Архив тегов | şəfəq

F.İ. TYÜTÇEV. SON SEVGİ

                                         

Sevirik, ah, qürub çağı həyatın,

Daha şəfqətlə, ehtiyatla daha…

Qoy vida şölənin artsın büsatı,

Sən ey axşam şəfəqi, son sevda!

 

Kölgə də göyləri alıb bürüyür,

Dolaşır təkcə günbatanda şəfəg,-

Ay axşamın bu çağı, səbr elə bir,

Bu gözəllik qoy hələ vursun bərq.

 

Soyusun qoy bu gan damarlarda,

Soyumur duyğular könüldə, nə qəm.

Ah, sən ey son sevda!

Səndə həm nəşə, ümidsizlik həm.

 

1853

R. Frost. HƏQİRLİK

 

(ACCEPTANCE)

 

Qürub şəfəqiylə bulud allanır,

Günəş yana-yana enir körfəzə.

Amma buna görə heç kim ağlamır,

Təbiətdə. Hətta quşların özü.

Bilir bu adi göy qaralmağıdır.

Yumulur birinin sönük gözləri,

Könlüsə hələ də oxumağında.

Uçur meşə üstdə, tələsir biri,

Doğma yuvasından düşüb uzağa.

Tanış ağacına çatanda onun

Düşünüb-dediyi bir budur: “Sağam!

İndi qaranlıqla qoy gecə dolsun,

Gecə zülmətiylə yolu tutulsun,

Mənim sabahımın. Nə olur – olsun”.