Архив тегов | tsvetayevadan tərcümələr

Marina Tsverayeva Eşqim! Həm azarda, həm də məzarda…

 

Любовь! Любовь! И в судорогах и в гробе…

 

Eşqim! Həm azarda, həm də məzarda

Coşaram, çaşaram, həmlə çəkərəm.

Əzizim! Mən sənə demərəm vida,

Torpağa gömüləm, göyə çəkiləm.

 

İki gözəl qanad verilmib mənə –

Niyə sinəm üstdə dözüm pudlara?

Dilibağlııların, başəyənərin,

Miskin ölkəsində say artırmatam.

 

 

Açaram qolları — və büllur bədən,

Bircə çırpınışla, ölüm, qurtular,

Sənin qundağından! Əriyib gedər,

Qar min verst ətrafda,  meşə od alar.

 

Və əgər bükərək qanadalarımı,

Qoysam aparsınlar qəbiristana,

Ancaq onunçun ki, zülməti yarıb,

Şeir tək oyanam, qönçə tək yanam.

 

noyabr 1920

tərcümə: 07 oktyabr 2014 Samara

 

Marina TSVETAYEVA ŞAİR İİ

 

Есть в мире лишние, добавочные…

Dünyada artıqlar, əlavələr var

Saxlamaz şəklini gözün giləsi.

(Sizn dəftərçədə yoxdular onlar,

Evləri onların – zibil çalası.)

 

 

Dünyada boşlar var, başıqapazlar,

Nitqitutulmuşlar var hələ — peyin!

Mismar – sizin ipək balağınıza!

Təkər altdan çıxan çirk də çiyrinir.

 

Gözəgörünməzlər, “guya”lar da var,

(Onların nişanı – cüzamlı çillər!)

Dünyada Əyyublar var ki, Əyyuba

Həsəd aparardı bəlkə də — əgər:

 

Şairik, səfillər bizə qafiyə

Birdən aşırıqsa sahilimizi,

Tanrını vermərik ilahələrə,

Həm də tanrılara  vermərik qızı.

 

22 aprel  1923

tərcümə: 6 oktyabr 2014, Samara

 

 

 

 

 

 

Marina TSVETAYEVA ŞAİR 1

Marina TSVETAYEVA

ŞAİR

İ

Поэт издалека заводит речь…

Şairlər uzaqdan başlayar sözü,

Şairlər uzağa aparar sözü.

 

Ayla, ulduzlarla… zərb- məsəllə

Danışar… ilə yox arasında —

Qüllənin başından lap yerə gələ,

Dövrə vurar… Şair ömür sürəndir,

 

Kometa sayağı… Tərsinə yozar,

Səbəb və nəticə əlaqəsini.

Yoxdu bir öyrənib təqvimə yazan,

Şairin təlatüm silsiləsini.

 

Odur çəkidə və sayda aldadan,

Odur qarışdıran, pozan da kartı.

Suallar yağdırar parta dalından,

Göylərə sovurar külünü Kantın.

 

Odur zindanların daş məzarında,

Sarsıdan bir ağac gözəlliyiylə.

Şair o kəsdir ki, izi qalmadı,

O bir qatardır ki, gecikir elə

Hamı..

-çünki şair ömrü bənzəyir,

Kometa ömrünə: yanar, isitməz,

Dağıdar, yetirməz – partlayış, qəza.

Yallı əyrisini yolunun heç kəs,

Öyrənə bilməyib təqvimə yaza..

 

8 aprel 1923

 

tərcümə: 5 oktyabr 2014  Samara

 

Marina TSVETAYEVA VƏHŞİ HEYVANA — YUVA…

Marina TSVETAYEVA  

 

Зверю – берлога…

Vəhşi heyvana – yuva,

Yolçuya – açıq hava,

Ölənə — dəfn, dua,

Öz qisməti hərənin.

 

 

Qadınkı – hiylə gəlmək,

Şahınkı – hökm eləmək.

Mənsə — vəsf edəm gərək,

Adını sənin.

 

2 may 1916

tərcümə: 02.10.2014 Samara

 

 

 

 

Marina TSVETAYEVA CAVANLIĞIM II

Marina TSVETAYEVA

CAVANLIĞIM

                          II

 

Dünən göyərçindim, cadugər – sabah,

Vaxtdı, cavanlığım, deyək “əlvida”.

Əsmərim, dayanaq üzü küləyə,

Gəl ovut bacını, qəlbi kövrəyi.

 

Atəş çax od rəngli tumanınla sən,

Cavanlığım mənim! Ey əsmər bədən!

Cavanlığım mənim! Könül talanım!

İndi də çal- oyna, ovunsun canım!

 

Səmavi şalınla qasırğa qaldır,

Şıltağım! Səninlə boğaza qədər,

Şənləndik! Indi də çal-oyna, od sal,

Qızılım! Əlvida, sağ-salamat qal!

 

Səbəbsiz toxunmur əlinə əlim,

Sənə sevgilim tək vida deyirəm.

Qəlbimdən, ruhumdan çıxardım daha,

Səni, cavanlığım! Yeri yadlara!

 

                 23 oktyabr 1921

tərcümə: 28.09. 2014 Samara        

 

Marina TSVETAYEVA. CAVANLIĞIM -I

Cavanlığım mənim!! Yad cavanlığım!

Mənə tay-dəyişik ayaqqabısan.

Beləcə təqvimdən bir vərəq cırır,

Qızarmış gözünü ovaraq insan.

+

Dərin düşüncəli ilham pərisi,

Heç nə götürmədi qənimətindən.

Kim istər təzədən səni yaşasın?-

Mənə ağırlıqdın, həm də ağrı sən.

+

Gecələr oxları itilədin də,

Təlatüm gətirdin gecələrimə,

Çınqıl tək əzirdi səxavətin də,

Günahlar özgənin, işgəncə mənim.

+

Müddəti çatmamış geri al tacı —

Qəlb daha ziyafət deyil hayında.

Cavanlığım mənim! Başım ağrısı!

Cavanlığım mənim, qumaş cındırım!

18 noyabr 1921

tərcümə: 26. 09. 2014 Samara