Архив тегов | İlham Əliyev

YAŞASIN AZAD GƏNCLƏR DÖVLƏTİ!

Azərbaycanda siyasi dustaqların sayı get gedə artır. Bəlkə gənclərlə dolu türmələrin özünü müstəqil dözvlət elan edib Azərbaycanın tərkibindən çıxmaq vaxtı çatıb? Bu uşaqların Qarabağ ermənilərindən nəyi əskikdir?

 

ŞÜKÜR BU KƏLƏM BAŞLILARA…

İranda İslam komitəsi prezident seçilmək fikrinə düşmüş otuz qadının hamısına seçkilərdə iştirak etməyi qadağan etmişdir. İranlı xanımlar bir az məyus olsalar da, əllərin göyə qaldırıb Tanrıya şükür ediblər ki, İranda yaşayırlar, Azərbaycanda yaşamırlar, onlar Azərbaycanda prezident eşqinə düşsəydilər, çarşablarının altından narkotik maddələr və Kalaşnikov avtomatı çıxacaqdı, özləri türməyə düşəcəkdilər, qohumları işdən çıxarılacaqdılar və hələ bəlkə çılpaq şəkillərini AzTv-də göstərəcəkdilər…

 

AZƏRBAYCAN İNTERNETİNDƏ FUNKSİYA: «ƏLİM DƏMİRDƏ!»

Beynəlxalq təşkilatlar İlham Əliyevin əlinə-ayağına düşüblər ki, İnternetdə təhqirə görə cinayət məsuliyyətini qanuniləşdirməsin. Onlar təklif edirlərki, bunun əvəzində  Azərbaycan İnternetə “əlim dəmirdə” funksiyasını qoysun. İndinin özündə Azərbaycan məmurları İnternetdəki təhqirlərə fikri vermirlər, oxuyan kimi “əlim dəmirdə” deyib sovuşdururlar. Ramiz Mehdiyevin əli heç dəmirdən ayrılmır…

 

Mirzə Əlil

MİNMƏYİ KİMDƏN ÖYRƏNDİN, AY ÖYRƏNDİN…

İlham Əliyev deyib ki, Azərbaycanda iqtidarla xalq vəhdətdir. Möhtərəm prezident tamamilə haqlıdır. İqtidar neçə illərdir ki, xalqın belində oturub və bu cür yaxınlıq heç Afrika ölkələrində də yoxdur. Xalq hərdən iqtidara deyir: “Bəlkə yarm saatlığa düşəsən? Belim ağrıyan kimi oldu”. İqtidar cavabında deyir: “Sarsaqlama, düşsəm, vəhdət pozular. Belindəki ağrı deyil, sənin ağrı haqqında təsəvvürüründür, bunu Mark Avreli deyib, heyvan!”

Əhsən belə vəhdətə!

 

Mirzə Əlil

UŞAQ DA TANIYIR…

Dörd-beş yaşlı bir uşaq İlham Əliyevə deyib ki, “mən sizi yaxşı tanıyıram, siz Heydər babanın oğlusunuz” və ağlayıb. Yəni Füzulinin dediy kimi: “Ol dəm ki bu xakdanə düşdü, Halını bilib fəğanə düşdü, Axır günün əvvəl eyləyib yad, Axıtdı sirişk, qıldı fəryad”.

 

MİRŞAHİNİN QIZIL SÖZLƏRİ, KÜRÜ SÖZLƏRİ

ANS kanalının baş redaktoru Mirşahin Ağayevin monoloqunu qoyublar YOU TUBEa, “qızıl sözlər” adlandırıblar. Qulaq asıb təsdiq edirəm ki, doğrudan da qızıl sözlərdir, qaraqızıl sözlərdir, kürü sözlərdir!

Mirşahin, cəddi ANS-in reytinqini qaldırdın, deyir ki, baş nazir, nazirlər, parlament rəhbərləri jurnalistlərə yaxın gəlmirlər. Jurnalistlərə yaxın gələn bircə ali baş komandan möhtərəm prezident İlham Əliyevdir. Cənab Əliyev jurnalistlərlə davranışında analoqu olmayan demokratizm göstərir, şəxsən Mirşahin bəy, cəddi AzTV-nin ekranını qara eləsin, istəsə, prezidentin qabağında ikiqat olar, istəsə, çəkmələrindən öpər,  istəsə, danabaşlılar demişkən,  balalarını prezidentə qurban kəsər. Baş nazir, nazirlər, parlament sədrləri Mirşahini yaxına buraxmırlar ki, heç olmasa bu kişi onların qabağında dilini çıxarıb quyruğunu bulaya bilsin. Mirşahin neçə illərdir Elçin Əfəndiyevin yağlı yerindən öpmək istəyir, Elçin Əfəndiyev özünü burcudur…

Vallah, Mirşahin qızıl sözlər deyir, kürü sözlər deyir…

Və sonda Mirşahin prezidentə həsr elədiyi mahnını oxuyur: “ Aylı gecə sərin külək, göy çəmən…”

MİSİR VƏ AZƏRBAYCAN XALQI

Keçmiş təhsil naziri Misir Mərdanov  jurnalistlərə deyib ki, “mən 5 il ulu öndərin, 10 il isə cənab prezidentin rəhbərliyi altında təhsil naziri vəzifəsində çalışmışam. Həmişə çalışmışam ki, onların etimadını doğruldum. O ki qaldı xalqa, əgər sizin bu xalq da mənə etimad göstərsəydi, mən onun da etimadını doğrultmağa çalışardım”.

AZƏRBAYCANDA EL BAYRAMI

Mayın 3-də Azərbaycanda Mətbuat azadlığı günü böyük təntənə ilə qeyd olununb. Hamı şənlənib, atılıb-düşüb. Daxili işlər naziri Ramil Usubovun qarnı gülməkdən cırılıb.

DƏYYUSLAR…

 

 

Bu erməni köpək uşağının gözü doymur. Kəlbəcəri, Laçını, Ağdamı, Şuşanı tutduqları bəs deyil, indi də gedib Freedom House-u tutublar. Tutmaqları cəhənnəm, tutub sakit oturmurlar, ordan Azərbaycanın möhtərəm prezidentinə atəş yağdırırlar. Yəni ki, tənqid atəşi. Deyən yozdur ki, ay qurumsaqlar, bilirsiniz İlham Əliyev sizə neyləyər? İlham Əliyev qatar sizi qabağına, o qədər qovar ki, nəfəsiniz kəsilər.

Vallah, hə.

Lazım gəlsə…

Dəyyuslar…

 

Mirzə Əlil

13-05.2013

DƏYYUSLAR…

 

 

Bu erməni köpək uşğının gözü doymur. Kəlbəcəri, Laçını, Ağdamı, Şuşanı tutduqları bəs deyil, indi də gedib Freedom House-u tutublar. Tutmaqları cəhənnəm, tutub sakit oturmurlar, ordan Azərbaycanın möhtərəm prezidentinə atəş yağdırırlar. Yəni ki, tənqid atəşi. Deyən yozdur ki, ay qurumsaqlar, bilirsiniz İlham Əliyev sizə neyləyər? İlham Əliyev qatar sizi qabağına, o qədər qovar ki, nəfəsiniz kəsilər.

Vallah, hə.

Lazım gəlsə…

Dəyyuslar…

 

Mirzə Əlil

13-05.2013