Xədicə İsmayılovanın hər gün prokurorluğs çağırıldığını xəbər verirlər. Uzaqdan-uzağa səbəbini başa düşmək çətindir. Bu məsələ bir az Xudayar bəylə Zeynəb əhvalatına oxşayır. Yəni İlham Əiyev Xədicəni almaq istəyir, Xədicə isə deyir ölərəm, ona getmərəm, İlham Əliyev də onu prokurorluğun vasitəsiylə itaətə gətirməyə çalışır… Bunun həqiqətə uyğunluğunu İlham Əliyevin burnundan da bilmək olar, çünki cənab Əliyevin burnu Xudayar bəyin burnuna çox oxşayır, Mirzə Cəlil yazırdı: “mən çox gözəllər görmüşəm ki, burunları əyridir, ancaq Xudayar bəyin burnu çox pis əyridir…” Bir tərəfdən baxanda Xədicə Xanım İlham Əliyevin burnuyla məqalə yazmayacaq ki. Əyridir əyridir də…
Архивы
HACIBALA ABUTALIBOV HACI DAYI İLƏ GÖRÜŞƏCƏK
Bakı meri Hacıbala Abutalıbov Şəkidə keçiriləcək “Azərbaycanda kişi varmı” mövzusunda elmi-təcrübi konfransa dəvət olunub. Konfransın təcrübi hissəsinin icraçısı Hacı dayıdır.
SEVGİYƏ SADİQ HACIBALA ABUTALIBOV
Bakı şəhərinin meri deyib ki, Azərbaycanda bir kişi var. Bunu eşidib inciyənlər olub. Hacıbala Abutalıbov Az tv-də fikrini izah edib. Əslində o demək istəyib ki, indiyəcən Azərbaycanda yalnız bir kişi ilə, türkün sözü, yaxın münasibətdə olub, buna görə bir kişi tanıyır…
ADIN BATSIN, SOVETSKİ…
Sovetski sakinləri hökumət nümayəndələri ilə görüşüblər. Tələb ediblər ki, onlara elə yaşadıqları ərazidə təzə ev və hər mənzil sahibinə 10-15 kirayəçi tələbə verilsin. Sovetski camaatı söz verb ki, tələbləri ödənilsə, hamısı sürü kimi YAP-a daxil olacaq.
KONSERVATORİYA-MANISERVATORİYA
Azərbaycanda milli konservatoriyanın yeni binasının açılışı olub. Konservatoriya həm də şadlıq sarayıdır. Bundan sonra manıs professorlar və onların manıs tələbələri toya çağırılanda konservatoriyanı atıb dağa-düşməyəcəklər. Toyların yaxşıları elə konservatoriyada keçiriləcək. Alim Qasımov İlham Əliyevdən xahiş edib ki, «konservatoriy»a sözü «manıservatoriya» sözü ilə əvəz edilsin.
FATİMƏ VADİSİNDƏ HEYDƏR ƏLİYEVƏ HEYKƏL
Azərbaycan prezidentinin fərmanıyla Abbasulu ağa Bakıxanovun 220 illik yubileyi münasibətiylə Fatimə vadisində milli öndər Heydər Əliyevə heykəl qoyulacaq.
HAKİM VƏ ƏRİZƏÇİ
SƏHNƏCİK
Ərizəçi: Vətəndaş hakim, mən İlham Əliyevi məhkəməyə verirəm, bu da ərizə.
Hakim: Vətəndaş, ünvanı sıhv salmısan. Ərizəni götür get dəlixanaya.
Ərizəçi: Vətəndaş hakim, məni niyə dağa-daşa salırsan? Mən dəli məhkəməyə vermirəm, mən ağıllı adamı məhkəməyə verirəm, ölkə rəhbərini məhkəməyə verirəm…
AZƏRBAYCAN ORDUSU ZƏLZƏLƏNİ ZƏİFLƏDİB
Bu gün Azərbaycanda 5 bal gücündə zəlzələ olub. Zəlzələnin əsil gücü 9 bal imiş. Ancaq ölkənin yeraltı hərbi qüvvələri ali baş komandanın əmrini yerinə yetirərək şücaət göstərmiş, zəlzələni 4 bal zəiflətmişlər.Əməliyyat zamanı bir zabit yüngül xəsarət alıb, digər zabit telefonunu itirib. Deyilənlərə gözə, tlefonda əsgərlərin qoyduğu xeyli pul varmış.
AZƏRBAYCAN KÜRÜSÜNÜN OLİMPİYA REKORDU
Soçidə Azərbaycan günü keçirilib. Mərasimdə kürü yemək üzrə yeni olimpiya rekordu qazanılıb. Jurnalistlərin suallarına cavab verərkən idmançımız Qayya Bassani Antivari deyib: “Bizim üçün olimpiadanın qızıl medalından vacib Qarabağı almaqdır”. Sonra Antivari doğma vətənə həsr eydiyi şeri oxuyub: “Ayrılarmı könül candan, Azərbaycan! Azərbaycan!”
RƏCƏB TAYYİB DATATÜRK
Əroğan, Türkiyədəki düşmənlərini yıxdı, indi də İnternetlə vuruşur…