Архивы

GƏNCLƏRƏ ANALOQU OLMAYAN QAYĞI

Məlumdur ki, Azərbaycanda xeyli tələbə gənc eyiraz aksiyalarında iştirak edirlər. Sonra onlar polisə aparılırlar, məhkəmə, həbs… Bir sözlə, tələbələr dərsdən yayınırlar. Bunun qabağını qalmaq üçün Milli Məclis bu-gün sabah yeni qanun qəbul edəcək. Qanuna görə, hər bir Azərbaycan gənci ali məktəbə girməmişdən qabaq bir neçə il türmədə oturacaq. Çıxanda onlara metro kartı kimi  elektron kart veriləcək. Hər etiraz aksiyasından sonra məhkəmə operativ şəkildə həbs müddətini kartdan çıxacaq. Uşaq da qayıdacaq məktəbinə.

Demək lazımdır ki, bu, dünyada analoqu olmayan bir yenilikdir. Hazırda Almaniyada elektron kartların istehsalına hazırlıq görülür. Kartların xərci Heydər Əliyev fonundan ödəniləcək.

AZƏRBAYCAN ARVADLARININ YENİ QARĞIŞI

 «Səni görüm Azərbaycanın neft  pulları kimi gedər-gəlməz olasan, ofşorlarda itib-batasan!»

KİŞİLƏRİN HİCAB QOVĞASI

Nardaranda beş yüzdən artıq kişi yığılıb oxuyur:

“Biz ölərik əldən hicab vermərik!”

Burda vəzn qüsuru var, ancaq bu, vacib məsələ deyil. Vacib məsələ odur ki, hicab qadına məxsus şeydir və bu mahnını qadınlar oxumalıydı. Bu saqqallı kişilərə başqa mahnılar yaraşır. Məsələn:

“Biz ölərik, saqqal ələ vermərik!”…

Bir anlığa kindən, daxili aqressiyadan üzləri əyilmiş bu kişilərin idarə etdiyi ölkəni göz qabağına gətirirsən: hər saat, hər gün, yəni doğulandan ölənəcən gördüyün elə bu saqqallı, əyri-üyrü kişi üzəri olur, çünki qadınların başlarına kisə atılıb…Yəni ki, bir növ bu dünyada cəhənnəm layihəsi həyata keçib…

“Biz ölərik…”

Yalan deyillər, ölmək fikirləri-zadı yoxdur, ancaq öldürməyə hazıdırlar. Rafiq Tağını öldürmədiılərmi?

Qadının başına kisə atmaq – bu özü tanrı yaradan gözəlliyi öldürmək deyilmi?

 

HAMLET DEYƏN KİMİ: HƏR ŞEY MÜQAYİSƏDƏ BİLİNİR…

Nardaranlı hacılarla müqayisədə Ilham Əliyev Alen Delona bənzəyir…

«MƏNİMKİNİN CEHİZİNƏ BAX, ONLARINKINA BAX…»

Əliyevlər ailəsinin gizli biznesiylə bağlı şok faktlar üzə çıxandan sonra Azərbaycanda kütləvi arvadboşama başlanıb. Boşama ərizəsi verən kişilər deyirlər ki, bilsəydilər Əliyevin qızlarında bu dövlət var, onları alardılar. 

AZƏRBAYCANDA ŞOK

 Əliyevin gizli biznesi ilə bağlı faktlar üzə çıxan kimi ölkə əhalisini şoka salıb. Ağır vəziyyətə düşən neçə min adamın üstünə təcili yardım çağırılıb, ancaq həkimlər telefonla deyiblər ki, bu bizlik deyil, aparın baxıcıya, ya da çatdıra bilsəniz, İrana. Salyanda beş toyda dava düşüb, üç bəy bıçaq yarası alıb, bir tamada ölüb. Yüzlərlə kişi arvadını döyüb, minlərlə arvad uşaqlarının kürəyinin otrasına var gücləriylə yumruq vurub qarğış eləybləır: “Səni görüm yaman günə qalasan, ay bala, necə ki Əliyevlər bizi yaman günə qoyub!”  

 

 

NİDA KOMANDASI

              İLHAM ƏLİYEV VƏ RAMİL USUBOV

 

-Ramil, bu tutulan antimilli uşaqlar ki, var ha, Nidaçılar, onların türmədə şəraiti necədir? Mənə Amerikadan zəng vurmuşdular. Yeməklərinə fikir verin, idmanla məşğul ola bilsinlər. Qabaqlarına top atın, oynasınlar.

— Cənab prezident, biz onlardan lap futbol komandası da yaradarıq. Ancaq yeddi nəfər tuttmuşuq, gərək dörd nəfər də tutaq.

— Tutun də. Öz uşaqlarımızdı, tutun gətirin, onlar da Messi olmayacaqlar ki, gətirə bilməyək…

KÜRÜMÜZ ACI ÇIXAYDI…

          

 70-ci illərin söhbətidir. Bakıda tələbə olan bir yaaxın yoldaş imtahandan qabaq müəllimin evinə kürü aparır. İmtahanda müəllim minnətlə ona “3” yazır və üzünü turşuda-turşuda deyir:

— O gətirdiyin kürü də acı çıxdı, yeyə bilmədik, atdıq çölə…

İndi fikirləşirəm ki, birdən BMT, Avropa birliyi, ATƏT  başlayalar Azərbaycan hökumətini siyasi həbslərə görə qınamağa. Azərbaycan hökuməti buna təəccüblənəndə beynəlxalq diplomatlar deyələr:

— Son vaxtlar verdiyiniz kürü acı çıxır, yeyə bilmirik, tökürük itə-pişıyə…

CİB-CƏBBƏXANA

Azərbaycanın müxalifətçi gənclərindən iki xəbər. Biri bəd, biri xoş. Xoşdan başlayaq. Təzə tutulanların cibindən narkotik çıxmır – yəqin tərgidiblər. Bəd xəbər – təzə tutulanların cibindən top-tüfəng çıxır, yəqin prezident sarayına hücuma hazırlaşırlar.

BƏXTİYAR VAHABZADƏDƏN EŞİTDİKLƏRİM

Bəxtiyar Vahabzadənin 1979 ya 1980-cı ildə Azərbaycan universitetinin filologiya fakültəsində ixtisas kursu apararkən dediklərindən.

Polad Bülbüloğlu haqqında

“Vallah, bu Bülbülün oğlu qəhrəmandır!” (Müəmmalı pauza, auditoriya mat qalıb). “Vallah bu Bülbülün oğlu çox igid oğlandır!” (Yenə pauza, qiyabiçi tələbələr sarsılıblar). “ Vallah, o səslə ki Polad Bülbüloğlu səhnəyə çıxıb oxuyur, buna böyük igidlik lazımdır!”

 

                         Zeynəb Xanlarova haqqında

“Qeyrəti olan Azərbaycan oğlu ona baxmaz!”

Flora Kərimova haqqında

“Flora – bax, bu əsil müğənidir. Ancaq deyəsən axır vaxtlar o da…quqquldayır…”