Архив тегов | Məşədi İbad

AZƏRBAYCANDA BİR QAZİ VAR, O DA PREZİDENT

Azərbaycan mətbuatında “qazi” sözünə rast gələn kimi nə qədər çalışıram  gözümün qabağına müharibə iştirakçısı, əlili gətirim, gətirə bilmirəm. Özümü yumruqlayıram, Tofiq Yaqublu kimi hətta  öz-özümə kəllə atıram – alınmır. Gözümün qabağına “Məşədi İbad”ın son səhnələri gəlir: “Gedin, gedin, qaziyə deyin, qoy kəbini kəssin…” Bir də Mola Nəsrəddin lətifələrindəki qazilər yadıma düşürlər. “Kişi ağzında qızıl kimi söz danışır, sən qaz kimi boğazını uzadırsan…”

Əslində indi bizim veteranlara aid “edilən “qazi” sözü və şəriət məhkəməsinin hakimi mənasında qolan “qazi” sözü ərəbcə iki müxtəlif sözdür, onların yazılışı da fərqlidir. Bizdə qismən dilin fonetik kasıblığından iki sözü eyni cür yazıb omonimə çeviriblər. Ancaq “hakim” mənasında olan “qazi” sözü bizə nəinki tanış, hətta doğmadırsa, “döyüşçü” mənasında “qazi” sözünü”  patriotlar-puristlər dilimizə soxuşdurublar. Bu başabəla dil patriotları guya dilimizi əcnəbi sözlərdən təmizləyirlər. Bu necə təmizlikdir: ikinci ərəb sözünü, həm də təhrif olunmuş halda, dilə salmaqla?

Efron Və Brokqauzun ensiklopedik lüğətində oxuyuruq: “Гази (араб. غازي‎) — название вольных воинов, почётный титул мусульман, воевавших против неверных. Понятие встречается в мусульманских источниках c X—XI веков”.

(Şəriət hakimi mənasında olan «qazi» sözü isə belə yazılır: قَاضِي)

Yəni “qazi” – kafirlərə qarşı vuruşan sərbəst, azad döyüşçü. “Ğazv” – “həmlə” sözündəndir.

Latın mənşəli gözəl “veteran” sözü kimin gözünü ya qulağını deşirdi?

Veteran ya müharibə əlili mənasında işlədilən “qazi” sözünü xalqın yadddaşınin, şüurunun iliyinə yeritmək üçün gərək “Məşədi İbad” və Molla Nəsrəddin  lətifələri qadağan oluna.

“Gedin, gedin, qaziyə deyin…”

Lətifələrdə qazi, indiki dillə desək, korrupsionerdir. “Kişi ağzında qızıl kimi söz danışır…”

Ancaq bu lətifələrin birində müsbət qazi surəti var. O da Molla Nəsrəddinin özüdür.

Bir dəfə Molla müvəqqəti qazi təyin edilir. Yanına iki nəfər gəlir, biri o birindən şikayətçidir, deyir bu cənab mənə kəllə vurub. O cənab isə deyir ki, yox, bu cənab kəlləni özü özünə vurub…

Qazi molla məəttəl qalır. Deyir gedin bir az gəzin, mən fikirləşim. Onlar gedəndən sonra Molla məhkəmə eksperimenti keçirir ki, görsün öz-özünə insan kəllə vura bilər ya yox. Çox tullanır, az tullanır, axırda başı divara dəyib partlayır…

Ərizəçilər qayıdanda başı sarıqlı Molla cavabdehə deyir ki, kəlləni sən vurnmusan, o öz-özünə kəllə atsaydı, onun da başıı mənimki kimi yarılardı…

Hakim mənasında “qazi” sözü Azəribaycanda ancaq bir nəfərə aid edə bilər, o adam da prezidentdir. Çünki bütün hökmləri, xüsusən ən absurd hökmləri o çıxarır. Yəni Tofiq Yaqublunun başını dönə-dönə divara vurduğunu, buna görə də başını yox, gözlərinin xəsarət aldığını iddia edən qazi İlham Əliyevdir. Ancaq bu hökmü çıxarmamışdan qabaq əlahəzrət preziden gərək məhkəmə eksperimenti keçirəydi, yəni başını divara vuraydı. Onda görərdi ki, baş yarılır ya gözlər şişib örtülür…

Ona görə də bizim qəhrəman döyüşçülərimizə qazi deməyin, onlara gözəl “veteran” sözü yaraşır. Ölkədə bir kişi olduğu kimi, qazi də bir nəfərdir. Ancaq gərək bu qazi  də Mola Nəsrəddin kimi ədalətli ola, hökm çıxarmamışdan qabaq istintaq eksperimenti keçirə…

