Архив | Март 2014
ƏRDOĞANIN TVİTTERİ YENMƏKLİYİ
Türkün baş bakanı Rəcəb Ərdoğan,
Balkanın igidi, qorxusuz aslan.
Gərildi yay kimi, ox kimi süzdü,
Əcnəbi bir quşun boynunu üzdü.
Dedi: “Daha “cik-cik” etdiyin yetər!”
Sərdi qanadını, susdu Tvitter.
Rəcəb əllərinin yudu qanını,
Dedi; “Bu ölkənin mənəm qanunu.
Cik-cik eləyərsə kim icazəsiz,
Boynunu beləcə üzəcəyik biz”.
21.03.2014
DUSTAQLAR ÜÇÜN ŞAM YANDIRIN
Azərbaycanda bayram axşamı mərhumlar, qəriblər xüsusu yad olunurdular, onlar üçün şam yandırılırdı. Son on-on beş ildə öz iradəsii və istəyindən asılı olmayaraq evindən didərgin düşən yeni bir insan zümrəsi yaranıb – siyasi dustaqlar. Yəqin ki, hər dustaq insan övladı olduğuna görə mərhəmətə layiqdir. Məlumdur ki, səhvən tutulan adamlar da həmişə olublar, indi də var. Ancaq siyasi dustaqlar nə günahlarına görə, nə də səhvən tutulublar. Onlar əqidələrinə görə tutulublar, onlar cəmiyyətə yox, insan ətiyələ-qanıyla qidalanan hakimiyyətə təhlükə olduqlarına görə zindana salınıblar. Və bu günahsız insanlara işgəncə verən cəlladlara bəraət yoxdur.
Siyasi dustaqlar üçün şam yandırıb pəncərə qabağına qoyun. Zindan divarlarını yarmaq çətindir, ancaq zindan divarları arxasında məşəqqət çəkən əqidə məhbuslarıyla hənrəylik göstərmək çətin deyil. Buna bir şam işığı kifayətdir…
ПАТАНАТОМИЧЕСКАЯ СКАЗКА
Счастье от присоединения Крыма к России стало самой частой причиной смертей в России, опередив даже паленую водку. Россияне мрут от неожиданного счастья как мухи, то есть с улыбкой на губах.
ÇOX YAŞAMAQ ARZUSU
Rusiyada müəllifliyi Çukovskiyə aid edilən bir ifadə az qala toy sağlığı kimi tez-tez təkrar olunur: “Rusiyada uzun ömür yaşamaq lazımdır ki, dəyişiklilər görə biləsən”.
Mən Rusiyada yaşasam da, burdakı dəyişikliklər məni o qədər də maraqlandırmır, olan dəyşikliklər isə ancaq məyus edir. Uzun yaşamaq arzusu Azərbaycandakı dəyişiklikləri, yəni indi İlqar Məmmədov kimi adamları zindana salan adamların özünü zindanda görmək istəyimdəndir.
BAŞIAŞAĞILIQ TARİXİ. 2
Nadir ABBASOV
1970-ci illərin əvvəllərində Salyanda birinci katib vəzifəsinə Nadir Abbasov təyin olundu, boyu ortadan kiçik, ancaq enlikürək və dolu bu adam Salyana qədər Ağdama rəhbərlik eləmişdi və özü də ağdamlı idi. Xarici görkəmi barədə ona görə arxayın yazıram ki, onu dönə-dönə yaxından görmüşdüm, küçəyə demək olar ki, heç vaxt piyada çıxmayan başqa rəhbərlərdən fərqli olaraq Nadir Abbasov şəhərdə tez-tez görünürdü, vaxtaşırı Səməd Vurğun küçəsindəki dəlləkxanada başını dəllək Mehdiyə vurdururdu. Bir müddət şəhərin girəcəyində olan poliklinikaya gəlib dişini müalicə etdirirdi, deyirdilər ki, həkimin arvadı ağdamlıdır, tanışdırlar. Mən o vaxtlar tez-tez doktor Şarovagilə gedirdim, Abbasoun, pencəyini qolunun üstünə ataraq poliklinikadan çıxıb mərkəzə tərəf getdiyini doktorun eyvanından özüm görmüşəm…
