Архив тегов | kürü diplomatiyası
AZƏRBAYCAN SAMMİTDƏ
PREZİDENTİN SƏHƏRİ
Səhər çağı. İlham Əliyevin evi. Prezident səhər yeməyinə girişmək istəyəndə birdən duruxur və nökərə deyir:
-Mən stolun üstündə “Azadlıq” qəzetini görmürəm! Bəs bilmrsiniz mən “Azadlığı” oxumayanda çörək boğazıma getmir?
Nökər üçqat əyilərək deyir:
— Zat-aliləri, “Azadlq” bu gün çıxmayıb…
— Onda “Yeni müsavat”ı gətirin, birtəhər çörəyimi yeyim.
Nökər yarıuzanılı vəziyyət alır:
— Zat-aliləri, “Müsavat” da çıxmayıb, deyəsən pulları yoxdur…
Zat-aliləri, Elşad Abdullayevin təzə videosu var, bəlkə qoşum?
— Qoş, yoxsa kürü boğzımdan keçmir. Avropalılar düz deyirlər ki, kürünkü demokratiyadır…
KÜRÜMÜZ ACI ÇIXAYDI…
70-ci illərin söhbətidir. Bakıda tələbə olan bir yaaxın yoldaş imtahandan qabaq müəllimin evinə kürü aparır. İmtahanda müəllim minnətlə ona “3” yazır və üzünü turşuda-turşuda deyir:
— O gətirdiyin kürü də acı çıxdı, yeyə bilmədik, atdıq çölə…
İndi fikirləşirəm ki, birdən BMT, Avropa birliyi, ATƏT başlayalar Azərbaycan hökumətini siyasi həbslərə görə qınamağa. Azərbaycan hökuməti buna təəccüblənəndə beynəlxalq diplomatlar deyələr:
— Son vaxtlar verdiyiniz kürü acı çıxır, yeyə bilmirik, tökürük itə-pişıyə…