UŞAQLARIMIZ QALİB İDMANÇILARIMIZIN ADINI DAŞIYACAQLAR

Avropa oyunları Azərbaycanda elə sevilib ki, təzə doğulan uşaqlara valideynləri milli yığmaların üzvlərinin adlarını verirlər. Həm də təkcə adlarını yox, soyadlarını da. Məsələn, onlarla oğlan uşağına Lorenso və Sotomayor adları qoyulub. Qızlara Anjela, Zaretska, Stepko kimi adlar verilir. Nədənsə Salyanda dopinqə görə yarışlardan çıxarılmış qaçışçı Caltu Beci çox məşhurdur. İndi Salyanda onlarla qız uşağı Çaltu ya da Çeci adını daşıyır.

Оставьте комментарий