Архивы

SERGEY YESENİN. “SƏNƏ Kİ BAXIRAM, MƏNİ DƏRD ALIR…”

ЕСЕНИН

Мне грустно на тебя смотреть…

 

Sənə ki baxıram, məni dərd alır,
Təəssüf hissindən ağrıyır ürək!

İndi bizə qalan sentyabrdır,

Söyüd yarpaqları misə dönəcək.

 

 

Dağılıbdır özgə dodaqlarında,
İstin, bədəninin titrəyişləri.

Ruhum öləziyir, soyuyur ya da,
Ordan elə bil ki, yağış çiləyir.

 

 

Qoy olsun! Qorxmuram ondan heç də mən,

İndi başqa sevinc açılmış mənə.
İndi çürüntüdən, bir də ki, nəmdən
Özgə bu dünyada qalmamış heç nə.

 

Mən də qorumadım özümü axı,
Sakit bir həyata, təbəssümlərə.

Yolların hələlik keçilib azı,
Səhvlərsə çətin hesaba gələr.

 

 

Həyat da gülməli, dava-dalaş da.

Həmişə belədir, belə də qalır.

Əsil məzarlığa bağı oxşadar,

Sümüyə  bənzəyən tozağacları.

 

 

Biz də bax beləcə solub gedərik,
Bağ qonaqları tək dinmərik artıq…

Qışın oğlan çağı yoxsa çiçəklər,

Onların dərdinə niyə qalırıq…

1923

Ruscadan tərcümə

06-07. 2019, Samara

QEYD: Şeir aktrisa Avqusta Miklaşevskayaya həsr edilib

 

Мне грустно на тебя смотреть, 
Какая боль, какая жалость! 
Знать, только ивовая медь 
Нам в сентябре с тобой осталась.  Читать далее

SERGEY YESENİN. NƏĞMƏ («BÜLBÜLDƏ BİR NƏĞMƏ VAR…)

ЕСЕНИН

Песня (Есть одна хорошая песня у соловушки)

 

Bülbüldə bir nəğmə var, elə ki dilə gəlir,
Matəm mərasimimdə səslənir o elə bil.

 

Çiçəkləndi – ərköyün, böyüdü – qan-qan dedi,

Boyun salladı birdən, sanki özündən gedib.

 

Gicgahı deşir ağrı fikir-düşüncələrdən,
Necə vaxtsız-vədəsiz gəncliyimi xərclədim.

 

Anlamıram özüm də nə baş verdi ya niyə,
Gecələr cod yastığı sıxıram ürəyimə.

 

Cingiltili nəğmə, ax, qüssəli cəhcəh yayıb,

Zülmətdə elə gəlir qucaqlayıram yarı.

 

 

Qarmon və ay işığı pəncərənin dalında,
Bilirəm mehribanım bir də çətin qayıda.

 

 

Ah, eşq — başınağacı, qan – albalı şəfəqi,

Necə köhnə gitara və necə təzə şərqi.

 

Həmin təbəssüm, həmin sevinc və iztirabla,
Babalar oxuyanı nəvələr oxuyurlar.

 

 

Gəncsiz, için, oxuyun, həyatdan yayınmayın –

Onsuz da çiçəkləri töküləcəkdir yarın.

 

Mən soldum. İçkidənmi? Ya şöhrətdən? Bilmirəm.

Gəncdim, bəyənirdilər, atdılar, indi təkəm.

 

 

Nəğməsi də bülbülün buna görə xoş gəlir,
Dinir mən zavallının matəmində elə bil.

 

Çiçəkləndi – ərköyün, böyüdü – qan-qan dedi,

Boyun salladı birdən, sanki özündən gedib.

 

Ruscadan tərcümə

05-06. 2019, Samara

QEYD: Şeir 1925-ci ilin aprelində Bakıda, xəstəxana palatasında yazılıb. Müasirlərinin yazdığına görə, Yesenin bu şeiri özü qoşduğu motivlə mahnı kimi, rəqs hərəkətləri ilə («приплясывая) oxuyurmuş.

