ANS kanalının baş redaktoru Mirşahin Ağayevin monoloqunu qoyublar YOU TUBEa, “qızıl sözlər” adlandırıblar. Qulaq asıb təsdiq edirəm ki, doğrudan da qızıl sözlərdir, qaraqızıl sözlərdir, kürü sözlərdir!
Mirşahin, cəddi ANS-in reytinqini qaldırdın, deyir ki, baş nazir, nazirlər, parlament rəhbərləri jurnalistlərə yaxın gəlmirlər. Jurnalistlərə yaxın gələn bircə ali baş komandan möhtərəm prezident İlham Əliyevdir. Cənab Əliyev jurnalistlərlə davranışında analoqu olmayan demokratizm göstərir, şəxsən Mirşahin bəy, cəddi AzTV-nin ekranını qara eləsin, istəsə, prezidentin qabağında ikiqat olar, istəsə, çəkmələrindən öpər, istəsə, danabaşlılar demişkən, balalarını prezidentə qurban kəsər. Baş nazir, nazirlər, parlament sədrləri Mirşahini yaxına buraxmırlar ki, heç olmasa bu kişi onların qabağında dilini çıxarıb quyruğunu bulaya bilsin. Mirşahin neçə illərdir Elçin Əfəndiyevin yağlı yerindən öpmək istəyir, Elçin Əfəndiyev özünü burcudur…
Vallah, Mirşahin qızıl sözlər deyir, kürü sözlər deyir…
Və sonda Mirşahin prezidentə həsr elədiyi mahnını oxuyur: “ Aylı gecə sərin külək, göy çəmən…”