Архив тегов | Mirzə Əlil

RAMİL USUBOV TƏKCƏ BAŞ QIRXMIR…

            

 

Azərbaycan demokratik inkişaf yolunda arşın addımlarla irəliləyir. Bakıda həbs olunan müxalifətçi gənclərin indi ancaq saçları qırxılır. Tükdür də, bu gün qırxırsan, sabah əvvəlkindən də yaxşı gəlir. Ölkələr var ki, orda müxalifətçilərin başını qırxmılar, başın özünü kəsib atırlar. Fərqi görürsünüz?

İndi özünüz deyin: bir ovuc tükdən ötrü hay-küy salmağa dəyərmi?

Yeri gəlmişkən, deyilənlərə görə, Ramil Usubov əvvəllər dəllək olub. Baş da qırxırmış, sünnət də eləyirmiş.

Yəni ki, özünüzü gözləyin. Nazir geniş profilli sənətkardır!

 

Mirzə Əlil

MİNMƏYİ KİMDƏN ÖYRƏNDİN, AY ÖYRƏNDİN…

İlham Əliyev deyib ki, Azərbaycanda iqtidarla xalq vəhdətdir. Möhtərəm prezident tamamilə haqlıdır. İqtidar neçə illərdir ki, xalqın belində oturub və bu cür yaxınlıq heç Afrika ölkələrində də yoxdur. Xalq hərdən iqtidara deyir: “Bəlkə yarm saatlığa düşəsən? Belim ağrıyan kimi oldu”. İqtidar cavabında deyir: “Sarsaqlama, düşsəm, vəhdət pozular. Belindəki ağrı deyil, sənin ağrı haqqında təsəvvürüründür, bunu Mark Avreli deyib, heyvan!”

Əhsən belə vəhdətə!

 

Mirzə Əlil

AZƏRBAYCANDA ALTERNATİV TURP BAYRAMI

  

 

Azərbaycanda indi rəsmi Gül bayramıyla yanaşı alterntiv Turp bayramı da keçirilir. Çünki mərhum Heydər Əliyev Azərbaycan Kommunust Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu vaxtlar turpçuluğun inkişafına çox diqqət yetirib. Azərbaycanda əkinə yararlı bütün sahələrdə pambıq, tütün əkildiyindən Heyər Əliyev məcbur olurdu ki, turpu elə adamların başında əkdirsin. Sizə deyim ki, Mirzə Əlilin də başında o zamanlar çox turp əkilib, ağrısı-əziyyəti çox olsa da, millətin başı yaxşı turp məhsulu verirdi. Təsəvvür edin ki, uzun illərdən bəri Rusiyada yaşasam da, hələ də başımda yabanı turp çıxır. Ona görə daim papaq qoymağa məcburam, bəziləri burda fikirləşirlər ki, bəlkə də mən keçələm. Saçımı da rus xanımlarına vurdurmuram, burda millətdən olan bir dəllək var ona burdururam. Dəllək də mən yaşda olar, onun da başında bir vaxtlar Əliyev turp əkib, yəni ikimiz də bir gündəyik…

Turp bayramınız mübarək olsun!

 

Mirzə ƏLİL

 

10.05..2013 Samara

 

MİRŞAHİNİN QIZIL SÖZLƏRİ, KÜRÜ SÖZLƏRİ

ANS kanalının baş redaktoru Mirşahin Ağayevin monoloqunu qoyublar YOU TUBEa, “qızıl sözlər” adlandırıblar. Qulaq asıb təsdiq edirəm ki, doğrudan da qızıl sözlərdir, qaraqızıl sözlərdir, kürü sözlərdir!

Mirşahin, cəddi ANS-in reytinqini qaldırdın, deyir ki, baş nazir, nazirlər, parlament rəhbərləri jurnalistlərə yaxın gəlmirlər. Jurnalistlərə yaxın gələn bircə ali baş komandan möhtərəm prezident İlham Əliyevdir. Cənab Əliyev jurnalistlərlə davranışında analoqu olmayan demokratizm göstərir, şəxsən Mirşahin bəy, cəddi AzTV-nin ekranını qara eləsin, istəsə, prezidentin qabağında ikiqat olar, istəsə, çəkmələrindən öpər,  istəsə, danabaşlılar demişkən,  balalarını prezidentə qurban kəsər. Baş nazir, nazirlər, parlament sədrləri Mirşahini yaxına buraxmırlar ki, heç olmasa bu kişi onların qabağında dilini çıxarıb quyruğunu bulaya bilsin. Mirşahin neçə illərdir Elçin Əfəndiyevin yağlı yerindən öpmək istəyir, Elçin Əfəndiyev özünü burcudur…

