Архив | 21.09.2017

BU ENDƏ DEYİLDİ VOLQA QABAQLAR…

“Bu endə deyildi Volqa qabaqlar,

Eni ən uzağı beş yüz metrdi.

Bu gördüyün kimi deyildi axar,

Volqa güllə kimi axıb gedirdi”.

—

Neçə saata bir durnabalığı,

Tutub dönüb qoca, qanı qaradır.

Köhnə baydarkanı çəkib qırağa,
Bayaqdan içini silib qurudur.

—

Dişləri qayırma, üzü qırışlı,

Səksənə yaxındır yaşı bəlkə də.

Şəffaf baxışlıdır, çevik yerişli,

Volqada baydarka hələ çəkir də.

—

“Brejnev vaxtında, indi bilirik,

Kommunizm olub həyat o zaman

Benzinin bir litri yeddicə qəpik…”

Deyir və xaç çəkir: “Eləydi, inan…”

—

Dartınır, uzanır dar bucaqlara,

Axtarır yayınıb qalan damlanı,
Sürtür avarları ovuclarıyla,

Gün altda parlayır aliminuum.

—

“O vaxtkı balıqlar hanı Volqada,

Axar yox, üstəlik zəhərlədilər…”

Söyür Yeltsini də, Qorbaçovu da,

Putini nədənsə gətirmir dilə…

—

Quruyar, bükülüb qayıq bağlanar

Belə qayğı ilə yaşar əbədi.

İnsanın öz içi belə saxlana –

Nə sudan çatlayar, nə pas çürüdər…

20-21.09.2017

Samara

İNANAN KÜRDƏXANI YOLU YOLLANSIN…

ALİYEV UN.jpeg

İlham Əliyev BMT-dəki çıxışında deyib: «Demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır.»