Архив тегов | ermənilər

ERMƏNİ İNTİZARINDA…

Sosial şəbəkələrdə bakılıların ermənilərə qarşı tükənməz məhəbbət bildirən və eyni zamanda öz soydaşlarının vəhşiliyinu təsvir edən yazıları get-gedə artır: Aşot dayılar, Karapet dayılardan ötrü axıdılan göz yaşları sel kimi axır…

Maraqlıdır, bəlkə bilirlər ki, bu gün-sabah ermənilər Bakıya girəcəklər? Və etiraflarını onların gəlişinə hazırlayılar?

DƏNİZLƏR MÜRƏKKƏB, MEŞƏLƏR QƏLƏM OLSA DA…

Əylislinin 0ğlu: Papa, məni gömrükdən çıxardılar…

Əkrəm Əylisli: Neynək bala, oturub mənnən kitab yazarsan. Bu azərbaycanlılar ermənilərə o qədər zülm edib ki, yazmaqla qurtarmaz. Darıxma, bu mövzuda olan pul heç gömrükdə də yoxdur…

AD NİYƏ BATSIN Kİ…

Prezident Əliyev Əylislidən alınmış “ xalq yazıçısı” adını Zəlimxan Yaquba verib. İndi Zəlimxan Yaqub həm xalq şairi, həm xalq yazıçısı, həm də xalq aşığıdır.

ANARIN SƏLAHİYYƏTİ 10 İL DƏ UZADILIB

Azərbaycan yazıçılar birliyi Əkrəm Əylislinin ermənipərəst romanıyla əlaqədar olaraq Azərbaycan ədəbiyyatında fövqəladə vəziyyət elan edib və Anarın səlahiyyətini on il də artırıb.

TƏLƏSƏN KƏNDİRƏ DÜŞƏR

Jurnalist:

—         Əkrəm müəllim, siz ermənilərə mesaj göndərməyinizə peşman deyilsiniz?

Əkrəm Əylisli:

— Yox, bala, peşman deyiləm. Ancaq bir az tələsmişəm. Onsuz da kirvələr gec-tez gəlib oturacaqlar Bakıda. Elə onda mesajımı birbaşa özlərinə çatdırardım…

ERMƏNİSTAN PARLAMENTİ ƏYLİSLİNİN MESAJINI MÜZAKİRƏ EDİR

Ermənistan parlamenti Paruyr Ayrikyana sui-qəsdlə bağlı bütün debatları təxirə salıb və təcili olaraq Əkrəm Əylislidən gələn mesajın müzakirəsinə başlayıb.

ERMƏNİLƏR AĞZININ İÇİNDƏ OTURUB, ONLARA NƏ MESAJ?

Əkrəm Əylislinin son iki videomüsahibəsinə (“Azadlıq” və “Amerikanın səsi”) baxıb təəccüb edirsən: bu kişi özünü təlxəkliyə qoyub ya doğrudan da ağlını itirib: “Mən ermənilərə mesaj göndərirəm”. (!) Ermənilər Ağdamın, Zəngilanın adını dəyişiblər, Zəngilanda təzə kilsə tikiblər, küçələrdə erməni uşaqları marş keçirirlər – bu onlara mesaj göndərir! Mesajı qalib tərəf göndərər, ərazisinin dörddən birini itirən tərəf mesaj göndərirsə, biabırçı məğlubiyyətiylə barışdığını etiraf edir…

Əkrəm Əylisli “Hacı Murad” povestini xatırladır və bununla özünü Lev Tolstoyla bir sıraya qoyur – yəni Əylisli təvazödən ölməz…Lev Tolstoy böyük imperiyanın yazıçısıydı və imperatordan artıq nüfuzu vardı, ona görə soyqırıma məruz qalan az saylı dağlı xalqlara “mesaj” göndərə billərdi. Müharibəni rüsvayçı şəkildə uduzmuş, misilsiz itkilər vermiş xalqın yazıçısından qaliblərə göndərilən mesaj işğalçı əsgərin çəkməsindən öpmək kimidir…

GƏL EY LAZIM, DƏDƏMİZ-NƏNƏMİZ SƏNƏ QURBAN!

Bakıda bu yaxınlarda Lazıma möhtəşəm bir abidənin qoyulacağı gözlənilir. Lazım azərbaycanlıların yarımmifik fövqəlqəhrəman personajıdır və özündə Koroğlu ilə Mehdi sahib-əz-Zamanın xassələrini birləşdirir. Lazımın yaxın zühuruna inam nəinki xalq şüurunda, hətta ölkə prezidentinin çıxışlarında özünə yer alır. Əgər lazımın gəlməyi azərbaycanlılarda tükənməz entuziazm doğurursa, bu, erməniləri qorxuya salır. Ermənilər bilirlər ki, Lazım gəlib onları mələdəcək…

CORAB

                                                

vodevil

Yeri: dükan

İştirakçılar: dükançı və alıcı, hər ikisi ahıl

Alıcı.(içəri girib öskürür) Sakaməleykim!

Dükançı. Ay salaməkeykim! Xoş görmüşük səni, qağa, qulluğunda olum!

Alıcı. Qulluq sahibi olasan. Corabın var?

Dükançı. Bu nə sözdür, ə? Necə yəni corabın var? Bu ayaqqabıları görürsən?

