UİLYAM ŞEKSPİR
“AS YOU LİKE İT” PYESİNDƏN JAKIN MONOLOQU
All the world’s a stage,
Dünya bir səhnə.
Aktyordur və qadınlar, kişilər.
Çıxar hər kəs və tərk edər sonra.
Çox rol oynar bir insan ömründə.
Əsassa yeddi pərdədir. Çağalıq,
Öyüyər, dayə əlində çığırar.
Sonra məktəbli. Üzü al, toppuş,
Əlində çanta, məktəbin yolunu,
Sanki getmir, sürünür. Sonra da gənc,
Eşq odu canda. Qəmli nəğmələri
Yarına həsr edir. Əsgər sonra
Uzadıb saqqal, and içib qanına
Şərəf mücahidi, qorxmaz davada
Şöhrətə təşnə, topun ağzına da
Atılar bəlkə. Sonra hakimlik.
Alıb-yeməkdən əti lay-laydır.
Ütülüb saqqalı, sərtdir baxışı.
Bilir həm keçmişi, həm indini o.
Bu da onun roludur. Altıncı
Başlanır pərdə. İndi bir dəridir,
Bir sümükdür, sürüşür şalvarı da.
Ona gendir, nə qalıb gənclikdən.
Belində dəst açar, gözündə eynək var.
Bir zamanlar guruldayan səsi də,
İndi dönmüş çağa ciyiltisinə
Ya xışıldar, ya fışıldar hərdən.
Sonu qəribə, zəngin əhvalatın
Təkrar uşaqlıq, unutqanlıqdır.
Nə diş, nə göz, nə dad, nə ayrı bir şey də.
İngiliscədən tərcümə
16.09.2017