Архив тегов | Rembonun şeirləri

ARTYÜR REMBO. BOHEMA

Gedirdim, cırıq-sökük ciblərimdə əllərim
İdeal görkəm aldı sanki birdən palto da.

İlham pərim, tək sənin vassalındım dünyada,

Necə qızğın sevgilər arzulayırdı qəlbim!

 

Yeganə şalvarımda yekə deşik var idi.

Şeir qoşur, səpirdim yola qafiyələri.
Böyük Ayıda tapdım gecələməyə yeri,

Ulduzlarımdan şirin bir xışıltı gəlirdi

 

Oturub dinləyiridim bunu yol qırağında,
Xoş sentyabr axşamı alnımda, yanağımda,

Duyurdum düşən şehi, sanki şərabdı gerçək.

 

Fantastil gölgələrin içində ayağımı

Ürəyimə sıxaraq çəkdim ayaqqabımın

Şnurunu– liranın simləri çəkilən tək.

 

 

1870

fransızcadan tərcümə

 

  1. 03. 2026, Samara

++++++++++++++++++

Arthur Rimbaud

Ma bohème

 

Je m’en allais, les poings dans mes poches crevées ;

Mon paletot soudain devenait idéal ;

J’allais sous le ciel, Muse, et j’étais ton féal ;

Oh ! là là ! que d’amours splendides j’ai rêvées ! Читать далее

ARTUR REMBO. QEYSƏRİN HİDDƏTİ

Gəzir ağbəniz adam çiçəklənən çəməndə,

Qara geyimli, siqar dişləri arasında.

Tyüilri güllərini görür sanki önündə —

Sönükmüş baxışları alovlanır bu anda.

 

İmperator sərxoşu  iyirmi illik kefin!

O söyləmişdi: gərək söndürm azadlığı.
Həm də çox incəliklə, şamı söndürən kimi!”

Azadlıqsa dirilir! Monarxı azar yıxır!

 

Yaxalandı. – Nə addır bu, lal dodaqlarında
Titrəyən? Nə qınaqdır gəmirən içdən onu?

Bilmərik…Baxışları İmperatorun sönür.

 

Eynəkli aşnasını salır bəlkə o yada.

— Və siqarından çıxan tüstüsə xatırladır,

Sen-Klu axşamları zərif, göy buludları.

1870

fransızcadan tərcümə

06-07. 03. 2026, Samara

+++++++++++++++++++++++++++

QEYDLƏR:

Sonet formasında yazılmış şeirdə təsvir olunan şəxs imperator (1852-1870) III Napoleondur.

Sonuncu üçlüyün birinci misrasında “Compère en lunettes” (“eynəkli aşna” “eynəkli əlbir” ya “tərəfdar” mənasında) ifadəsi ) III Napoleonun naziri olmuş Emil Olivyeyə aiddir. Rembo, 1870-ci ildə müharibə elan etməklə  imperatorun süqutunda Olivyenin mühüm rol oynadığını xatırladır.

 +++++++++++++++++++++++++++++++

Arthur Rimbaud

RAGES DE CÉSARS

L’Homme pâle, le long des pelouses fleuries,

Chemine, en habit noir, et le cigare aux dents:

L’Homme pâle repense aux fleurs des Tuileries—

Et parfois son œil terne a des regards ardents…! Читать далее

ARTYÜR REMBO. KASIBLAR KİLSƏDƏ

rimbaud

Les pauvres à l’église

 

İyli nəfəsdən qızan bucağında kilsənin
Özlərini vuraraq palıd skamyalara,
Göz dikiblər iyirmi ağız birdən səslənib

Dini nəğmələr deyən zər parıltılı xora.

 

 

Çörək iyi tək udub qoxusunu şamların

Kötəklənən it kimi həqir həm də bəxtəvər,

Kasıblar Yaradana, rəhim, rəhman Tanrıya,

İnadlı və gülməli dualar göndərirlər.

 

 

Qadınların burada canları rahatlanar:

Onlara düz altı gün Tanrı məşəqqət verib!

Cır-cındıra bürünüb diz üstdə yırğalanan,
Körpələr elə ağlar, can verirlər elə bil.

 

 

 

Bilinir sup yeyirlər yağlı sinələrindən,

Elə gözlərindəcə donub qalıb dualar.
Baxırlar bir dəstə qız saymazca gəzinmədə,
Hamısının başında əzilmiş şlyapa var.

