Архив тегов | Ахмадуллина Я думала что что ты мой враг

BELLA AXMADULLİNA. «DÜŞMƏN OLDUĞUNU GÜMAN EDİRDİM…»

BELLA AXMADULLİNA

Düşmən olduğunu güman edidim,
Deyirdim başıma böyük bəlasan.

Yalançı imişsən sən demə adi,

Ucuzmuş, hər necə oyun çıxarsan.

 +

Manej meydanında sən,

Sikkə ataraq qara,

Fal açırdın, biləsən,

Sevirəm, sevmirəm ya.

 +

Şarfla bürüyürdün ayaqlarımı, dolayırdın,

Orda, Aleksandr bağında bir dəm.

Əlimi isidir, hey aldadırdın,

Mən də, düşünürdün, yalan deyərəm.

 +

Yalan sıxlaşırdı başımın üstdə,

Elə bil ki, quzğun dəstəsi idi.

 +

İndisə son dəfə vidalaşırsan,

Gözlərdə nə göylük, qaralıq nə də.

Eh, yaşayacaqsan, unudub asan,

 Mənim gəlməyəcək heç eynimə də.

 +

Hər şey necə də əbəs,
Necə də gülüncdür həm,

Sən sağa gedəsisən,
Mən sola getməliyəm.

1957

ruscadan tərcümə

17. 10. 2024, Samara

+++++++++

БЕЛЛА АХМАДУЛЛИНА

Я думала, что ты мой враг…

Я думала, что ты мой враг,
что ты беда моя тяжелая,
а вышло так: ты просто враль,
и вся игра твоя — дешевая.
Читать далее