Alıcı. Görürəm, ay qağa, niyə görmürəm, kor deyiləm ha. Mən corab soruşdum.

Dükançı. Ə, corab nə sovxadır ki, o məndə tapılmaya?

Alıcı. Ə, sovxa niyə deyirsən coraba mən almamış…

Dükançı. Qağa, sənin şübhə etməyin məni yandırır ey! Başın haqqı, əgər bir gün eşidəsən ki, bazara qılça çəxıb, bil ki, mənim dükanımdadır. Gələrsən, peşkəş elərəm.

Alıcı. Ə, qılçanı neynirəm? Allaha şükür, özümünkülərə nə gəlib?

Dükançı. Allah qılçalarına qüvvət versin, qağa! Mən demədim ki, elə indi gəl al. Şeydir də, bilmirsən haçan gərək olur.

Alıcı. Qağa, sən məni lap dolaşdırdın. Mən səndən corab istədim…

Dükançı. Ə, corab nə matahdır ki, sən onu məndən istəyəsən. Götür ürəyin nə qədər istəyir. Qızırqanan kişi deyil.

Alıcı. Qağa, sənin bir çöpün də mənə lazım deyil.

Dükançı. Nə çöp, ə? Dükan sənə peşkəşdir, başın haqqı!

Alıcı. Ə, mənim alacağım bir cüt corabdır. Bu şoğərib üçün başa and içərlər?

Dükançı. Ə, istədiyimdən içirəm dana! Millətimsən, can-ciyərimsən. Səni görəndən ürəyim şan-şan olub ey!

Alıcı. Hörmətin artıq olsun!

Dükançı. Ə, bə nə bilmisən? İndi olmazdan bura bir erməni dığası gəlib çıxa, heç mən onun başına and içərəmmi?

Alıcı. Ə, ermənini niyə gətirib bura soxursan?

Dükançı. Ə, məsəl üçün deyirəm dana! Erməni burda nə qələt eləyir? İndi qəzadır, gəlib dükanıma baş soxsa, bilirsən mən ona neynərəm?

Alıcı. Neynərsən?

Dükançı. Ə, ecə neynərəm? O burdan sağ çıxmaz ki!

Alıcı. Yəni öldürərsən ermənini?

Dükançı. Necə öldürərsən, ə? Canını alaram!

Alıcı. Ağ eləmə, qağa, erməni öldürmək qoz qırmaq deyil.

Dükançı. Qağa, öldürməsəm də, cıraram. Buna yüz faiz arxayın ol.

Alıcı. Necə cırarsan, ey?

Dükançı. Kağız kimi, qağa. Gətirib qoyaram qulağının dibində.

Alıcı. Qağa, cırmağına bəlkə cırarsan, ey, ancaq sənə məlum olsun ki, Əlyof belə şeylərə protifdi.

Dükançı. Əlyof kimdi, ə? Mən Əlyof-zad tanımıram!

Alıcı. Necə Əlyofu tanımıram, ə? Heydər Əlyofu tanımırsan?

Dükançı. A kişi, əvvəldən adıynan deyəydin də. Əlyof nə çox. Neynək, qoy gəlsin o erməni bura. Başın haqqı, sağ çıxsa da, umsuq gedəcək mənim mağazamdan.

Alıcı. Qanmadım, qağa.

Dükançı. Yəni ki, mən mal satmayacam erməniyə. Çöpün özünü də.

Alıcı. Ə, pulunu verəcək dana. Niyə satmırsan?

Dükançı. Belə satmıram da, qağa! Bə qeyrətim yoxdu? Bə mən oğraşam? Bəlkə mən başıma şal bağlamışam? Başın haqqı, gətirib bütün erməni banglərinin pulunu, qızılını tökə bu dükana, bir ispiçkə də satmaram dığaya. Ə, nə şübhəli-şübhəli baxırsan? Bə inanmırsan?

Alıcı. Ə, niyə inanmıram, ə, kafir deyiləm ha.

Dükançı. Vallah, bu dükanın bi qara qəpik qiyməti yoxdu gözümdə. Həzrət Abbas haqqı, od vurub yandıram, ürəyim “uf” deməz.

Alıcı. Dükanı niyə yandırırsan, ə?

Dükançı. Ə, dükan mənimki deyil? İstərəm, yandıraram. İndi day Əliyof buna da protif çıxmayacaq ha!

Alıcı. Ə, Əlyofluq deyil ey. Hayıfdır dana. Min adamın bu dükandan ehtiyacı keçir. Biri elə mən. Bir cüt corabın məəttəliyəm.

Dükançı. Məəttəl niyə olursan, ə? Məttəl düşmənin olsun. Gör nə deyir ey…

Alıcı. Qağa, iş elə gətirib ki, bu gün ayaqqabıları yalın geymişəm. Ayaqlarım yaman narahatdır.

Dükançı. Ə, narahat niyə olursan? Otur dana! Otur bax burda. Otur ə, səndən artığı oturmayacaq ha.

Alıcı. Qağa, bir cüt corab…

Dükançı. Ə, corab nə zibildir onunçun qan qaraldasan. Dükan sənə peşkəşdir.

Alıcı. Qağa…

Dükançı. Ə, canım sənə qurbandı ey! Başın haqqı!

17. 09. 2001 Samara