Les pauvres à l’église
İyli nəfəsdən qızan bucağında kilsənin
Özlərini vuraraq palıd skamyalara,
Göz dikiblər iyirmi ağız birdən səslənib
Dini nəğmələr deyən zər parıltılı xora.
Çörək iyi tək udub qoxusunu şamların
Kötəklənən it kimi həqir həm də bəxtəvər,
Kasıblar Yaradana, rəhim, rəhman Tanrıya,
İnadlı və gülməli dualar göndərirlər.
Qadınların burada canları rahatlanar:
Onlara düz altı gün Tanrı məşəqqət verib!
Cır-cındıra bürünüb diz üstdə yırğalanan,
Körpələr elə ağlar, can verirlər elə bil.
Bilinir sup yeyirlər yağlı sinələrindən,
Elə gözlərindəcə donub qalıb dualar.
Baxırlar bir dəstə qız saymazca gəzinmədə,
Hamısının başında əzilmiş şlyapa var.
Qıraqda aclıq, soyuq, ər içkili: qalasan,
Burda bir az da, sonra günün qara olacaq!
— Ətrafdasa gah burun çəkən, gah pıçıldaşan,
Gah da ki, sızıldayan uzunbığlı qocalar:
Ürəkkeçməlillər var, burda zəlillər də var,
Kimlə qarşılaşsalar yolunu dəyişdirər,
Dua kitablarını qaldırıb qoxuyurlar,
Bu korları köpəkdir həyətlərdə gəzdirən.
Ağızları sulanan küt imanlı yazıqlar
Ağlayıb yalvarırlar İsaya dayanmadan.
O da şüşə dalında boz-sarı rəng alaraq,
Xəyaldadır, acları ya toxları saymadan.
Uzaq ət qoxusundan, kifindən geyimlərin,
Yöndəmsiz səcdələrlə çiyrindirən bu farsdan;
Seçmə ifadələrlə yenə dualar dinir,
Sıxlaşaraq bürüyür kilsəni mistik duman,
Məbəddən çəkiləndə günəşin şüaları,
Yaşıl ipək geyimli, qara ciyər azarlı
Məhəllə xanımları dualanmış sulara
Salaraq öpdürürlər saralmış barmaqları.
Fransızcadan tərcümə
11-12.04. 2019, Samara
Arthur Rimbaud.
Les pauvres à l’église
Parqués entre des bancs de chêne, aux coins d’église
Qu’attiédit puamment leur souffle, tous leurs yeux
Vers le choeur ruisselant d’orrie et la maîtrise
Aux vingt gueules gueulant les cantiques pieux ; Читать далее