Azərbaycan prezidenti İlham Əliyev dopinq qəbuluna görə Avropa oyunlarından kənar edilmiş idmançımız Çaltu Becini qəbul etmiş, ona ürək-dirək vermiş, vəd etmişdir ki, Çaltu xanım bütün pullarını son qəpiyinə qədər alacaq. Prezident deyib: “Biz tolerant ölkəyik. Biz narkomanlara qarşı heç bir ayrı-seçkilik etmirik”. Prezident daha sonra deyib ki, bu yaxınlarda öz əli ilə Şuşada Azərbaycan bayrağını qaldıracaq. Çaltu xanım prezidentə təşəkkür edib və Azərbaycan ordusunda xidmət etmək arzusunda olduğunu bildirib.
Görüşdə Efiopiyanın fövqəladə və səlahiyyətli səfiri də iştirak edib.
