Архив | 15.09.2017

UİSTAN ODEN. DAHA ÇOX SEVƏN

auden.jpg

UİSTAN ODEN

                 (1907-1973)

 

           DAHA ÇOX SEVƏN

                          Looking up at the stars, I know quite well…

Ulduzlara vurğunam. Onlar üçünsə amma

Fərqi yox kiməm, nəyəm, dünyada varam, yoxam.

İnsan olsun, ya heyvan – biganədirsə bizə,

Yaxşı ki heç salmırıq bunu ürəyimizə.

 

Ulduzların da bizə sevgisi yana birdən,

Bizim sevgidən də gur – xoş olardı nə qədər.

Bərabərlik sevgidə mümkün deyilsə əgər,

Razıyam, mən olum qoy daha çox sevən tərəf.

 

Əlbətttə, heyranam mən ulduzlara,

Onlarsa soyuq və uzaqdadırlar.

Bir iş var, görmürəm  gündüz onları,

Vallah, birini də yada salmıram.

 

Onlar itib getsə, ölsələr ya da,
Gözlərim öyrəşər boş səmaya da.

Duyaram qaranlıq  əzəməti də,

Bir az əvvəl-əvvəl olsa çətin də.

İngiliscədən tərcümə

15.09.2017

Samara

MİLLİ MƏCLİS BAĞLANIR, ARAZ ƏLİZADƏ OTELƏ QAPIÇI GEDİR…

Araz_Əlizadə

Deputat Araz Əlizadə deyib lki, Azərbaycana ombudsmen lazım deyil, çünki insan haqları məsələsini ölkədə möhtəşəm prezident özü hərləyir. Yəni kimi istəsə tutur, kimə istəsə, işgəncə verir, kimi istəsə, buraxır.

Tamamilə doğrudur.Ancaq elə isə niyə Milli Məclis ləğv olunmasın? Yüz iyirmi beş deputat, onların köməkçiləri, katibələri, nökərləri xəzinədən ayda bir ətək pul alırlar Parlamentə aid olan məsələlərin də hamısını prezident başının dəstəsiylə hərləyir.Belə parlament kimə lazımdır? Ombudsmen bir nəfərdir, onu saxlamaq ölkə üçün elə də böyük xərc deyil. Ancaq yüz iyirmi beş vecsiz adamı, onların qul-qarabaşını saxlamaq böyük xərcdir. Ona görə ombudsmen vəzifəsindən qabaq Milli Məclisi bu harınlamış Araz Əlizadə ilə birlikdə ləğv eləmək lazımdır. Milli Məclisin binasını ərəb turistlər üçün bahalı otelə çevirmək olar. Orda Araz Əlizadəyə də iş tapılar. Məsələn, şveysar, yəni qapıçı vəzifəsi. Pullu kişiləin, arvadların çamadanlarını daşıyar.

Sözümü bitirib deyirəm:

Yaşasın möhtəşəm prezident!

Yaşasın Paşa-holding!

Yaşasın Az Tv!

Yaaşasın məzlum Azərbaycan xalqı!

Mirzə Əlil

ELMİRA SÜLEYMANOVA GÖZƏL BAYRAMLIYA BAŞ ÇƏKİR…

Gözəl_Bayramılı

«A qız, bura türmə demək günahdır! Mənim kabinetimdə heç belə şərait yoxdur! Yerin Salyandır, vallah! Gözəlləşmisən bura girəndən! Adın Gözəl idi, indi özün də gözəl olmusan! Buranın rejimi ölünü dirildər! Qıraqda olanlar yaman gündədirlər. Biri mən. Əlahəzrət prezident olmasa, o dünyalıq olaram. Bir yerim sızıldayan kimi həkimləri tökür üstümə, biri daldan, biri qabaqdan, düzəldirlər birtəhər. Dayan görüm, əlahəzrət prezident zəng edir. Əlahəzrət prezident? Hə, Gözəlin yanındayam! Durumu? Durumu gözəl! Oturumu da gözəl! Təki elə bütün oturanların oturumu belə gözəl ola! Şikayəti yoxdur. Çox minnətardır sizə, əlahəzrət prezident!.Əli Kərimlidən ötrü darıxır. O da gələcək bura? Lap yaxşı, lap yaxşı… Gördün, əlahəzrət özü maraqlanır, Əli Kərimlini də deyir gətirəcəklər bura, bir yerdə olmasanızda, yaxında olacaqsınız…  Gözəl, vallah, sənin şəraitini o qədər bəyəndim ki, heç getmək istəmirəm. Ancaq gərək gedəm. Xarici jurnalistlərlə görüşməliyəm. Sənin qabağınca Əfqan Muxtarlıya dəydim. O da çox yaxşılaşıb, düşüb rejimə, əlahəzrət prezidentimizə sağ ol deyir ki, onu Gürcüstandan bura gətirdib, deyir Gürcüstanda qalsaydım, yemək-içməkdən ölmüşdüm…»