Salyana hər təzə raykom katibi gələndə bir neçə ay çaxnaşma olurdu, yəni bu bir neçə ay ərzində təzə rəhbər hökmən özünü göstərməliydi. Biri raykoma yaxın, ya özünün yaşadığı küçələrə təzə asfalt döşətdirir, o biri pullu idarələrdən bəzilərinin rəhbərləini ya da kolxoz sədrlərini dəyişirdi. Nadir Abbasov da yəqin bu cür işlər gördü, ancaq onu salyanlılara tanıdan başqa işi oldu. Ağdamlı Salyana gələn kimi şəhərdəki fərdi evlərin ətrafındakı bütün taxta və daş hasarları sökdürdü. Demişdi ki, həyətlər gərək görünə. Doğrudan da həyətlər az vaxtın ərzində qaldı çılpaq. Salyanın mərkəzi küçələrinin bir çoxu qələbəlikdir, xüsusən kənd yerlərindən alverə, “doxdura” və başqa dərdinə görə gələn adamıar çox olur. İndi bütün bu adamlar həyətlərdə xalqın biş-düş edən, paltar yuyan ya oturub dərdləşən arvad-uşağını görürüdülər…
Ağdamlının məqsəd və məntiqini anlamaq mümkün deyildi. O, şəhəri sahmana salmaq istəsəydi, asfaltla səkilər arasındakı arxlarda yığılıb qalan üfunətli çirkabı təmizlətdirərdi – yox, arxlar elə həminki kimi qalırdı. Ya da avtovağzalın həyətində iyi az qala Xələcə gedib çıxan ayaqyoluna bir sərəncam verərdi. Yox, vermirdi. Şəhərin zibilini təmizlətirırdi, kanalizasiyayla məşğul olardı – yox, bunların heç birini Abbasov eləmirdi, ancaq hasarları sökdürürdü. Niyə görə?
Salyan camaatı az qala hamı bir nəfər kimi deyirdi ki, Abbasov şorgözdür və buna görə həyətlərdəki arvadlara baxmaq istəyir. Çox adamlar danışırdılar ki, guya hər axşam Abbasovun kabinetinə bir arvad gedir. Əlbəttə, buna inanmaq çəindir. Ancaq salyanlılar bunu danışırdılar. Təəccüblü orasıdır ki, bir kəlmə söz üstündə qarın yırtan, ciyər dağıdan salyanlılar bu şorgöz katibə güldən ağır bir söz demirdilər. Halbuki Abbasov şəhərdə tək piyada gəzirdi, yaxınına gəlib qəfildən bir şillə vurmaq və hətta qilağını dişləmək mümkün idi. Ancaq neçə illlər Abbsov Salyanı hərlədi, ona nə şillə vuran oldu, nə qulağını dişləyən…
Mən bir dəfə Abbasovu Neftbaza deyilən yerdə gördüm, Kürün qırağında oturub səyyar tülefonla əmrlər verirdi — bu, 1976-cı ilun daşqınıydı, şəhəri su basırdı. Kürü saxladılar…
“Kaş elə onda Salyanı su basaydı, hamımız qırılaydıq, namus-qeyrət getdi”, — bunu mənə bir məclisdə bir salyanlı ağlaya-ağlaya deyib o vaxtlar. Hərif yaxşı içmişdi, salyanlı da içındə ya ağlayır, ya da bıçağı soxur yaxşı bir oğlanın qarnına. Bu, ağlayanlardan idi…
Mən o vaxt Salyanda rəhbərliyə yaxın bir adamdan Abbasovun rüşvət alıb-almadığını soruşdum. O vaxtlar mənim qəlbim hələ təmiz idi və rüşvətxor olmayan azərbaycanlıların olduğuna inanırdım. Həmin adam dedi ki, Abbasov Ağdamda işləyəndə xırda dükançılardan da pul alırmış. Salyanda isə böyük idarələrdən alır…
Salyanda şərəfli işinə görə Nadir Abbasova Sosialist Əməyi Qəhrəmanı adı verdilər. Və sonra göndərdilər Ağcabədiyə rəhbər…
Mən bu xırda yazıya başlamamışdan qabaq İnternetdə Abbasova aid məlumat axtardım. Bir mənbə tapdım. Ağdamlı rəhbərlərə həsr olunub. Abbasov “çox alicənab insan” adlandırılır…
Əlbəttə…Kimin şübhəsi var ki…
17.03. 2014 Samara
GÜNEL MÖVLUDLA ƏKRƏM ƏYLİSLİNİN YAZIŞMASI
Günel Mövluddan Əkrəm Əylisliyə
«Əziz Əkrəm can!
