Архив | 17.06.2015

AVROPA OYUNLARI VƏ İNSAN ALVERİ

Avropa oyunları dünya mediasının nəinki mərkəzində, heç həndəvərində də deyil — bunu qərb mətbuatını az-çox izləyən hər kəs təsdiq edə bilər. Ancaq Bakıda Azərbaycanı doğrudan da dünya mətbuatının diqqət mərkəzinə çevirə biləcək bir hadisə baş verib: bu, Emin Hüseynovun vətəndaşlıqdan çıxarılmasıdır. İnsanı doğulduğu ölkənin vətəndaşlığından çıxarmaq orta əsr təbiətli özbaşınalığın, harınlığın nümunəsidir. Son dəfə Avropa qitəsində insanları doğuluşlarıyla qazandıqları təbii vətəndaşlıqdan mərhum edən ölkə SSRİ olub. Və Emin Hüseynov ən azı məruz qaldığı təzyiq və dərəbəyliyə görə Soljenitsın, Brodski, Lyubimov kimi adamlarla bir sıraya düşür. Və Emin Hüseynovun əvvəlcə canlı mal kimi satıldığı, sonra vətəndaşlıqdan çıxarıldığı gün Azərbaycan tarixində qara gün sayılmalıdır.

BƏS İNDİ DİLİNİZ HARA GİRDİ?

Айшан Абдулазимова, Маргарита Азизова, Одина Байрамова, Анастасия Гурбанова, Айнур Керимова, Оксана Киселева, Евгения Коваленко, Оксана Курт-Пархоменко, Наталья Мамедова, Валерия Мамедова-Коротенко, Яна Матиасовска-Агаева, Ксения Позняк, Полина Рагимова, Кристина Ягубова, Катерина Жидкова — Bu, voleybol üzrə Azərbaycanın qadın yığmasıdır. Bir nəfər cəbrayıllı özünü ingilis kimi qələmə verdi, hay-küy qopdu, bu qədər qadın özünü azərbaycanlı kimi qələmə verir, heç kimin qeyrətinə toxunmur…

MÖVQELİ EŞŞƏK

Lotular Molla Nəsrəddinə sataşırlar:

  • Molla, Bakıda eşşəklərin də yarışı keçirilir. Niyə eşşəyini göndərmədin? Çulunu təzələrdi, bir az arpa pulu qazanardı.

Molla gülür.

  • A bala, göndərirdim,bu şoğərib ayaqlarını verdi yerə. Dedi erməni eşşəkləri olan yerə öldürsən də getmərəm…