Архив тегов | təklik haqqında şeir

BİR STƏKAN SU…

          Şirvan Kərimova

Pəncərənin içində həcmi beş litr olan,
Qabdakı su içilib yarıyacan  hələ ki.
Üç butulka da gəldi — bir yarım, ya da iki,
Dəvə içsə yay günü, doyar
, olmasın yalan.

+

«Suyun ziyanı yoxdur»- gətirən mənə deyir,
Bu su adi su deyil, bu, dərmandır xəstəyə,
Tez-tez içəsən gərək, ürəyin də istəyə,
Bu suyu kim içirsə, canavar kimi yeyir»

+

Süzülüb dönə-dönə, yoxlanıb dönə-dönə,
Bu suya ləyaqətim varmı mənim görəsən?
Bir vaxt Kürdən içən tək içərdim rahatca mən,
Qabla da yox, ağzımı söykəyərək krana.

+

Sudan töküb içməyə burda piyalə da var,
Baxanda göz önümdə canlanır zaman-zaman,
Kasıbda da tapılan klassik daş stəkan,
O stəkanla məni o qədər qorxudublar!

+
Deyiblər axır günün sənin ağlr olacaq,
Nə övladın, nə nəvən — kimsəsiz qalacaqsan.
Bəlkə ciyərin yana su üçün bir stəkan,
Verən tapılmayacaq sənə o suyu ancaq…

+

Pəncərənin içində su qabları yan-yana,
Yarı da içilməmiş sağalıb gedəsiyəm.
Dost, bilirəm haçansa zarıyıb su istəsəm,
Gələrsən, su doldurub stəkana, ovcuna…

11.12.2025, Samara
Seredavin adına vilayət xəstəxanası

TƏKLİK

Anadangəlmədir, yazıdır bizə,

Onsuz doğulan yox, o, hər kəsdə var.

Adına xəstəlik demək də olar,
Yoxdur bu azara müalicəsə.

 +

Ölüm qorxusu tək ağırdır hərdən,

Qurtuluş axtarır bir təhər hərə,

Kənddən üz tuturuq böyük şəhərə,

Həmin ağrı qalxır həminki yerdən.

 +

Cüt olaq, çox olaq – təkik hər zaman,
Varlığa xassədir təklik əbədi.

Hər kəs yeganədir, taleyi -fərdi,
Bunun bahasını ödəyir  insan…

 +

Təklikdən qaçırıq biz ömür boyu,

Ölümdən qaçan tək. Təzələyirik
Dostu, sevgilini — yenə də təkik,

Məyusuq – tapılmır dirilk suyu….

 +

“Fəlsəfənin ilham pərisi” deyir,

Ölümə bir alman. (Özü də təkdi).

Etiraz etməzdi bizə bəlkə də,

Əlavə etsəydik əgər təkliyi…

 

11.08. 2025, Samara

«ÇOXLU TURİST GÖRÜRƏM YAŞADIĞIM ŞƏHƏRDƏ…»

Çoxlu turist  görürəm yaşadığım şəhərdə

Olduğum küçəni də var gəzib-dolananlar.

Önlərinə nə çıxsa, maraqla baxır onlar,
Gidə qulaq verirlər sanki nəfəs dərmədən.

 +

Qədim divar önünə yaxın gəlib dururlar,
Öyrənirlər kərpici, hörgünü və suvağı.

Yazını oxuyurlar onlar şagird sayağı,
Qarşısına çıxanı telefona çəkən var.

 +

Şəhərin adamları qaçmır nəzərlərindən,
Oğrun baxanı olur, bəzisi göz bərəldir,
Burdakılar tək adam görməyiblər elə bil,
Baxıb pıçıldaşırlar aralarında hərdən.

 +

Axşam çağı gəzəndə həzz alırlar qürubdan —
Bizim şəhərdə yəqin günəş batır ayrı cür,

Ayın da əksi çayda daha gözəl görünür,

Görə bilmir bunları nədənsə yerli insan…

 +

Gözucuyla olsa da, baxan olur mənə də,

Tarixi abidəyəm, yaşımı hesablasan.

Maraqla ya həsədlə bəlkə nabələd insan,
Baxır, yolu düşərsə, pəncərəmin önündən…

 +

Qırx uzun ildən bəri yaşadığım şəhərdə.

