Архив | 05.08.2017

İQOR SEVERYANİN. UVERTURA

severyanin.jpg

İQOR SEVERYANİN

       (1887-1941)

         UVERTURA

               Ананасы в шампанском! Ананасы в шампанском!

Şampanda ananaslar! Şampanda ananaslar!

Möcüzəlidir dadı, alovlu və yandıran!

Norveç sayağıyam mən, həm də ispan sayağı!

İlham coşdurur məni, qələmə sarılıram!

 

Uçur aeroplanlar, qaçır avtomobillər!

Havada şütüyərək ekspreslər gedir!

Burda qucaqlaşırlar, orda kimsə döyülər!

Şampanda ananaslar! Bu, gecənin nəbzidir!

 

Ətrafında ədalı xanımların, qızların,

Həyat faciəsindən məzhəkə yaradaram.

Şampanda ananaslar! Şampanda ananaslar!

Moskva – Naqasaki! Və Marsa Nyu Yorkdan!

1915

Ruscadan tərcümə

05.08.17

Samara

 

 

HAMAM ƏHVALATI

Mənə bu yaxınlarda bir əhvalat danışdılar, dedilər ki, guya bunu AzTV-də görüblər.

Azərbaycanda, hamının bildiyi kimi, hər gün minlərlə iş yeri açılır, onlarla yeni obyektlət yaradılır.  Bunların hamısının da açılışına möhtərəm prezident dəvət olunur. Bəzən məsuliyyətsiz məmurlar prezidentimizin xalqa olan qayğı və məhəbbətindən, ürəyinin təmizliyindən istifadə edib onu çoxdan işləyən, hətta sovetdən qalma obyektlərin açılışına dəvət edirlər. Günlərin bir günü möhtərəm prezidenti ya Salyana ya da Beyləqana obyekt açılışına çağırırlar. Prezident də başının dəstəsiylə gedir. Hay-küy, zurna-balaban, lentkəsmə, gülsəpmə… Obyektin qapısını açırlar və prezident girir obyektə…

Sən demə bu, işləyən obyekt imiş…

Sən demə bu, hamam imiş…

Sən demə bu, arvad hamamıymış…

Arvadlar da qışqırışıblar ki, ay rəhmətliyin oğlu…

Bu əhvalatı eşidəndən qalmışam məəttəl, bilmirəm inanım ya inanmayım…

Salyanda, mən biləni, bir hamam vardı, onu da bir neçə il bundan qabaq sökdülər.

Beyləqanda isə binadan hamam olmayıb…

Bəlkə əhvalatı mənə danışan rayonun adını dəyişik salıb…

Ancaq məzəli əhvalatdır…Təki elə hər gün obyekt açılsın… Təki Allah prezidenti millətin üstündən əskik eləməsin…

Mirzə ƏLİL

05.08.17

 

NAİL ALLAHVERDİYEV ERMƏNİ ORDENİ İLƏ TƏLTİF EDİLİB

allahverdiyev.jpeg

Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycan vətəndaşı Nail Allahverdiyevi iki azərbaycnlını öldürdüyünə və iki türkü ağır yaraladığına görə “Müqəddəs Mamikonyan ordeni” ilə təltif edib. Türklər xəstəxanada keçinsələr, Allahverdiyevə Ermənistanın milli qəhrəmanı adı veriləcək.