Mən indicə qaşlarımı aldırdım, qoltuqlarımın altın təmizlədim. Deməyim odur ki, indi noutbuku, türkümn məsəli, qabağıma qoyub sizə məktub yazıram.
Əkrəm can! Sizin “Daş yuxular” romanında elə ehtiras var ki, daşın özünü qızışdırır. Yanımda erməi dostlar olmayanda, sizin romanə vərəqləyirb qızışıram.
Əkrəm can! Şəkililərin bir erməni məsəli var, deyirlər “ağzının içində”. İndi elə bilin ki, Nobeli şeyi, yəni türkün məsəli, mükafatı sizin ağzınızın içindədir».
Əkrəm Əylislidən Günel Mövluda
«Əziz Günel xanım!
Mən hələ uşaq olanda görmüşəm ki, bizim Əylisin erməni xanımları necə qaş aldırırlar, necə qoltuq təmizləyirlər. Bibim məni hamama aparmazdı, mən erməni xanımlarına qoşulub hamama gedərdim. Mən o vaxtdan iki millət arasında fərqi başa düşmüşəm. Mən yüz faiz əminəm ki, sizin Cəbrayıl rayonu ermənilər gələndən çox dəyişib, çox qəşəng olub. Mən bu Nobeldən sizə də arzulayıram».
BAŞIAŞAĞILIQ TARİXİ
1.
Qarabağın geri qaytarılmağına — əgər keçmiş muxtar vilayət nəzərdə tutulursa – mən nə indi inanıram, nə on il, nə on beş il bundan qabaq inanmışam. Və buna inanmaq üçün heç bir əsas yoxdur. Buna inananlar ya sadəlövh adamlardır, ya da demaqoqdurlar. Stepanakertə hərbi yürüşü necə təsəvvür etmək olar? Və bu yürüşün məqsədi nə olmlıdır? Yüz ildən bəri ermənilərin yaşadığı şəhəri ermənilərdən azad etmək? Əslində bütün mübarizə və diplomatik səylər yalnız Şuşanın qaytarılmasına yönəldilməliydi, məsələn, Laçının əvəzinə. Qalan nə varsa, cəfəngiyyatdır…
Və lap Stepanakertdə azərbaycanlı əhali yaşasaydı da, bu əhali erməni zülmndən qan ağlasaydı da, biz o şəhəri azad edə bilməzdik. Çünki böyük vəzifələrin həllinə qadir ordu yoxdur, zabitlər rüşvətxordurlar, generalların çoxunun hərbi hazırlığı gizir səviyyəsindədir, ölkə rəhbərliyinə xalq etibarı yoxdur və s. Qarşımızda isə yüksək hazırlıqlı, nə məqsədlərə xidmət etdiyini gözəl anlayan güclü erməni ordusu durur…
Son iyirmi il ərzində Azərbaycan şəhərləri dönə-dönə alt-üst olub, tarixi simaları dəyişdirilib, hamısı bir-birinə oxşadılıb – kiminsə səsi çıxıb? Yerli məmurların hər oğraşlığına boyun əyən insanlardan nə döyüşçü, nə əsgər?
Və az-çox səsini çıxaran insanlar da türmələrdə çürüyürlər. Və guya Qarabağı almaq eşqiylə coşan azərbaycanlılar hər gün sakitcə o türmələrin yanından keçirlər, işə, alverə, toya, qumara, məscidə və başqa vacib yerlərə gedirlər. Və ən yaxşı oğullarını türmələrdə çürüdən xalq fövqəladə hərbi vəzifələrin öhdəsindən necə gələ bilər? Yox, heç cür gələ bilməz. Siz əvvəl İlqar Məmmədovu, Anar Məmmədlini, Hillal Məmmədovu və çoxlu başqa dustağı Əliyevin türməsindən çıxarın, sonra Qarabağdan danışın.
Yoxsa Qarabağ sizin üçün lağlağı-zaddır?