
Bəxtiyar Vahabzadə bir şeirində anasından gileylənir:
“Danışmaq öyrətdin sən öz körpənə
Nola, mən anadan lal doğulaydım.”
Danışmağı öyrətmilər, əgər uşağın ciddi patalogiyası yoxdursa. O ki qaldı, cənab Vahabzadənin lal olmaq arzusuna, bu, təəssüf ki, fantastik arzulardandır…
Pis olmazdı…
“Anam olsan belə, ay anam, xeyli…”
Bu, şeir misrasıdırmı? “…ay anam, xeyli…” Xeyli – nə qədər?
“Səndən gileyliyəm, səndən gileyli…”
“Ana, səndən gileyliyəm” – bundan artıq nə varsa, cəgfəngiyatdır, müəllifin zövqsüzlüyünü göstərir.
“Dilini bir ilə öyrəndim… nahaq!..”
Bir ilə? Nə tez?
“Öz dilim özümə kəsilib yağı.”
Yəni Kommunist partiyasına, KQB-yə qarşı çıxaraq rus dissidentləri kimi illərlə türmə həyatı keçirmisən? Nə basıb-bağlamaqdır?
“Dənizəm, üzümə durub sahilim.”
“Dənizəm”. Nə az, nə çox. Dəniz…
“Yerimək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.”
Səməd Vurğun məktəbidir. Aranı dolaşırsa, dağı da dolaşacaq. Altı aylıq olandan. Yoldaş Kərəmov kimi…
“Balana yerimək öyrədincə sən,
Gərək öyrədəydin yıxılmamağı…”
Yıxılmaq nədir? Səməd Vurğundan dalbadal iki dissertasiya qondarıb universitet professoru olanda anan qolundan tutmalıydı?
“Fikirlər yığılır beynimdə qat-qat…”
Beyin dolu imiş… Nə əcəb Tesla-zad yaratmayıb?
“Həyatı qanana ögeydir həyat,
Onu qanmayana doğmadır ancaq.”
Sədinin, Xəyamın zərgər alətləti ilə gördüyü işi Bəxiyar Vahabzadə odunçu baltası ilə görür…
“Məni incidirlər bəzən qəsd ilə”
Bu misraya o qədər gülmüşəm ki… Görəsən kim incidirmiş? Özü də qəsd ilə…
“Girəvə düşəndə zalimə belə
Zülm edib, kam almaq gəlmir əlimdən.”
Vahabzadə özünü Füzuli varisi saydığından “zalım” demir, “zalim” deyir.
Analoqu olmayan şəkili! Zülm edib kam almaq gəlmir əlindən…
«Ana, quduzlaşır həyat, ilbəil,
Dalayır puç olan ümidlərimi.”
Ümidin niyə puç oludu? Orta məktəb biliyi ilə dosent, professor olmusan, daha nə istəyirdin? Səbrin olsun, akademik də olacaqsan, Lenin poeması yazıb SSRİ dövlət mükafatı alacaqsan…
Və ümidlər puç olubsa, həyat onları necə dalayar? Puç olmamışdan dalasaydı, yenə ağla batardı…
“Mənə nağıl danış, dayansın anlar,
Görüm, nağıldakı o qəhrəmanlar
Cütbaşlı divləri nə təhər yıxır”
Divlərlə mübarizə elmi nağıllarda deyil, universitet kitabxanasındadır. Eləmə tənbəllik, oxu, gör fransız, ingilis öz divləriylə necə mübarizə aparıb…
Şeir uzandıqca cəfəngiyat artır və güclənir, rus demişkən, marazm krepçayet…
“Tülkülər görmüşəm, öz qolundakı
Dəmir zəncirlərə bilərzik deyir…”
Qolu zəncirli tülküləri təsəvvür etdiniz?
Burda dayanaq..
“Əl açdıq göylərə” şeirini oxuyaq, kefimiz açılsın.
“Nə vaxtdan ölçüldü vaxt, zaman ilə?”
Dünya gözəlləşdi ilk insan ilə.
İnsan sonsuz eşqin qadir səsidir,
Allahın yerdəki xəlifəsidir.”
Vaxt zamanla ölçülür? Vaxt elə zaman deyil?
İkinci misraya baxın. Deməli, dünya var, ilk insan onu gözəlləşdirib. İkinci bənddə deyir:
“Çalışdıq, gecəni gündüzə qatdıq.
Allahın verdiyi ağlın gücüylə
Bomboş yer üstündə dünya yaratdıq.”
Deməli, birinci bənddə Allah dünyanı yaratmışdı, insanı yaratmaqla dünya daha da gözəlləşdi. İkinci bənddə “bomboş yerdə” insanlar “birgə” dünya yaradırlar…
Bu çaşbaşlıq sovet zehniyyətindən doğur. Sovet adamı daim ilan mələyən səhralarda kommunizm cənnəti yaratmalıydı. Ancaq cənnət əvəzinə Qulaq – həbs düşərgələri, türmələr yaranırdı…
Bu adama mənim millətim filosof deyir…
Biz uca göylərdən gəldiyimizdən…
Akademik Vahabzadə iddia edir ki, biz uca göylərdən gəlmişik.
“Dünya dərdimizi sormadı bizdən”
Hansı dünya? Birgə yaratdığınız? Öz yaratdığınız dünya sizdən nə soruşmalıydı?
“Əl açdı imdadçün insan göylərə.”
Ağlın gücüylə dünya yaradan insan?…
Bəxtiyar Vahabzadə görəsən debil oğluna vəzifə düzəldəndə göylərə əl açırmış, ya rəhbər yoldaşlara?…
Mirzə Əlil
03. 08. 2024, Samara