəlkə xəbəri…

 +

Mənsə Əyyub kimi lütəm, miskinəm,

İndi nəyim varsa, bağışlayıblar.

Əyin-baş verən kim, çörək verən kim,

Əyin-baş yandırır, çörək – zəhrmar…

 +

Bu söhbət şikayət deyil, İlahi,

İşindən baş aça bilmirəm amma.

Sənə ibadətdən yayınıb axı,
Dua eləyirəm əlli adama…

 

05. 08. 2024, Samara

ROBERT. BERNS CON ANDERSON

Robert Burns

1.

Con Anderson, əziz Co, yadımdadır,

Bir zaman səninlə tanış olanda
Qətran tək saçların sənin qaraydı,

Qırışsız, hamardı gözəl alın da;

Qaşların seyrəlib sənin indisə,

Qar kimi dümağdır, saçın, görürəm,

Təki ağ başına bəla gəlməsin,

Co Anderson, sevinc bəxş edən həmdəm.

2.

Con Anderson, mənə sevinc idin sən,
Birgə dırmaşardıq biz təpələrə,

Günümüz keçirdi bəxtəvər və şən,

Yormadı ünsiyyət bizi bir kərə.

Vaxtdır indi gedək üzüaşağı,

Əl-ələ verərək düşərik hökmən.
Yatarıq yamacda uşaq sayağı,

Dostsan, Con Anderson mənə, sevincsən.

ingiliscədən tərcümə

03-04. 08. 2024, Samara

 ++++++++++++++

ROBERT BURNS

John Anderson

John Anderson my jo, John,
When we were first acquent,
Your locks were like the raven,
Your bonie brow was brent;
But now your brow is beld, John,
Your locks are like the snaw,
But blessings on your frosty pow,
John Anderson my jo!
Читать далее

ROBERT BURNS. ÜRƏYİM DAĞLARDADIR

Robert Burns

Ürəyim dağlardadır, ürəıyim burda deyil,

Ürəyim dağlardadır, indi maral izləyir.

Vəhşi maral izləyir, cüyür qovur o ya da,
Ürəyim dağlardadır, olsam da haralarda.

=

Dağlar, sizə əlvida, Şimal, əlvida sənə,

Mətanət vətəninə, ləyaqət ölkəsinə!

Haralarda dolaşsam, getsəm də uzaqlara,

Əbədi qəlbimdədir məhəbbətim dağlara.

=

Başı qarla örtülü dağlar, sizə əlvida,

Dağların döşündəki yaşıl düzə əlvida,

Təpələrin keçilməz meşələri, əlvida,
Əlvida dağı-daşı titrədən gur sular da!

ingiliscədən tərcümə

02-03. 08. 2024, Samara

++++++++++++

ROBERT BURNS

My Heart’s in the Highlands

My heart’s in the Highlands, my heart is not here,
My heart’s in the Highlands a-chasing the deer,
A-chasing the wild deer and following the roe —
My heart’s in the Highlands, wherever I go! Читать далее