 

 

Qıraqda aclıq, soyuq, ər içkili: qalasan,
Burda bir az da, sonra günün qara olacaq!
— Ətrafdasa gah burun çəkən, gah pıçıldaşan,
Gah da ki, sızıldayan uzunbığlı qocalar:

 

 

 

Ürəkkeçməlillər var, burda zəlillər də var,
Kimlə qarşılaşsalar yolunu dəyişdirər,

Dua kitablarını qaldırıb qoxuyurlar,

Bu korları köpəkdir həyətlərdə gəzdirən.

 

 

 

Ağızları sulanan küt imanlı yazıqlar
Ağlayıb yalvarırlar İsaya dayanmadan.

O da şüşə dalında boz-sarı rəng alaraq,
Xəyaldadır, acları ya toxları saymadan.

 

 

Uzaq ət qoxusundan, kifindən  geyimlərin,

Yöndəmsiz səcdələrlə çiyrindirən bu farsdan;

Seçmə ifadələrlə yenə dualar dinir,
Sıxlaşaraq bürüyür kilsəni mistik duman,

 

 

Məbəddən çəkiləndə günəşin şüaları,

Yaşıl ipək geyimli, qara ciyər azarlı
Məhəllə xanımları dualanmış sulara
Salaraq öpdürürlər saralmış barmaqları.

 

Fransızcadan tərcümə

11-12.04. 2019, Samara
Arthur Rimbaud.

Les pauvres à l’église

 

Parqués entre des bancs de chêne, aux coins d’église 
Qu’attiédit puamment leur souffle, tous leurs yeux 
Vers le choeur ruisselant d’orrie et la maîtrise 
Aux vingt gueules gueulant les cantiques pieux ; Читать далее

ARTYUR REMBO. QIŞ ARZUSU

artur rembo

ARTYUR REMBO

                             (1854-1891)

            QIŞ ARZUSU

                       L’hiver, nous irons dans un petit wagon rose…
Yola gül rəngli vaqonda çıxarıq biz qışda.

Mavi, yumşaq balışlar hər yanımız.

Orda ağuşlar olar, ehtiras, nəvaziş də.

Xəlvəti guşədə qaynar qanımız.

+

Şüşə dalında qara kölgələrin sayrışıını,

Görməməkçin qapayarsan gözünü.

Qara şeytanlara çöldə qara qurdlar qarışar,

Min oyundan çıxaraq yol uzunu.

+

Və titrəyər qəfildən, alllanar, yanar yanağın,

Bir hörümçək kimi  busəm qonan an

Sən əyər boynunu azca

_

Və deyərsən mənə “Axtar!” – başını silkələyib,

Və yalandan girişib axtararıq “hörümçəyi”.

— Yenə gəlib qonacaq…

1870

fransızcadan tərcümə

08-09.2017, Samara 

ARTYUR REMBO. ŞƏR

rimbaud.jpgARTYUR REMBO

(1854-1891)

 

                                    Tandis que les crachats rouges de la mitraille
                                    Sifflent tout le jour par l’infini du ciel bleu ;
                                    Qu’écarlates ou verts, près du Roi qui les raille,
                                    Croulent les bataillons en masse dans le feu ;

 

                         ŞƏR

 

Odlu bəlğəm elə bil burda yağır toplardan,

Səsiylə güllələrin  sarsılır ənginliklər.

Al-yaşıl donlu alaylarsa biçilməkdə hər an

Seyr edir məhvə gedən kütləni Kral gülərək.

 

Hamı sərsəm, qalalqlanır ölənlər ətrafda,

Min bədən tüstülənir sanki nəhəng bir teştdə.

Ah, yazıqlar! Bu gözəl yay günü, çəmən, bu hava,

Ah təbiət, niyə bəs onları yaratmışdın.

 

Ağır sütunlar arxasındasa gülərTanrı,

Süslü mehrab, buxurun tüstüsü, qızıl camlar,

Xumarlanar o, dua səsləriylə mürgü vurar.

 

Və ayıldar onu yaslı, ürəkləri qanlı,

Qara örtüklü, yas içində üzülmüş analar,

Və hər birindən ona paslı bir qəpik uzanar.

 

1870

Fransızcadan tərcümə

05-08 2017

Samara