Архив тегов | ailə haqqında şeir

YETMİŞİN ÜSTÜNƏ BİR İL DƏ GƏLDİ…

            

qardaşlarımın, bacılarımın xatirəsinə…

 

Yetmişin üstünə bir il də gəldi,

Saydır bu ömürdə təkcə möhtəşəm.
Evim yanmasaydı, elə bilərdim,
Bu ildə bir gün də yaşamamşam.

 +

Özüm can atmadan və gözləmədən,
Mən bütün ehtimal hədləri keçdim.

Bacı-qardaşlardan çox yaşadım mən,
Hamıdan böyüyəm – qəribə işdir…

+
Ailə süfrəsi  başında sanki,
Yenə oturmusan bardaş quraraq,
Qabına qoyulub ən ləziz tikə,
Yeyirsən, baxmırsan heç kimə ancaq…

 22. 11. 2024, Samara

 

ROBERT BERNS. AH, KAŞ HEÇ VAXT EVLƏNMƏYƏYDİM…

Xor

Çovdar sıyığıdır səhər, günorta,
Çovdar sıyığıdır gündə üç dəfə.

Gündə kimə versən çovdarı suda,
Çeçəyər, gözləri çıxar kəlləyə.

1.

Ah, evlənməyəydim kaş ki, mən heç vaxt,
Nə dərdim olardı, nə də ki, qayğım.

İndi uşaq basıb, çünki var arvad,
Daim çığırırlar: “Çovdar sıyığı!”

2.

Qorxudur aclıq və acı ehtiyac,

Artıq artırmaya gəlib çıxıblar.

Qapıda onlarla əlbəyaxayam,
Qorxuram içəri girələr onlar.

ingiliscədən tərcümə

09.09. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

O, That I Had Ne’er Been Married

Chorus
Ance crowdie, twice crowdie,
Three times crowdie in a day!
Gie ye crowdie onie mair,
Ye’ll crowdie a’ my meal away.
Читать далее

BACIM QIZI GÜLBAHAR ÜÇÜN

GÜLBAHAR

 Adına oxşayan çoxmu adam var? –

Nə Xeyir? Nə Allah? – məni götürsən….

Sən gülən, gülləri solmayan bahar,

İstəkli bacımın balasısan sən.

 +

Nə sərvət qazandım, nə ad qazandım,

Ancaq sevgi gördüm fövqəladə mən.

Sən “dayı” deyəndə ya da yazanda,

Bu gözəl rütbəmlə fəxr elədim mən.

 +

İlin doqquz ayı burda soyuq var.

Doyunca yayda da isinmirəm mən.

Qəlbimə xatirən gətirir bahar,

Pəncərəmdə açan gül kimisən sən.

27. 05. 2024, Samara

«TOYUQDAN-CÜCƏDƏN HAÇAN NƏ BİŞSƏ…»

Toyuqda-cücədən haçan nə bişsə,
Yeyərdi boyunla ayağı anam.

Deyərdi: “Bunları sevirəm nəsə,

Ətlə uşaqlıqdan olmayıb aram”.

 

Biz də inanırdıq onun sözünə,
“Ayaq, baş sevəndir məmə”, deyirdik.

Buddan, döş ətindən bəxtə düşsə nə,
Bir göz qırpımında basıb yeyirdik.

 

Çorəyin boyadı, çayın qalmışı,
Qazanın kəfgirlə sıyrılan dibi,

Paltarın köhnəsi. güvə salmışı –

Yaxşını qıymadı ölənə kimi.

 

Oğul-uşaq yedi yaxşını, geydi,
Şirin, dadlı bizə düşəydi gərək.

Qazanın dibində qalanı yedi,

Qalmayanda yedi anam şor-çörək.

 

Tikənin yağlısı, ya təzə paltar,
Çaşdırır, indi də məni, pərt edir.

Mənə xatırladır anamı bunlar,
Nə yesəm, nə geysəm, haram kimidir…

  1. 04. 2024, Samara

RAYNER MARİA RİLKE. BACILAR

Rayner Maria Rilke

Hərçənd imkanları eynidir, amma,
fərqlidir həyata keçirməkləri.

günləri keçsə də eyni məkanda,
fərqli bir zamanda yaşar hər biri.

Üzgün görünəndə bir bacı bəzən,
digəri köməyə meyllənərdi.

fayda heç birindən yox idi hərçənd,

qan qana qarşıydı, olsa eyni də.

Qısılıb əvvəlki kimi getsələr əgər,

Yenə bir-birinə bağ içi indi

Hər biri həm çəkə, həm də çəkilə:

Hh, yerişlərisə tamam fərqlidir.

1908

almancadan tərcümə

29-30.04. 2022, Samara

++++++++++++++++

RAİNER MARİA RİLKE

Die Schwestern

Sieh, wie sie dieselben Möglichkeiten

anders an sich tragen und verstehn,

so als sähe man verschiedne Zeiten

durch zwei gleiche Zimmer gehn. Читать далее

YUXUMA UŞAQ VAXTI…

Yuxuma uşaq vaxtı,

Tez-tez ilan girirdi.

Tək girsəydi, yaxşıdı,
Çox idi, sürü idi.

 

Zəhərli fısıltılar,

Qulağımı deşirdi.

Mənim dilim tutulur,
İlanlar danışırdı!

 

Aşırdım dağı, daşı,

Kəsilirdi nəfəsim.

Günü qara uşağın,

Cəhənnəmdi gecəsi.

 

Ağzımda dilim yanır,

Yıxılırdım, dururdum,

Dilləri ilanların,

Dabanımı yalardı.

 

Yer də necə yerdisə,

Nə gələn, nə də gedən.

Sürünənlər ordusu,

Qabağında tək idim.

 

Diksinir, ayılırdım,

Yazıq, üzülmüş halda.

Elə bil yaralıydım,

Ödüm əzilmüş halda.

 

Gecənin bir aləmi,

Evdə hamı yuxuda.

Kəmhövsələ lələmim,

Ağır zəhmi yuxuda…

 

Səhəri kəndin  yenə,

Bir azdan açılacaq.

Mən havayı yeyəni,
Hamı acılayacaq…

 

Durub ancaq hər dəfə,

İlanlı yuxulardan,

Bu yad, soyuq evdə də,

Dincəlir, toxdayırdım…

 

15-16.12.2017

Samara