NAXÇIVAN YA TALIBAN?

Sovet dövründə çar Rusiyası “xalqlar türməsi” adlandırılırdı.Qəribə olsa da, indi bizim milli fəxr saydığımız, Azərbaycan mədəniyyətinin mühüm laylarını yaratmış insanların çoxu elə bu “türmədə” doğulub böyüyüb: Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov

Mən əslində  burda Naxçıvandan danışmaq istəyirəm.

Milli elmlər akademiyasının, əgər düz saymışamsa, 59 üzvü var. Onların on doqquzu naxçıvanlı və ermənistanlıdır. Be regiondan olanlar akademiklərin ümumi sayıının 32 faizindən çoxunu təşkil edirlər. Düz Salyandan tutmuş (Şirvan şəhəri də daxil olmaqla) Astarayacan sıx əhalisi olan  böyük bir ərazidən cəmi bir akademik var. Masallıdandır.

Qəribə deyilmi?

Naxçıvanlılar və ermənistanlılar elmdə böyük kəşflər eiblər? Hansı kəşflər? Mənə elə gəlir ki, hətta Samarada yaşayan naxçıvanlılar da heç iki akademikin adını çəkə bilməzlər…

Naxçıvandan bir vaxt böyük yazıçılar, rəssamlar, çar ordusunun generalları çıxırdı. İndi Naxçıvandan qondarma ordu, sərhəd, gömrük generalları, qondarma akademiklər çıxır.

Çar Rusiyasının “xalqlar türməsi” olduğu mübahisəli məsələdir və ciddi söhbətin mövzudsudur. Ancaq indiki Naxçıvanın türmə olmağı şübhəsizdir. Əgər vətəndaşların bütün həyatı – işləri, danışıqları, gəzintiləri, bi sözlə, hər şey! – feodal tipli rejimin tam və sərt nəzarəti altındadırsa, bu yurd türmə deyilmi? Belə bir yerdə Cəlil Məmmədquluzadə kimi azad, tənqidi fikirli insanı təsəvvür etmək mümkündürmü?

Yox!

Bəzi cəhətlərinə görə Naxçıvandakı rejim işğalçı rejimdən də pisdir. Məsələn, Fransada alman işğalı vaxtları kitablar yazılıb, kinolar çəkilib, orda sənətkarın azadlıqğı indi Naxçıvandakından qat-qat çox olub. Təəssüf ki, bu belədir. Biz hələ indi Azərbaycanda, xüsusən Naxçıvanda olan rejimin milli mənəviyyata nə qədər ziyan vurduğunu, daha doğrusu, bu ziyanın miqyasını dərk edə bilmirik. Çoxumuz bu barədə düşünmürük də. Bu rejimin, xususən Talıbov rejiminin məqsədi insanları dilsiz-ağızsız iş heyvanına çevirməkdir. Azad insan, ağzında dili olan, dillində sözü olan insan Talıbov rejiminin düşmənidir.

İndi bu adamın səlahiyyətləri daha da güclənəcək. Bütün Azərbaycanın vitse-prezidenti!

Bu, ciddi rəmzdir. Bütün Azərbaycanda çox iyrənc, rəzil feodal idarəetmə sisteminin qurulub başa çatmağının rəmzi.

Talıban!

Son olaraq deməliyəm ki, Fransada alman işğalı vaxtı sənətkarlar üçün qismən azadlıqlar olduğuna baxmayaraq, onların ən qeyrətliləri Müqavimət hərəkatına qatılıblar…

24.02. 2017