Архив тегов | sevgi şeirləri

SELCANIN YATMIŞ QANTURALIYA DEDİYİ

U LENİ. KİNO

(Qanlı qoca oğlu Qanturalı boyu)

Yatma, igid,  qara başını qaldır,
Qıyma ala gözlə gör bu nə haldır.

Hələ qollarını bağlamayıblar,
Hələ dirənməyib ağ alnın yerə,
Başını kəsməyib “uf” deyilmədən,
Yerə dağılmayıb al qanın nə də.

Yağı yaxındadır, çatar indicə,

Oyan, dur hazır ol döyüşə tezcə.

Qayalar oynamır, ovuldu yersə,
Qoca bəylər sağdır, dağılıb elsə.

Qatı sıralarla enərək dağı,

İndicə üstünə yeriyər yağı.

Vaxtmı, yermi tapdın, igid, yatmağa?
Sənə nə olubdur, tez dur ayağa!

30. 03. 2021, Samara

DƏLİ DOMRULUN ARVADINDAN ÖTRÜ TANRIYA DEDİYİ

U LENİ. KİNO

 (Duxa qoca oğlu Dəli Domrul)

Ucalardan ucasan,
Kimsə bilməz necəsən!

Gözəl tanrı, səni cahil adamlar,
Yer üzündə istər ya  göydə arar.

Sənsə möminlərin ürəyindəsən,
Hər şeyə qadirsən, əbədisən həm.

Adına ucaldım imarətləri,
Ac görsəm, doyurum adına, Tanrım,

Əyni yalınlara don geyindirim.

Alırsan, birgə al canımızı sən,
Almırsan, can alma hər ikimizdən.

Qadirsən, tükənməz, Tanrı, kərəmin!

27.03. 2021, Samara

HERMAN HESSE. YALAN DEYİRMİŞƏM…

hesse-13044-portrait-medium

Yalan deyirmişəm! Qoca deyiləm!

Hələ ki, həyatdan doymamışam mən

Haçan gözəl qadın çöhrəsi görəm,

Yenə ruh oyanır, nəbz aşır həddən.

Yuxumda qadınlar isti və çılpaq,
Yaxşıları olur, adiləri də.

Divanə valsların taktları oynaq,

Eşq odu soyumur səhərə qədər.

Hələ bir sevgi də arzularam mən,

Həm təmiz, həm məsum bir gözəlliyə.

Hər yada düşəndə məni inlədən,
O ilk və müqəddəs eşqə bənzəyə.

1901

almancadan tərcümə

09.02. 2021, Samara

Ich log

Ich log! Ich log! Ich bin nicht alt!

Ich bin nicht satt vom Leben,

Mir macht jede schoene Frauengestalt

Noch Puls und Gedanken erheben.

Mir traeumt noch von Weibern heiss und nackt,

Von guten und von schlechten,

Von wilder Walzer brillantem Takt

Und von verliebten Naechten.

Mir traeumt von einer Liebe sogar,

Einer schweigsam schoenen und reinen,

Wie jene erste heilige war,

und ich kann noch um sie weinen.

FYODOR TYÜTÇEV. “GÖZLƏR TANIYIRDIM…”

TYÜTÇEV

Gözlər tanıyırdım, — o gözləri, ah

Necə sevdiyimi Tanrı bilərdi.

Zülməti sehrlə və ehtirasla

Dolaraq qəlbimi əsir  elərdi.

=

Mümkün deyilsə də anlaşılmağı,

Həyatı dibəcən açan nəzərdə

Dərdin səslənirdi tanış sorağı,
Dərin bir ehtiras  gizlənirdi də.

=

Bu baxış qüssəli, həm də itiydi,

Kiprik kölgəsində nəfəs alırdı.

Üzgündü,y orğundu, nəşə kimiydi,

Həm də iztirab tək bəlalı idi.

=

Və xoş, möcüzəli anlar olanda,

Bacara bilmədim bircə dəfə də,
Qaçım o baxışın yanğılarından,
Gözləşim, göz yaşım axıb getmədən.

Ruscadan tərcümə

17-18.09. 2020, Samara

Я очи знал,- о, эти очи!
Как я любил их — знает бог!
От их волшебной, страстной ночи
Я душу оторвать не мог.

Читать далее

AH, NECƏ SÜTÜLDÜK, TƏMİZDİK NECƏ…

U LENİ

Ah, necə gözəldi sütül vaxtların,
Birdən dəli kimi vurulmaqları.

Elə ki, bir gözəl qanrılıb baxır —
Alır iradəni, ağlını alır.