Kaş mən özüm bircə gün dönüb turist olaydım,

Divarlara, tağlara, hörgüyə vurulaydım,
Duyğudan yaşaraydı gözlərim güngedərdə…

 +

Özüm öz pəncərəmin işığına baxaydım,
Maraqla və həsədlə, dayanıb aralıda.

Elə gələydi, məni çağıran da var orda,
Ürəklə qapı açıb pilləkəni çıxaydım…

 

07. 06. 2025, Samara

SÖHBƏT

SONY DSC

Üzbəüz, diz-dizə, ya da yanaşı,

Oturub edəsən söhbəti ancaq.

Elə iki nəfər olarsa – yaxşı,

Yoxsa dil deyəni eşitmir qulaq.

 +

Elə iki kəlmə danışan kimi
Cavab verəndə ya soruşulana,
Bir də görürsən ki, yanındakının,
Çevrilib nə vaxtdan üzü o yana.

 +

Onun da çox vacib mövzusu vardır,
O da qonşusuyla danışır demə.
“Məni eşidirsən? Fikrin hardadır”?

“Qulağım səndədir, sözünü kəsmə…”

 +

Hər kəsin ağzında yarımçıq sözü,

Ürəyi deşilir – yox eşidənsə.

Döyülür əsəblə qonşunun dizi:
“Məni eşitmirsən sən heç deyəsən…”

 +

Bir də görürsən ki, qızanda ağzın,
Girib telefona yoldaşın başı.

Dizinə, çiyninə döşəmək azdır —

Bir qapaz salasan başına yaxşı.

+

Şəhərin adamsız sonra yerində,

Gəzib-dolanasan belədən-belə.

Kimsəni görmədən həndəvərində,

Danışasan elə özün-özünlə.

 +

Surətinə uyğun, özünə bənzər,
Deyilir yaradıb insanı Tanrı.

Bəlkə də ondandır təkliyimiz də,

Nemətdir, bilinmir qiyməti, qədri.

 

18. 08. 2022, Samara

EDQAR ALLAN PO. TƏNHALIQ

Lap uşaq çağımdan olmamışam mən
Başqaları kimi – gördüm əzəldən
Mən hər şeyi fərqli – ehtirasım da
Ümumi qaynaqdan qidalanmadı –

Gəlmir mənim qüssəm eyni mənbədən —
Heç vaxt ürəyimi oyatmadım mən

Hamı sevinəndə  ola sevincək —
Nələri sevdimsə, sevdim özüm tək —

O vaxt – uşaqlıda –  ilk baharında

Çoşqun həyatımın – qopdu bir anda

Sirr xeyir və şərin dərinliyindən —

Onunla bağlıyam indiyəcən mən –

Qopdu bu sirr suyun gur axarından —

Dağların qırmızı qayalarından —

Ətrafımda dövrə vuran günəşdən —

Payızda qızılı rəngə düşnən dəm –

Şimşəyin səmada alışmasından
Şığıyıb yanımdan ötüşüən zaman —

Tufandan, ildirım gurlamağından —

Buluddan həmçinin, döndüyü zaman

(Maviykən qalan yer göyün üzündə)

İblis surətinə mənim gözümdə —

1829

ingiliscədən tərcümə

26-27.10. 2021, Samara

==================

Edgar Allan Poe

ALONE

From childhood’s hour I have not been
As others were—I have not seen
As others saw—I could not bring
My passions from a common spring—
From the same source I have not taken
My sorrow—I could not awaken
My heart to joy at the same tone—
And all I lov’d—I lov’d alone—
Then—in my childhood—in the dawn
Of a most stormy life—was drawn
From ev’ry depth of good and ill
The mystery which binds me still—
From the torrent, or the fountain—
From the red cliff of the mountain—
From the sun that ’round me roll’d
In its autumn tint of gold—

From the lightning in the sky
As it pass’d me flying by—
From the thunder, and the storm—
And the cloud that took the form
(When the rest of Heaven was blue)
Of a demon in my view—

1829

RAYNER MARİA RİLKE. TƏNHALIQ

rilke-rainer-maria (1)
Insan tənhalığı yağışa bənzər

Günün gedər vaxtı dənizdən gələr

Aşar gözdənuzaq, geniş düzənlər,

Əbədi göylərə sonra ucalar,

Ordansa şəhərin üstə calanar.