Vallah, Mirşahin qızıl sözlər deyir, kürü sözlər deyir…

Və sonda Mirşahin prezidentə həsr elədiyi mahnını oxuyur: “ Aylı gecə sərin külək, göy çəmən…”

DƏYYUSLAR…

 

 

Bu erməni köpək uşağının gözü doymur. Kəlbəcəri, Laçını, Ağdamı, Şuşanı tutduqları bəs deyil, indi də gedib Freedom House-u tutublar. Tutmaqları cəhənnəm, tutub sakit oturmurlar, ordan Azərbaycanın möhtərəm prezidentinə atəş yağdırırlar. Yəni ki, tənqid atəşi. Deyən yozdur ki, ay qurumsaqlar, bilirsiniz İlham Əliyev sizə neyləyər? İlham Əliyev qatar sizi qabağına, o qədər qovar ki, nəfəsiniz kəsilər.

Vallah, hə.

Lazım gəlsə…

Dəyyuslar…

 

Mirzə Əlil

13-05.2013

DƏYYUSLAR…

 

 

Bu erməni köpək uşğının gözü doymur. Kəlbəcəri, Laçını, Ağdamı, Şuşanı tutduqları bəs deyil, indi də gedib Freedom House-u tutublar. Tutmaqları cəhənnəm, tutub sakit oturmurlar, ordan Azərbaycanın möhtərəm prezidentinə atəş yağdırırlar. Yəni ki, tənqid atəşi. Deyən yozdur ki, ay qurumsaqlar, bilirsiniz İlham Əliyev sizə neyləyər? İlham Əliyev qatar sizi qabağına, o qədər qovar ki, nəfəsiniz kəsilər.

Vallah, hə.

Lazım gəlsə…

Dəyyuslar…

 

Mirzə Əlil

13-05.2013

газета ОЧАГ 2013-04

очаг4_2013цветнойОЧАГ_ЯНДЕКС

İNDİ ALTI AYDAN ÖTRÜ ELMİMİZİ GÜDAZA VERƏK?

 

 

Azərbaycan Elmlər akademiyası prezdentinin seçkisi çox gərgin keçib. İndiyəcən yer üzündə belə seçki olmayıb. Mübahisəni yaradan Akif Əlizadənin alimlik səviyyəsi olmayıb, Azərbaycanda körpə uşaqlar da bilirlər ki, yer üzündə Akif Əlizadə kimi alim yoxdur. Ziddiyət akademikin yaşına görə yaranıb. Məsələ burasındadır ki, Azərbaycan akademiyasının nizamnaməsinə görə prezidentin gərək ən azı 80 yaşı ola. Akif Əlizadənin də 80 yaşa altı ayı çatmır. Çox ağır debatlar gedib. Hələ yumruq davası da düşüb və bir akademik o biri akademikin anasını söyüb. Xoşbəxtlikdən, kompromis tapılıb. Akademiyanın nizamnamısini dəyişmənək üçün, akademik Akif Əlizadənin yaş kağızını dəyişiblər. Undi akademik Əlizadənin düz 80 yaşı var və o, AMEA-nın prezidentidir.

Gözünüz aydın!

 

 

Mirzə Əlil

LAZIM KİMDİR?

“Vaşinqton post” qəzetində “Lazım kimdir?” adlı maraqlı bir material çap olunmuşdur. Amerikanın görkəmli azərnaycanşünasları Lazım haqqında öz fikir və mülahizələrini bildirirlər. Professor Devid Rafaelsonun fikrinə görə, Lazım xalis naxçıvanlıdır, orta yaşlı kişidir. O hətta Lazımın söz portretini də çəkir: “Boyu uca, saqqallı, gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində. Burnu əyridi. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana”.

Professor Rafaelsonun fikrincə, Lazıma göyçək kişi demək olmaz.

Professor Henri Haverkroft bu fikirdədir ki, Lazım tovuzludur, hətta cavanlıqda başqa tovuzlular kimi saz çalmağı da varmış. Lazımın indi hansı ölkədə yaşadığı barədə azərbaycanşünas alimlər müxtəlif fikirlər deyirlər və İsveçrə, Ərəb Əmirlikləri, Britaniya kimi ölkələrin adlarını çəkirlər. Amerikalı alimlər bir məsələdə həmfikidədirlər: Azərbaycan prezidenti Lazım gəlməmiş heç bir ciddi qərar qəbul etmir. Bu da Lazımın Azərbaycanın siyasi həyatında necə mühüm yer tutduğunu göstərir.