 

 

Səsə vurulursan, səsə də bəzən!
Görməmiş üzünün gözəlliyini.

Havalı gəzirsən, dəli gəzirsən,
Gecəli-gündüzlü həmin səs dinir.

 

 

Ah, necə sütüldük, təmizdik necə,
Düzümü, daramı bəsdi saçların,

Bilmirdik onlarda ətir var incə,
Təpədən dırrnağa sarsıda bilir.

 

 

Gözlərə baxırdıq xəlvəti, oğrun,
Naşı oğru kimi əsib qorxudan.

Həmişə azarlı, həmişə yorğun,
Amma xoşbəxt idik nədənsə hər an.

 

 

Sütüldük, sevirdik təmiz eşq ilə,
Duyğumuz təmizdi, niyyətimiz həm,

Bilmirdik Əslinin düymələriylə,

Niyə sübhə qədər əlləşir Kərəm…

 

27. 05. 2020, Samara

Mixail LERMONTOV. “AYRILDIQ SƏNİNLƏ, FƏQƏT ŞƏKLİNİ…”

LERMONTOV               

2-ci tərcümə

Ayrıldıq səninlə, fəqət şəklini,
Saxlaram sinəmin üstdə həmişə.

Ən gözəl illərdən xatirə kimi,
Doldurar o mənim qəlbimə nəşə.

 

 

Məni təzə sevda yaxsa da indi,
Dönmədim o şəklə məhəbbbətimdən.

Tərk edilən məbəd – yenə məbəddir,

Yenə də tanrıdır yıxılan sənəm.

 

1837

Ruscadan tərcümə

24.03. 2020, Samara

 

Расстались мы, но твой портрет
Я на груди моей храню:
Как бледный призрак лучших лет,
Он душу радует мою.

Читать далее

Mixail LERMONTOV. “AĞLAMA, AĞLAMA, AĞLAMA, BALAM..”

LERMONTOV

Ağlama, ağlama, ağlama, bala,
Belə əzablara o dəyməz, inan.

Bil ki, əzizlərdi səni o lağla,

O səni sevirdi darıxdığından!

 

 

Bizim Gürcüstanda az deyil axı,
Onun tək görkəmli, gözəl cavanlar — 
Qara gözlərinin alovu yaxır,

Qara bığları da burulur əla!

 

 

Taleyin hökmüylə uzaq,  həm özgə,

Yurddan atılmışdı o bizim elə.

Qovğa arzulayar və şöhrət gəzər, —

Nə tapa bilərdi axı səninlə?

 

 

Hədiyyə verirdi sənə qızıldan,
And da içirdi ki,  atmaz əbədi.

Səndən nəvazişi baha alsa da,

Gözünün yaşına dəyər vermədi.

 

Ruscadan tərcümə

22.03. 2020, Samara

 

Не плачь, не плачь, мое дитя…

 

Не плачь, не плачь, мое дитя,
Не стоит он безумной муки.
Верь, он ласкал тебя шутя.
Верь, он любил тебя от скуки! Читать далее

Aleksandr PUŞKİN. ETİRAF

ПУШКИН

Mən sizi sevirəm – çıxsa da cinim,

Hərçənd bu, zəhmətdir, xəcalətdir həm,

Ayaqlarınıza düşüb deyirəm:

Səfeh bu fəlakət sarsıdır məni!
Mənə bu yaraşmaz, o yaş deyil yaş,

Gərək ciddi olam mən indən bəri.

Qəlbdəsə qaldırır fəqət yenə baş,
Sevgi azarının əlamətləri.
Sizsiz darıxıram — əsnəyirəm də,
Sizinlə qəmliyəm – dözürəm ancaq.

Tab yox, istəyirəm açıb deyəm də,
Mələyim, sevirəm sizi necə, ah!
Qonaq otağından elə ki, gəlir,

Donun xışıltısı, səsi addımın,

Ya da məsum qadın səsi yüksəlir,

Birdən itirirəm bütün ağlımı.

Haçan gülümsəniz – ürəyim də şad,

Yana baxırsınız– batıram yasa.

Bir gündə çəkdiyim zülmə mükafat —  

Bəyaz əlinizə əlim dəyərsə.

Səylə əyləşərək cəhrə dalında
Bir az saymazyana əyilən zaman,

Gözlər yarıaçıq, saçlar alında,

Riqqətə gəlirəm, nitqi lal halda,

Körpə tək baxıram mən sizə heyran!…

Mən necə bədbəxtəm, deyimmi, necə,
Sıxılır qısqanclıq ağrısıyla can,

Bəzən pis havada, ya da ki, gecə,
Uzaq bir səfərə yığışan zaman?
Və xəlvətdə necə ağladınız siz,
Bucaqda deyilən odlu nitqlər,
Sizin Opoçkaya səfərləriniz,

Və fortepiano axşamlar hələ?