 

Песня (Есть одна хорошая песня у соловушки)

Есть одна хорошая песня у соловушки —
Песня панихидная по моей головушке. Читать далее

SERGEY YESENİN. “SEVGİDƏ İNSANLARI İSTƏYƏRƏK SINASIN…”

ЕСЕНИН

Шел Господь пытать людей в любови…

Sevgidə insanları istəyərək sınasın,
Dilənçi görkəmində Tanrı çıxdı talaya.

Palıdlıqda bir qoca kötük üstdə bu ansa,

Gəmirirdi qurumuş kökəni damağıyla.

 

 

Dilənçiyə sataşdı qocanın gözü birdən,
Gördü gedir cığırla, əlində dəmir əsa.

Fikirləşdi: “Ay aman, bu zavallı nə gündə,
Görünür aclıq çəkib yazıq, beləcə əsir”.

 

 

Tanrı yaxına gəldi, qəmini gizlədərək:

Yəni oyatmaq olmaz bunların ürəyini…

“Al, gəvələ… Bir azca səni bəlkə bərkidə”, —

Deyib qoca uzatdi Tanrıya çörəyini.
1914

Ruscadan tərcümə

04. 06. 2019

Samara

 

 

Шел Господь пытать людей в любови, 
Выходил он нищим на кулижку. 
Старый дед на пне сухом в дуброве, 
Жамкал деснами зачерствелую пышку. 
Увидал дед нищего дорогой, 
На тропинке, с клюшкою железной, 
И подумал: «Вишь, какой убогой,- 
Знать, от голода качается, болезный». 

Подошел Господь, скрывая скорбь и муку: 
Видно, мол, сердца их не разбудишь… 
И сказал старик, протягивая руку: 
«На, пожуй… маленько крепче будешь».

 1914

SERGEY YESENİN. ANAMA MƏKTUB

ЕСЕНИН

Письмо матери

Qarım, mehribanım, hələ sağmısan?

Mən də sağam. Səni salamlayıram.

Qoy sənin komana süzülüb axsın,

Təsvirə gəlməyən işıq hər axşam.

 

 

Yazırlar, həyəcan içini yeyir,
Məndən ötrü yaman fikir çəkirsən.

Köhnədəb və əfəl donunu geyir,
Çıxıb dayanırsan yol üstündə sən.

 

 

Mavi zülmətində sənə axşamın,

Görünən həmişə eyni şey olar:

Kimsə meyxanada dava zamanı,

Deşər ürəyimi fin bıçağıyla.

 

 

Boşla, mehribanım, narahatlığı!

Bir qarabasmadır gördüyün, inan.

Lap elə əyyaş da deyiləm axı,

Mən səni görməmiş gedəm dünyadan.

 

 

Elə həminki tək qılıqlıyam mən

İndi bircə şeyin arzusundayam,
Qurtuub tezliklə vəhşi qüssədən,

Yastı komamıza bizim qayıdam.

 

 

Qayıdıb gələrəm bağda ağappaq
Ağaclar qol açar yaz həvəsiylə.
Səkkiz il əvvəl tək oyatma ancaq,
Məni, sökülməmiş dan yeri hələ.

 

 

Arzulanıb gedən nə var, oyatma,
Çin olmayanlara toxunma hədər.

Mənim bu həyatda düşüb baxtıma,
Erkən üzüntülər, erkən itkilər.

 

 

Mənə ibadət də öyrətmə. Bəsdir!

Keçmişə bir daha qayıtmaram mən.

Tək sənsən ruhuma nur salan indi,

Mənə kömək sənsən, sevinc də sənsən.

 

 

Daha həyəcanla nə özünü üz,

Nə də ki, qəm elə, içini yeyib.

Çıxıb yol üstündə dayanma tez-tez,
Köhnədəb və əfəl donunu geyib.

1924
 ruscadan tərcümə

03-04. 06. 2019

Samara

 

 

Письмо матери

Ты жива еще,  моя старушка?
Жив и я. Привет тебе, привет!
Пусть струится над твоей избушкой
Тот вечерний несказанный свет. Читать далее

SERGEY YESENİN. “XORASANIN ELƏ QAPILARI VAR…”

ЕСЕНИН

В Хороссане есть такие двери…

 

Xorasanın elə qapıları var,

Qızıl gülə batıb astanaları.

