Архив тегов | siyasi məhbuslar
UYQURLAR AZƏRBAYCANDAKI DUSTAQLARIN AZAD OLUNMASINI TƏLƏB EDİBLƏR
Şərqi Türküstanın paytaxtı Urumçidə uyğurlar Azərbaycandakı siyasi dustaqlarla həmrəylik nümayişi keçiriblər. Nümayişçilər əllərində Leyla Yunusun, Xədicə İsmayılın, İlqar Məmmədovun, Anar Məmmədlinin va başqalarının şəkillərini tutublar.
FƏTULLAYEV ÖZƏL TÜRMƏ YARADIR — «HAQQIN.YOX»
AVROPA OYUNLARI VƏ İNSAN ALVERİ
Avropa oyunları dünya mediasının nəinki mərkəzində, heç həndəvərində də deyil — bunu qərb mətbuatını az-çox izləyən hər kəs təsdiq edə bilər. Ancaq Bakıda Azərbaycanı doğrudan da dünya mətbuatının diqqət mərkəzinə çevirə biləcək bir hadisə baş verib: bu, Emin Hüseynovun vətəndaşlıqdan çıxarılmasıdır. İnsanı doğulduğu ölkənin vətəndaşlığından çıxarmaq orta əsr təbiətli özbaşınalığın, harınlığın nümunəsidir. Son dəfə Avropa qitəsində insanları doğuluşlarıyla qazandıqları təbii vətəndaşlıqdan mərhum edən ölkə SSRİ olub. Və Emin Hüseynov ən azı məruz qaldığı təzyiq və dərəbəyliyə görə Soljenitsın, Brodski, Lyubimov kimi adamlarla bir sıraya düşür. Və Emin Hüseynovun əvvəlcə canlı mal kimi satıldığı, sonra vətəndaşlıqdan çıxarıldığı gün Azərbaycan tarixində qara gün sayılmalıdır.
ИЛЬГАРУ МАМЕДОВУ — 45
ХВОСТ ВИЛЯЕТ СОБАКОЙ, НО НЕИЗВЕСТНО, КТО СОБАКА, ГДЕ ХВОСТ…
Эйнулла Фатуллаев требует от Ильхама Алиева, чтобы тот убил посла Арифа Мамедова…Можно было бы сказать, что «хвост виляет собакой». Но ситуация значительно хуже. Трудно даже определить, где хвост, где собака. И это может свидетельствовать только о смуте…
DABAN ƏLLİ ALTI
Tezliklə Azərbaycanda Avropa oyunları başlanacaq. Avropanın bütün ölkələrindən idmançılar bizim Asiya ölkəmizə gəlib yığışacaqlar. Bir həngamə, bir vur-çatlasın olacaq ki, gəl görəsən.
Bəzi insanlar təəccüblənirlər ki, niyə bu Avropa oyunları Avropada yox, Azərbaycanda keçirilir. Ölkəmizi gözü götürməyənlər deyirlər ki, bu oyunları Bakı guya rüşvətlə alıb. Yalançının lap… Bəziləri də deyirlər ki, Azərbaycan öz ziyanına götürüb bu işi boynuna. Bu da yalandır və yalançınlın lap…
Avropa oyunları Azərbaycana xalqımızın idman sahəsində qazandığı analoqu olmayan nailiyyətlərinə görə verilib. Çünki yer üzündə azərbaycanlılar kimi idmançı xaql yoxdur. Özünüz fikirləşin: idmanın kraliçası yüngül atletikadır. Yüngül atletikanın da padşahı qaçışdır. İndi özünüz deyin: bu dünyada azərbaycanlılar kimi qaçan ikinci bir xalq var ya yox? Yaxşı fikirləşsəniz, görəcəksiniz ki, yoxdur və ola da bilməz!
Azərbaycanlılar bəlkə qısa məsafələrə qaçışda bir az zəifdirlər. Ancaq orta və uzaq məsafələrdə heç bir millət bizim millətin tozuna da çata bilməz. Özünüz baxın da: doqquz milyondan artıq bir xalqın iki-üç milyonu peşəkar qaçışçı sayıla bilər. Hansı xalqda bu qədər qaçan var? Bir də gördün azərbaycanlı götürüldü İmişlidən, iki-üç günə gedib çıxdı Saxalinə, Kamçatkaya… A qardaş, bu rekorda heç Gines kitabı da layiq deyil, gərək ayrı bir kitab yaradıla ki, bizim millətin rekordları ora yazıla. Azərbaycanlı bir də gördün tüpürüb dabanına, gözünü açıb-yumunca çatır Kalininqrada, Arxangelskə, Xakasiyaya, Tuvaya. Rusiya nədir ki. Görün nə qədər azərbaycanlı qaça-qaça gedib Fransaya çıxıb, Almaniyaya çıxıb, İsveçə çııxıb, Belçikaya çıxıb. Qardaş, bu, marafon-zad tayı deyil, bizim azərbaycanlı bir dəfəyə iyirmi-otuz marafon qaçır! Hələ mən qaça-qaça Avstraliyaya gedib çıxanları demirəm. Qardaş, gərək bu insanlaırn hər birinə qızıldan düzəldilib brilyanta tutulmuş medallar verilə, adları tarixə yazıla!
