Архив | 07.09.2017

MOZART

Gələcəyi görmək yaxşı olardı —

Yüz il, iki yüz il, min il sonranı.

Bircə an ekranda, ayrı cür ya da,

Ancaq fərziyyə yox, əsil olanı.

 

Keçən əsirlərin qatını yaran,

Dinən gələcəyin səsidir yəqin.

Yüz il, iki yüz il, min il sonranın,

Kim bilir, bəlkə də lap qiyamətin.

07.09.2017

Samara

MAHİR QULİYEV, BİLƏSUVARIN FƏXRİ, YARAŞIĞI, GƏLƏCƏYİ…

Mahir_Quliyev.jpeg

Bizim gözəl millətimizin bir eybi varsa, o da yaxşı insanların ayağını çəkməkdir. Biri elə Biləsuvar başçısı Mahir Quliyev. Bu insanın ayağını o qədər çəkən var ki, yazıq ombasını tuta-tuta yeriyir. İndi də hay-küy salıblar ki, Biləsüvar parkının bir hissəsini dostuna peşkəş edib, dostu da gözəl bir restoran tikdirib. Açılışında Mahir Quliyev özü şəxsən qol qaldıırıb oynayıb. Yəni bir qolunu qaldırıb. O biri əliylə ombasını tuturmuş…

Bir biləsuvarlı mənə zəng edib deyir ki, ay Mirzə, bu Biləsuvar torpağı Mahir Quliyevin dədəsindən qalıb ki, dostlarına peşkəş edir? Deyirəm ay kişi, bu yazığın dədəsinin Kəlbəcərdə altı sot torpağı olub, onu da erməni dəyyuslar tutublar. İndi bu yetim Biləsüvarı satmasın, bəs haranı satsın?

Biləsuvarlı deyir ki, Mirzə, bunun heç ali təhsili yoxdur, otiuz səkkiz yaşında guya “Naxçıvan” adlı  universitetə girib. Deyirəm qardaş, bu adam o “Naxçıvan” adlı xarabanın qapısından bircə dəfə giribsə, nəinki ali təhsili var, o hətta akademik adına layiqdir.

Biləsuvarlı deyir ki, guya bu uzun müddət ofisiant olub. Deyirəm ay kişi, ofisiant dünyada ən gözəl işdir, xalqa ofisiantdan yaxın adam yoxdur, çox rəhbərlər var ki, acı toxtdan ayıra bilimirlər, ancaq ofisiantlıq eləmiş rəhbərlər baxan kimi bilirlər ki, ac kimdir, tox kimdir. Möhtəşəm İlham Əliyev ömürlük prezident olmasaydı, mən Mahir Quliyevi prezident vəzifəsinə təklif edərdim.

Biləsuvarlı deyir ki, bu Mahir Quliyevin qoçu dəstəsi var. Deyirəm ay kişi, bu qurumsaq qoçu dəstəsi yığır ki, getsin Kəlbəcəri ermənilərdən alsın. Bəs ayrı nə səbəb ola bilər.

Biləsuvarlı hələ çox şeylər demək istəyirdi. Dedim qardaş, məni şərə salma. Möhtəşəm prezident Mahir Quliyevi vəzifəyə qoyubsa, bilir niyə qoyur. İndi sən məni prezidentin üstünə qaldırma.

Yaşasın YAP!

Yaşasın Paşa-holdinq!

Yaşasın AzTv!

Yaşasın məzlum və başıqapazlı Azərbaycan xalqım!

Mirzə ƏLİL

ОН СКОРБИТ О МУСУЛЬМАНАХ МЬЯНМЫ…

  • Mehman_Aliyev.jpeg
  • Киши, что нам делать, и Госдеп требует освобождения Мехмана Алиева…
  • Оставь меня, старушка, я в печали. Я думаю о мусульманах Мьянмы…

===================

  • Kİşi, neyləyək, Amerika da Mehman Əliyevin buraxılmağını tələb edur…
  • Əl çək məndən, arvad, mənim dərdim var… Mən Myanma müsəlmanlarının fikrini çəkirəm…