Orda düşüncəli bir pəri yaşar,
Xorasanın elə qapıları var,

Mən aça bilmədim ancaq onları.

 

 

Qüvvə qollarımda nə qədər desən,
Mənim saçlarımda qızıl və mis var.
Gözəldir, incədir pərinin səsi.
Qüvvə qollarımda nə qədər desən,

Mənə basılmadı fəqət qapılar.

 

 

Sevgimdə şücaət nə lazım axı.

Və niyə? Nəğməmi kimə deyim mən? —

Qısqanc deyildirsə Şaqa bir daha,

Aça bilmədimsə qapıları həm,
Sevgimdə şücaət nə lazım axı.

 

 

 

Gərək Rusiyaya qayıdam indi.

Ah, İran! Sənimi tərk edirəm mən?

Səndən ayrılıram bəlkə əbədi,
Öz ana yurduma məhəbbətimdən?

Gərək Rusiyaya qayıdam indi.

 

 

Görüşənə qədər, hələlik, pəri,
Qapıları aça bilmədim, nə qəm,

Sənin yedirtdiyin iztirab şirin,
Səni vəsf edəcək vətəndə nəğməm,

Görüşənə qədər, hələlik, pəri.

 

Ruscadan tərcümə

03. 06. 2019

 

В Хороссане есть такие двери,

Где обсыпан розами порог.

Там живет задумчивая пери.

В Хороссане есть такие двери,

Но открыть те двери я не мог. Читать далее

SERGEY YESENİN. «ƏLVİDA ANIDIR, ƏZİZİM, ARTIQ…»

ЕСЕНИН

До свиданья, друг мой, до свиданья
Əlvida anıdır, əzizim, artıq,
Dostum, ürəyimdə yerin əbədi.
İndi bəxtimizə düşən ayrılıq,
Bizə gələcəkdə görüş vəd edir.

 

Əlvida, nə dinək, nə də əl sıxaq,
Qüssə görünməsin qaşqabağında.

Ölmək təzə deyil həyatda, ancaq,

Təzə heç nə yoxdur yaşamaqda da.
ruscadan tərcümə

02.06. 2019, Samara

 

До свиданья, друг мой, до свиданья.

Милый мой, ты у меня в груди.

Предназначенное расставанье

Обещает встречу впереди. Читать далее

MİXAİL LERMONTOV. RUS NƏĞMƏSİ

LERMONTOV

РУССКАЯ ПЕСНЯ

 

Enir çəngə-çəngə səmadan ağ qar,

Gözəllər gözəli bəs niyə qorxar

Artırmadan düşməyə

Gedib su daşımağa?

Tabut aparanda keşiş ki, necə

Oxuyar —  oxuyur çöldə eləcə,

         Oynayır boran.
Taxta darvazanın önündə köpək,

Hürür, zəncirini dişə çəkərək,

        Dayanmır bir an.

Nə matəm harayı boranın fəqət,
Köpəyin qüssəli hürüşü nə də,

Qızın gözlərindəki,
Qorxuya səbəb deyil.

Sevgilisi ölüb lap bu yaxında,
Gözünün önünə gələr qardan ağ:

          Gələr və  söylər

Üzünə: “Əhdini pozmusan niyə?”

Və barmağındakı əhd üzüyünə,
              İşarə elər.

1830 ya 1831

Ruscadan tərcümə

17. 05. 2019, Samara

 

РУССКАЯ ПЕСНЯ
Клоками белый снег валится,
Что ж дева красная боится
         С крыльца сойти,
         Воды снести? Читать далее

MİXAİL LERMONTOV ARZU

LERMONTOV

Желанье

 

Zindan qapısını açın taybatay,

Günün işığına gözüm təşnədir.

Yəhərləyin mənə qarayallı at,
Gətirin qaragöz gözəli bir də.

Qoyun mavi çöldə bircə dəfə mən,
Çapım o qarayal atı bircə an;

Qoyun taleyimdən əsirgənilən,

Əzəldən həmişə mənə yad gələn,
Ömrə, azadlığa baxım yaxından.