Hər millətə yaradan xüsusi bir istedad verib. Bizim xalqdakı qaçmaq istedadı da Tanrı vergisidir. Azərbaycanlı balası ayağı bir az yer tutan kimi başlayır qaçmağa. Evdən qaçır, dərsdən qaçır, əsgərlikdən qaçır. Bəlkə bizdə iki-üç milyon arvadından, uşağından qaçan var.Ancaq ölkədən qaçmaq istəyənlər daha çoxdur. İndi hamı da qaçsa, ölkədə adam qalmaz. Ona görə də hökumət bu qaçmağın qabağını almaq üçün bəzi vacib tədbirlər görür. Ölkəyə gərəkli, lazımlı oğulların, qızların qaçıb getməməsi üçün onları dama salıb qıfıllayırlar. Bunu, əlbətə, millətin xeyrinə edirlər. Yaxşı siyasətçilər, yaxşı jurnalistlər, yaxşı hüquqçular ölkədən çıxıb getsələr, ölkə nə günə qalar? Ona görə də bu adamlar damda saxlanılırlar, gecə-gündüz əsgərlər əllərində avtomat onları qoruyurlar. Xarici ölkələrdə bunu səhv başa düşürlər, elə bilirlər ki, hökumət onlara cəza verir. Cəza nədir, a qardaş! Hökumət o insanların qədrini bilit, istəmir ki, onlar başqa ölkələrə qaçıb xeyirlərini yadlara versinlər!
Bizim millətin az-çox zəif yeri qısa məsafələrdir. Məsələn, biz polisdən qaça bilmirik, bir də görürük ki, dəyənəyini endirib təpənə. Məmurdan qaça bilmirik, əlini salır cibinə, müəllimdən qaça bilmirik, qulağını keçirir əlinə. Bu millətdə də hər vəzifəsi olana müəllim deyildiyinə görə onların hamısı fürsət axtarır ki, vətəndaşın qulağını əlinə alıb bursun. Ona görə də biz azərbaycanlılar yavaş-yavaş qısa məsafələrə də qaçmağı da öyrənməliyik ki, qulaqlarımız ələ keçməsin…
Bəli, tezliklə Bakıda Avropa oyunları başlanacaq. Bir neçə milyon azərbaycanlı bu oyunlara Avstraliyada, Amerikada, Avropada və hətta bəlkə Afrikada televiziya ilə baxacaq. Və tarixi vətənlərinin paytaxtı küləkli Bakı şəhərində dillərini iki metr çıxarıb nəhləyə-nəhləyə bir neçə yüz metr qaçan idmançıları görəndə soydaşlarımız qəhqəhə ilə gülüb deyəcəklər: “bunlar da adlarını qaçan qoyublar. Qaçan bizim kimi olar. Gör hardan qaçmışıq, hara qaçıb gəlmişik…”
“Ocaq” qəzeti, may 2015
İNTERNETLƏ MÜBARİZƏNİN İKİ TÜRK KONSEPSİYASI
Bakıda türk dünyasının iki qoçaq lideri bu gözəl ə azad türk dünyası üçün ən aktual məsələni – sosial şəbəkələrə münasibəti müzakirə edəcək. Ədoğanın fikrincə şəbəkələrlə ən yaxşı mübarizə forması onları bağlamaqdır. İlham Əliyev də bağlamağın tərəfdarıdır, ancaq şəbəkəni yox, şəbəkədə siyasi fəallıq göstərənləri. İlham Əliyev haqlı olaraq belə hesab edir ki, şəbəkəyə anaşa atıb onu şərləmək çətindir, şəbəkə fəalını isə bu üsulla şərləyib dama salmağın mexanizmi Bakıda çoxdan yaradılıb və Azərbaycan bu sahədə bütün dünyaya nümunədir.


