ALEKSANDR PUŞKİN
HAFİZDƏN
(Fərat çayı qırağında düşərgə)
Əsgəri şöhrətin eşqinə düşən,
Ey cavan oğlan!
Qarabağlılarla qanlı döyüşə,
Atılma, dayan!
Çıxmaz, bilirəm ki, ölüm qarşına.
Səni görəli,
Gözəlliyinə və cavan yaşına,
Qıymaz Əzrail.
Qorxuram bu qanlı döyüşlər ancaq
Tamam məhv edə,
Ürkək təvazönü davraışında,
Həyan da itə.
1829
Ruscadan tərcümə
26.09.17
Samara