O yağar saatlar qovuşan zaman,,

Sübhə yön alanda küçə və dalan,

Haçan bir-birini razı salmayan

İki sevgilini qəm bürüyəndə,

İki bir-birinə nifrət edən də,

Yenə  baş qoyursa birgə yastığa,

Tənhalıq çaylara qatılıb axar…

1901

almancadan tərcümə

11.02. 21, Samara

Einsamkeit

Die Einsamkeit ist wie ein Regen.
Sie steigt vom Meer den Abenden entgegen;
von Ebenen, die fern sind und entlegen,
geht sie zum Himmel, der sie immer hat.
Und erst vom Himmel fällt sie auf die Stadt. Читать далее

ÖLÜRƏM TƏKLİKDƏN ŞƏBƏKƏLƏRDƏ…

08.06 2020

Layiqli adamlar vardı haçansa,
Vardı adamların çürükləri də

Oturub-duranda, danışandasa,
Yaxşı görünürdü içindəkilər.

 

 

Bəlkə İnternetdir ayıbı açan,

Səbəbi sosial şəbəkələrdi —

Abırlı, ağıllı bildiyin insan,

Layka ləyaqəti dəyişib indi.

 

 

Dost vurur sözünü qulaqardına,
Qızıldan qiymətli olsa da kəlmən.

Deyir “dünən məni “layk”lamadın,
Çətin ki, tezliklə özümə gələm…”

 

 

Uşaq da, böyük də “layk” qoy deyir,
Baxmır saqqalına, yaşına baxmır.

Deyir “qırmızı” qoy, “ürək” qoy deyir,
Qoymursan – üzündən zəhrmar damır…

 

 

Ayıra bilmirsən çürüyü safdan,
Dostlar itib gedib, qalan “frend”dir.

Varmı yazdığını oxuyan insan –

Bilmirsən. Bu “layk”ın dəyəri nədir?

 

 

Hamı Platondur, hamı da Kantdır,
Hər qadın üstəlik fotomodeldir.

Hər kəsin vaxtında “layk”ını çatdır,
Qırmızı ürəklə sevgini bildir…

 

 

Yox daha evtiyac ciddi söhbətə,
Daha danışmırıq, “layk”laşırıq.

Unuduruq nədir dost məhəbbəti,
Uyub “layk”larla alış-verişə…

 

 

Qədim dost! Hardasan? İndi sevgilər,
Virtual qırmızı ürəklərdədir.

Hardasan, əzizim? Səsimə səs ver,
Ölürəm təklikdən şəbəkələrdə…

 

10.06. 2020, Samara

XƏLVƏTƏ ÇƏKİLİB DALANDA, TİNDƏ…

 anam Raziyyənin xatirəsinə

Xəlvətə çəkilib dalanda, tində,

Bağda, xiyabanda, küçədə bəzən,

Elə izdihamın qatı yerində,

Özüylə danışan adam görürsən.

 

 

Səssiz, pıçıltıyla danışan da var,

Səsi eləsinin uzaqdan gələr.

Biri danışdıqca başını bular,

Biri ehtirasla əlini yellər.

 

 

Görəndə baxan var, qulaq verən var,

Duruxub dururlar, oğurluq anı,

Tutulan adam tək. Aralanaraq
Gedirlər, baxaraq o yan-bu yana.

 

 

Çoxu ahılsa da, cavanı da var,

Beləcə özüylə danışanların.

Kimi yol gedəndə, kimi duranda —

Vaxtı yox, yeri yox bu seansların.

 

 

Yaxından-uzaqdan haçan ayrılır,

Haçan öz içinə qapılır insan?

Yaxın-uzaq ondan üz çevirir ya,

İçində onunla kimdi danışan?

 

 

Bəlkə əzizləri həyatdan köçür,

Məzarlıq yaranır içində bəlkə.

Bəlkə də daşlardan birini seçir,

Danışır qəlbinə nədir dağ çəkən.

 

 

Göylərdən üzülüb bəlkə ümidi,

Xitabı, sualı cavabsız qalıb.

Tanrını qəlbində dikəldib indi,

Ona bütbərəst tək mehrini salıb…

 

 

İzdiham içində, daldalıqda ya,

Görürük içiylə danışanları.

Orda  hər birinin onları duyan,

Onları eşidən tanrıları var…

09-11.12.2016

Samara