Dalınca bir korun qarabaqara,
Görüb düşdüyünü nəbi darıxdı.[1]
Getdi, addımını iti ataraq,
Korasa məzəmmət deməyə qorxdu.
Peyqəmbər, bu kitab gəlib səmadan,
Dərs deyil ancaq o, tərsə, höcətə.
Quranı təmkinlə gərək yayasan,
Zorla tərsi salma sən itaətə.
Nədən qürrələnir axı bu insan?
Çılpaq bü dünyaya gəldiyinəmi?
Ya bəlkə ömrünün az olduğundan?
Zəif gəlib, zəif öldüyünəmi?
Ya bəlkə tanrının iradəsindən,
Öldürülüb, sonra dirilməyinə?
Onu xoş günündə, pis günündə də
Göylərdə kimsə var qoruyan yenə?
Çörəklə, xurmayla o qürrələnir?
Bu neməti verən tanrı deyilmi?
Üzümü, taxılı kimdi bəs verən?
Xeyirdualayan işini kimdi?
Mələyin şeypuru çalınar fəqət
Göydən ildırımlar tökülər yerə
Qardaş atıb qaçar qardaşı xəlvət,
Övlad anasına arxa çevirər.
Təlaşdan, qorxudan eybəcərlənib.
Allahın önünə hamı yürüşər,
Torpağa, alova batıb, bələnib,
Bütün şərəfsizlər üz üstə düşər.
1824
tərcümə: 18-20. 02. 2014
[1] 80—ci surədən