Öz üzərində…

Mirzə ƏLİL

21.01. 2022, Samara

DEYİRLƏR Kİ, TOY OLACAQ…

МЕШЕДИ 4

ZAT-ALİLƏRİ, SƏN MƏNƏ 200 MİN DƏ AVRO VER, MƏN BU MÜXALİFƏTÇİLƏRİN HAMISININ ANASINI ELƏYİM ERMƏNİ…

MƏŞƏDİ, BEŞ MİNİ DOLLARLA GƏRƏK VERƏSƏN…

  • MEŞEDİ 2
  • Məşədi, mən səninlə qohumluğu özümə şərəf bilirəm… Ancaq pulu səndən dollarla alacam.
  •  A kişi, a Rüstəm bəy, biz axı beş min manata danışmışdıq.
  •  Məşədi, mən nə biləydim manatın başına kül olacaq? Beş min dollar! Bir sent də aşağı düşmərəm. Özün bilirsən ki, qıza namizəd çoxdur.
  •  A Rüstəm bəy, axı bu qədər dolları bang mənə satmayacaq.
  • Məşədi, Elman bizim adamdır, əmiuşağıyıq, get denən Gülnaz xanımın adaxılsısan, nə qədər istəsən, dəyişəcək

MİLLİ ŞURA HAMAMDA

nar

                                              Üzeyir byə bənzətməBakı hamamlarından biri. Cəmil Həsənli hovuzun qırağında qətfəyə bürünüb çay içir. Kisəçilər rəqs edib oxuyurlar:
— Hamamın içində,
-İçində və çölündə,
Yay, yaz, qış-bahar,
İlham Əlyevin,
Atalıq qayğısı var.
Cəmil Həsənli: Məni prezident seçin, sizə analoqu olmayan qayğı göstərəcəm.
Bu dəmdə içəri tərəfdən İsgəndər Həmidov anadangəlmə lüt çıxır.
İ. Həmidov (hamamçıya): Brat, mən başa düşmədim, bu nə sudur!
Hamamçı: İsgəndər bəy, şollar suyudur, hələ Qəbələ suyu da qatmışam.
İ. Həmidov: Brat, məni lox sayırsan? Mən bilirəm Qəbələ suyunda kimlər çimir. Sənin suyun bozbaş suyuna oxşadı. Mən on il srok yatmışam, heç türmədə belə pis hamam görməmişəm. Mən burda qalmaram (Elə lüt çıxır)
Cəmil Həsənli. A kişilər, vallah, lap yaxşı sudur.
Əli Kərimli qurşağacan qətfəyə bürünmüş halda görünür.
Ə. Kərimli: Cənablar, əgər desələr ki, mənə bu hamamda xarici pasport verəcəklər, yenə mən bura gəlmərəm. Mənə belə hamam lazım deyil, ayda bir dəfə Saatlıya gedib Arazda çimsəm, bundan yaxşıdır. (Çıxır)
İsa Qəmbər qətfəli görünür.
İ. Qəmbər: Əfəndilər! Bilirsiniz ki, İlham Əliyev mənim hamamma da, suyuma da həbs qoyub. Qonşuda çimməyə məcburam, hərçənd qonşum yapçıdır. Ancaq belə hamamdansa, yapçı hamamı yaxşıdır. Mən bir də bura gəlmərəm. (Çıxır)
Cəmil Həsənli (hamamçıya) Vallah, bilmirəm bu bəylərə nə oldu. Hamam lap yaxşı hamamdır… Bunlar getdilər, indi gərək hamam pulunu verəm… Evdən də boş çıxdım. O telefonu ver, Rüstəm bəyə bir zəng vurum… Rüstəm bəy! Biz hamamda Milli Şuranın iclasının keçiriridik, icra pulunu verə bilmirik. Hə, üç-dörd yüz baks. İki yüz göndərirsən? Axırıncı dəfə olsun? Milli şura ya hamam? Nə, пошли мы все в баню? (hamamçıya) Rüstəm bəydən pul gələcək. Özü də deyir, hamınız hamam gedin.
Hamamçı: Ay professor, bizim millətinki elə hamamdır.
Kisəçilər oynayıb oxuyurlar:
Yay, yaz, qış-bahar,
Burda Əliyevin,
Atalıq qayğısı var…

12. 01. 14 Samara

BU OLMASIN, O OLSUN

Rüstəm İbrahimbəyov: Gedin, gedin, millətə deyin, qoy mənə səs versin!

Milli Şura: Razısan?

İbrahimbəyov: Hə, hə!

Milli Şura: (İlham Əliyevə)bunu sənə rəqib edək, razısan?

İlham Əliyev: Yox, yox…

Milli Şura: (seçicilərə) razısız?

Seçicilər: möö, möö…