Mərhəmət dilərəm səndən, Alina!
Sevgi tələbinə  cəsarətim  yox,
Bəlkə də o qədər günhalarım çox,
Sevgiyə dəymirəm, mələyim, daha.
Yetər riyakarlıq! Bircə baxışda,
Bütün həqiqətlər gözəl oxunar!

Məni aldatmaqda mürəkkəb nə var!..

Axı aldanmağa mən özüm şadam!

1826

Ruscadan tərcümə

21.03. 2020, Samara

Признание

Я вас люблю, — хоть я бешусь,
Хоть это труд и стыд напрасный, Читать далее

KƏNDLƏRDƏ, GÖZDƏN VƏ KÖNÜLDƏN UZAQ…

U LENİ. KİNO

Kəndlərdə, gözdən və könüldən uzaq,

Kişilər dünyadan köçüb gedirlər.
Sakit, təvazölü ölür ata, ər,
Bir işə, qulluğa yollanan sayaq.

=

Fransız, deyəsən, bunu demişdi:

Kasıba təsəlli, ümiddir ölüm.

Elə ki tükənir sevinci ömrün,
Təsəlli sonuncu mənzil eşqidir.

+

Mal-qara dalında, qoyun dalında,
Səhəri açılır, günü qaralır.

Vaxtının qalanı torpağa qalır,
Bellə də əlləşir, əli yalın da.

+

Yadırğayar arvad nəvazişinə,
İstəyi içində soyuyar tamam.
Yanaşı yaşarlar, birgə yox amma,

Taleyə baş əyər, gedər işinə.

+

Əyni nimdaş olar əziz gündə də,
Şalvarı ütüsüz, köynəyi əzik.

Üzünü qırxmağa gəlməz həvəsi,

Yaxının, qonşunun toy günündə də.

+

Bilər ki, dünyanın kefi az deyil,
Bilər ki, ayrı cür həyatlar da var.

Ancaq qismətiylə barışıb yaşar,

Hərdən ağlasa da xəlvəti, gizli.

+

Ölür, ölümünə səbəb bəllidir,
Feldşerin yazdığı arayş da var.

Vaxtında dərdini soruşmadılar,

Ürək boşaldardı bəlkə, kim bilir…

03. 03. 2020, Samara

CƏFƏR

Yaxşı dostum vardı, adı da Cəfər;

Bütün fizikanı, riyaziyyatı,
Yuxudan durğuzsan, deyərdi əzbər.
Sevirdi bir az da ədəbiyyatı.

 

 

Gözəl bir oğlandı, gözləri ala,

Qaşları çatmaydı, ağdı dərisi,

Mizrab telə dəydi – gedir xəyala,

Musiqi hərisi, muğam dəlisi…

 

 

Bir qız da sevirdi – dünya gözəli,
Yanında yalandı Kətrin Dönev də.

Məsələ mürəkkəb, çətindi həlli,

Hərdənbir döyüşlər gedirdi evdə…

 

 

Mən də nadan uşaq, on altı yaşlı,
Başda eşq havası nə qədər desən.

Çaldığım xaricdi, yazdığım naşı,
Cəfərsə xoşlardı bilmirəm nədən.

 

 

Mən ona əvəzsiz qulaqdım həm də,
Dinləyər, yatmazdım, sübhü də açsaq.

Eynşteyn, Nyuton, Əsli-Kərəm də,
Mənə maraqlıydı, haçan danışsaq.

 

 

Gecə səhərəcən Stansiyanı,
Gəzirdik bu başdan o başa qədər,

Gah relslə, gah düşüb yol qırağıynan,
Gedirdik, yorğunluq, yuxu bilmədən.

 

 

Vecsiz, narahatdı ayaqqabılar,

Gecə bürküsü də nəfəsi kəsir.

Söhbətə tükənməz amma maraq var,

Nə mən, nə də ki dost deməzdi “bəsdir”…

 

 

 

Ulduzlar sönməyə tələsmirdilər,
Səadət ümidi şüalarında.

Keçən vaqonların səs-səmirində,
Xoşbəxt uzaqların sorağı vardı…

 

 

 

Gözləri dolardı dostumun hərdən:

“Çıxmaram heç otuz yaşıma, bildin?”..

Ölümsə, gənc idik, uzaqdı bizdən,

Otuz yaş düz otuz işıq iliydi…

 

 

17.11. 2019, Samara