Архив тегов | Qurana bənzətmələr

ƏL ĞƏDR SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Göndərdik həqiqətən.

Onu Qədr gecəsi. 

Nə dərk edərsən ki sən,

Nədir Qədr gecəsi?

+

Min aydan xeyirlidir,

Qədr gecəsi yəqin.

Mələklər və ruh enir,
Tanrıdan alıb izn.

+

Onun hər cür əmrini

Yetirələr yerinə.

+

Dan sökülənə qədər,

Əminlik hökm sürər.

28. 08. 2022, Samara

Aleksandr PUŞKİN. QURANA BƏNZƏTMƏLƏR. VII

ПУШКИН

QURANA BƏNZƏTMƏLƏR

        VII

 

Qalx ayağa, ağürək:[i]

Səhər açılanacan,
Küncündə mağaranın,

Müqəddəs çıraq yanır.

Dua elə ürəkdən,

Peyğəmbər, at başından,
Kədərli fikirləri,

Məkrli yuxuları.

Həqiranə ibadət,
Elə səhərə qədər.

Səmavi kitabı sən,

Oxu səhərə qədər!

1824

Ruscadan tərcümə

29.11.2017

Samara

[i] Orijinal qafiyəsizdir

ALEKSANDR PUŞKİN. QURANA BƏNZƏTMƏLƏR. VIII

ПУШКИН

ALEKSANDR PUŞKİN

                 QURANA BƏNZƏTMƏLƏR

                             VIII

                   Торгуя совестью перед бледной нищетою…

 

Vicdanla alver edib qabağında kasıbın,
Pay verəndə əllərin simiclikdən əsməsin.

Tam əliaçılığı Tanrı bəyənər ancaq.

Qiyamət yetişəndə, barlı zəmilər kimi,

Ey uğurlu əkinçi,

Zəhmətinin əvəzi yüz qat artıq çatacaq!

 

Ancaq həyatda zəhmət çəkib qazandığından,

Qıymayıb, dilənçiyə xəsis pay uzadanda,

Simic ovcun yumulub əgər kilidlənərsə,

Verdiklərin daş üstdə bir ovuc toza bənzər
Leysan yağış düşdümü, bil ki, yuyulub gedər.

İtər-batar sədəğən,Tanrı rədd eləyərsə.

 

1824

Ruscadan tərcümə

16.11.2017

Samara

 

 

 

 

ALEKSANDR PUŞKİN. QURANA BƏNZƏTMƏLƏR. IX

ПУШКИН

ALEKSANDR PUŞKİN

     QURANA BƏNZƏTMƏLƏR

 

                 IX

                                  И путник усталый на бога роптал…

 

Tanrını qınadı yolçu yorulub,

Kölgə, su axtarır, boğazı quru.

Səhrada dolaşdı üç gün, üç gecə,
Gözləri ilğımın, tozun girinci.

Kədərli, ümidsiz yolçu gedirdi,

Birdən xurma altda bir quyu gördü.

 

Xurmanın yanına yüyürdü yolçu
Çatıb soyuq sudan içdi doyunca.

Sudan gözlərinə, alnına çəkdi,

Sadiq eşşəyinin yanına çökdü.

Ötüşdü bu yeri, göyü yaradan

Tanrının əmriylə çox il o vaxtdan.

 

Yolçunun ayılmaq vaxtı yetişdi;
Qalxan tək naməlum bir səs eşitdi:

“Çoxdnmı səhrada sın yuxudaydın?”

Cavab verir: günəş ucadır indi,

Dünən təzə-təzə qızarırdı dan,

Deməli bircə gün yatmışam yaman.

 

 

Səs: “Yolçu, daha çox yatdığın zaman,

Bax, cavan uzandın, qoca qalxmısan.

Bax, quruyub xurma, o soyuq quyu,

İndi qumla dolub, quruyub suyu.

Səhradır ətrafın, eşşəyinin də,

Çılpaq sümükləri ağarır indi”.

 

Qocanı bürüdü qüssə bir anda,

Ağladı, ağ başı döşünə endi…

Səhrada baş verdi onda möcüzə,
Keçmiş cana gəldi və hər şey təzə.

Sərin kölgə salır xurma yenə də,

Soyuq suyla dolu quyu indi də.

 

Çürük sümükləri qalxır eşşəyin,
Örtülür bədənlə, anqırır yenə.

Yolçunun canına güc, sevinc gəlir;

Qanında cavanlıq eşqi dirilir;

Müqəddəs fərəhlə sinəsi dolur,

Allaha şükr edib düzəlir yola.

1824

 

Ruscadan tərcümə

07.10.2017

Samara

Aleksandr Puşkin. QURANA BƏNZƏTMƏLƏR

ПУШКИН

                        V

                                        Земля неподвижна, неба своды…

 

Yer hэrэkətsizdir: sənsən, Yaradan,

Saxlayan bu göyün qübbələrini.

Sənsiz yerə, suya yıxılardılar,

Bizi əzərdilər qüvvələriylə.

 

Günəşi yandırdın kainatda sən,

Həm yeri, həm göyü işıqlandırır.

O, zeytun yağına sanki çəkilən,

Büllur çilçıraqda yanan kətandır.

 

Tanrıya əyilin, qüdrət ondadır

Bürküdə  sərin yel əsdirə bilir

Odur buludlarla göyü dolduran

Yeri ağaclarla kölgələndirən.

 

Bağışlayandır o, Məhəmmədə həm

Nur dolu Quranı göndərən odur.

İşığa aparan yola qoy qədəm,

Dumanı gözündən uzağa qovdur.

 

 

1824

tərc.: 15.02.2014