 

Ağacdan qayrılma bir qayıq verin,
Çürüyüb-dağılan oturacaqlı,
Saçaqlı-süzülmüş və boz yelkəni,

Şiddətli yelləri çox qucaqlayıb.

Çıxaram qoynuna mən dənizlərin,
Qayğısız olaram, həm də ki, təkcə.

Gəzib dolanaram mavi düzləri

Yaxşıca çarpışıb məzələnərəm,
Girdablar coşaraq hədə gəlincə.

 

 

Mənə saray verin göyə ucalan,
Yaşıl bağlar olsun dörd tərəfində.
Kəhrəba bənzərli üzüm hər zaman,
Qoy şirəyə gəlsin tənəklərində.
Şirin şırıltısı fəvvarələrin,

Qoy mərmər salonda nəğmə yaratsın.
Cənnət xəyalıyla xumarkən, məni,

Tozla isladaraq, həm xoş, həm sərin,

Gah yuxuya versin, gah da oyatsın.

1832

Ruscadan tərcümə

16-17. 05. 2019, Samara

 

Желанье

Отворите мне темницу,
Дайте мне сиянье дня,
Черноглазую девицу,
Черногривого коня.

Дайте раз по синю полю
Проскакать на том коне;
Дайте раз на жизнь и волю,
Как на чуждую мне долю,

Посмотреть поближе мне. Читать далее

MİXAİL LERMONTOV.  DUA

LERMONTOV

МОЛИТВА

Ömrümün ağır anı,
Ürəyi sıxanda qəm,

Sehrli bir duanı,
Mən əzbərdən deyirəm.

 

Düşür daş kimi qəlbdən,

Uzaqdır indi şübhə —
İnam, göz yaşı həm də —
Ruh necə yüngülləşir…

 

Sözlərin düzümündə,
Nemət dolu qüvvə var,

Anlaşılmaz, müqəddəs,
Məlahətlidir onlar.

ruscadan tərcümə

15. 05. 2019

Samara

 

        МОЛИТВА

В минуту жизни трудную,
Теснится ль в сердце грусть,
Одну молитву чудную
Твержу я наизусть. Читать далее

MİXAİL LERMONTOV. VƏSİYYƏT

LERMONTOV

ЗАВЕЩАНИЕ

Səninlə oturaydım,

Qardaşım, ikilikdə,
Deyirlər ki, dünyadan,
Az qalıb köçüb gedəm.

Yollanırsan evə sən,
İndi…Düzünü desəm,
Heç mənim taleyimlə,

Qayğılanan yox elə.

 

 

Olsa əgər soruşan,

Xatırlanarsa adım,
De güllə yarasından,
Ürəyim parçalandı.

Öldüm çar uğrunda mən,

Bizim təbiblər, denən,
Naşıdır… Ana yurda,

De məndən salam-dua.

 

 

Atamla anam çətin,
Sağ qala sən gedənə.

Onları istəməzdim,

Düzü, salam dərdə mən.

Sağ olsa əgər biri,
De yazmağa ərinir.

De yürüşdədir alay,
Gözləməsinlər daha.
Orda qonşu qızı var…

Düşünürəm haçandan

Ayrılmışıq! Soruşmaz
O məni… Sən hər halda,
Nə olub, danış ona,
Ürəyi boş olana

Nə qəm? Lap ağlasın da –

Həftə keçməz, unudar!

1840

Ruscadan tərcümə

13 may 2019, Samara

 

ЗАВЕЩАНИЕ

Наедине с тобою, брат,
Хотел бы я побыть:
На свете мало, говорят,
Мне остается жить!
Поедешь скоро ты домой:
Смотри ж… Да что? моей судьбой,
Сказать по правде, очень
Никто не озабочен.
А если спросит кто-нибудь…
Ну, кто бы ни спросил,
Скажи им, что навылет в грудь
Я пулей ранен был;
Что умер честно за царя,
Что плохи наши лекаря
И что родному краю
Поклон я посылаю. Читать далее