Архив тегов | Bodlerin şeirləri. fransız poeziyası

ŞARL BODLER. SEVGİLİLƏRİN ÖLÜMÜ

ŞARL BODLER

                                (1821-1867)

                                    Nous aurons des lits pleins d’odeurs légères,
Des divans profonds comme des tombeaux,
Et d’étranges fleurs sur des étagères,
Écloses pour nous sous des cieux plus beaux.

 

       SEVGİLİLƏRİN ÖLÜMÜ

 

Xoş ətirlərlə yoluxmuş zərif yataqlarımız,

Bir qəbir tək çökür, dərinlənir divanlar da.

Bəzər ətrafı, tər, qəribə çiçəklər yalnız,

Çilənir onlara nur ən gözəl səmalardan.

 

Onların canlarında can verən son atəşlə.

Yanar ürəklərimiz çılğın iki məşəl tək.

Qoşa alovlarının dalğalanan əksi düşər,
Bu qoşa ruha ki, cüt ayna kimi aydın, pak.

 

Sirli göy, qırmızı rənglərlə bu axşam bələnir,

Zərif yeganə şöləni səninlə mən bölürəm,

Sanki hönkürtüdür o, yaslı vidalarla dolu.

 

Zaman keçər və girər bir gözəl Mələk qapıdan,

Yenidən qaytarar həyata sönük bir cüt odu,

Və bir cüt ayna canlanar, təmizlənər pasdan.

 

Fransızcadan tərcümə

15.10.2016

Samara