
ARTYUR REMBO
(1854-1891)
QIŞ ARZUSU
L’hiver, nous irons dans un petit wagon rose…
Yola gül rəngli vaqonda çıxarıq biz qışda.
Mavi, yumşaq balışlar hər yanımız.
Orda ağuşlar olar, ehtiras, nəvaziş də.
Xəlvəti guşədə qaynar qanımız.
+
Şüşə dalında qara kölgələrin sayrışıını,
Görməməkçin qapayarsan gözünü.
Qara şeytanlara çöldə qara qurdlar qarışar,
Min oyundan çıxaraq yol uzunu.
+
Və titrəyər qəfildən, alllanar, yanar yanağın,
Bir hörümçək kimi busəm qonan an
Sən əyər boynunu azca
_
Və deyərsən mənə “Axtar!” – başını silkələyib,
Və yalandan girişib axtararıq “hörümçəyi”.
— Yenə gəlib qonacaq…
1870
fransızcadan tərcümə
08-09.2017, Samara